70-Möhürlə səcdə olunması

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti69-Gündəlik namazlar


Namaz qılarkən yerə (torpağa) və ya yerdə bitən (yeyilməyən və geyilməyən) şeylərə səcdə etmək lazımdır. (Məsələn; yarpaq, taxta, bitkilər) Bunlardan başqasına səcdə etmək düzgün deyildir. Həmçinin, xalçaya və s. səcdə etmək qadağandır. Namaz halında torpağa səcdə etmək, digər şeylərə səcdə etməkdən daha üstündür. Elə bu səbəbdən də, şiə müsəlmanlarının əksəriyyəti təmiz torpaqdan düzəldilmiş “möhürə” səcdə edirlər. Biz şiələrin bu işinə səbəb Peyğəmbərin (s) ən məruf və tanınmış hədisidir: “Yer mənim üçün (məscid) səcdəgah və pakedici qərar verilmişdir!”[1] Bu hədis müxtəlif Əhli-sünnət və şiə kitablarında nəql olunmuşdur.
İrad: Hədisdə “Məscid” kəlməsindən məqsəd “Səcdəgah” nəzərdə tutulmamışdır. Əksinə Allahın evi sayılan məscidlər qəsd edilmişdir.
Cavab: Bir başa “təyəmmümə” aid olan “Təthir”-“Pakedici” kəlməsinə diqqət etdikdə “Məscid” kəlməsindən məhz “Səcdəgahın” nəzərdə tutulduğu aydınlaşır. Yəni-torpaq həm pakedici, həm də səcdəgah sayılır!
Əhli-beyt (ə)-dan çoxlu sayda olan müxtəlif hədislər də, namazda torpağı, daşı və s... səcdəgah kimi tanıtdırır.

71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti69-Gündəlik namazlar
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma