78-Şiənin İslam elmlərində rolu

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
79-Haqqa doğru77-İki əzəmətli kitab


Şiə İslam elmlərinin yaranmasında mühüm və tə`siredici rol oynamışdır. Bə`zi alimlərin nəzərinə əsasən İslam elmləri “şiə”dən nəş`ət və sərçeşmə tutmuşdur. Hətta bu barədə müxtəlif kitablar yazılmış, çoxlu sənəd və dəlil-sübutlar aşkarlanmış, ortaya qoyulmuşdur. Amma biz belə deyirik: “Ən azı, şiə, İslam elmlərinin yaranmasında olduqca əhəmiyyətli və tə`siredici səhmə malikdir!” Və bizim bu əqidəmizə ən gözəl şahid və tutarlı dəlil şiə alimlərinin müxtəlif İslam elmlərində yazdıqları kitablar, və yaratdıqları misilsiz elmi əsərlərdir. Fiqh və üsul elmində olan minlərlə kitablar, həmçinin təfsir və Qur`an elmində, əqaid, kəlam və s... elmlər barəsində yazılmış xüsusi dəyərə malik olan minlərlə kitablar bir daha şiənin İslam elmində olan əzəmətli mövqeyini təsdiq edir. Bu kitabların bir çoxu bizim elmi kitabxanalarımızda və dünyanın tanınmış kitabxanalarında qorunub saxlanılır. Bizim iddiamızın doğru olub-olmadığında tərəddüd edən hər bir şəxs bu kitabxanalara müraciət edə bilər. Şiənin elmi kitabları daim göz önündədir. Şiə dünyasının tanınmış alimlərindən biri qeyd olunan sahələrdə yazılmış kitabların mündəricatını 26 cildlik bir kitabda bir yerə toplamışdır.[12] Onu da qeyd etmək lazımdır ki, söylənilən kitab on illər bundan qabaq yazılmış əsərlər haqqındadır. Müasir dövrdə yaradılan rəngarəng elmi əsərlər, həmçinin keçmiş alimlərin dəyərli və qiymətli əsərlərinin öyrənilməsi, başqa bir cəhətdən öz dövründə tayı-bərabəri olmayan əl yazmaların kəşf edilməsindən yaranan İslam elminin yeni-yeni incəlikləri bu mündəricata daxil edilməmişdir!

79-Haqqa doğru77-İki əzəmətli kitab
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma