Təlaq

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Təlağın iddəsi Südvermənin müxtəlif məsələləri


Məsələ 2135: Öz arvadına təlaq verən kişi aqil, ehtiyat vacibə görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli, təlaq siğəsini zarafatyana desə düzgün deyil.


Məsələ 2136: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Əgər ər özü təlaq siğəsini oxumaq istəsə, arvadının adı, məsələn, Fatimədirsə, deyir:
 
زَوجَتىِ فَاطِمَةُ طَالِقُ
(Zəvcəti Fatimətu taliqun- yəni, arvadım Fatimə arvadlıqdan azaddır).
Əgər başqasını vəkil etsə, o vəkil deməlidir:
 
زَوَجَةُ مُوَکْلِىِ فَاطِمَةُ طَالِقُ
(Zəvcətu muvəkkili Fatimətu taliqun- yəni, müvəkkilimin arvadı azaddır.)


Məsələ 2137:
Qadın təlaq zamanı heyz, nifas qanından pak olmalı və habelə, o paklıq zamanı əri onunla cinsi yaxınlıq etməməlidir. Əgər ondan qabaqkı paklıqda olan nifas və ya heyz halında onunla yaxınlıq etsə, ehtiyata əsasən, təlaq kifayat deyil; ikinci dəfə aybaşı olub, sonra pak olmalıdır (bu iki şərtin izahı sonrakı məsələlərdə gələcək).


Məsələ 2138: Üç yerdə heyz və nifas halında təlaq vermək düzgündür:
1-İzdivacdan sonra ər mütləq halda onunla cinsi əlaqədə olmayıbsa; 2-Hamilə olsa; 3-Qadın hazır olmadığı (qaib olduğu) üçün əri bilməsin və yaxud qadının pak olmasını başa düşmək onun üçün müşkül olsun.


Məsələ 2139: Əgər bir şəxs qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu mə’lum olsa təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu mə’lum olsa, onun təlağı düzgündür.


Məsələ 2140: Öz arvadının heyz və ya nifas halında olduğunu bilən şəxs qaib olsa (məsələn, səfərə getsə) və ona təlaq vermək istəsə, amma qadının halından xəbər tuta bilməsə, qadınların adətən heyz və ya nifasdan pak olacaqları müddətə qədər gözləməlidir.


Məsələ 2141: Əgər arvadı ilə cinsi yaxınlıqda olub, ona təlaq vermək istəsə, heyz görüb, pak olmasına qədər səbr etməlidir. Lakin hamilə olsa, cinsi yaxınlıqdan sonra fasiləsiz olaraq təlaq verə bilər. Həmçinin, əgər yaisə olsa, yəni yaşı 50-dən çox olsa, yuxarıdakı hökmlə eynidir.


Məsələ 2142: Əgər heyz və nifasdan pak olan arvadı ilə cinsi əlaqədə olsa, sonra səfər getsə və qadının halından xəbər tutmaq üçün araşdırma aparmaq imkan olmasa, əgər ona təlaq vermək istəsə, vacib ehtiyata əsasən, ən azı bir ay səbr edib sonra təlaq verməlidir.


Məsələ 2143:
Xəstəlik və yaxud başqa səbəblə əlaqədar aybaşı olmayan qadına əri təlaq vermək istəsə, onunla cinsi əlaqədə olduğu vaxtdan üç ay onunla cinsi yaxınlıqdan çəkinməli və sonra ona təlaq verməlidir.


Məsələ 2144: Müvəqqəti evlənmənin (siğənin) təlaqı yoxdur, müddəti bitdikdə və yaxud kişi ona müddəti bağışladıqda onun arvadlığından azad olur. Onun aybaşıdan paklanması və iki nəfər şəxsi şahid tutmaq lazım deyil.


Təlağın iddəsi Südvermənin müxtəlif məsələləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma