Allahı tanımanın ikinci yolu Xaricdən olan yol (Zahiri yol)

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Yaşadığımız dünyaya bir balaca nəzər saldıqda görürük ki, bu dünya qarışıq və proqramsız qurulmayıb. Əksinə, bu dünyada olan bütün məxluqatın hamısı müəyyən bir proqram əsasında dövr edirlər. Dünyadakı canlı varlıqlar böyük bir orduya bənzəyir. Bu ordu müxtəlif hissələrə bölünmüşdür və hər hissə məqsədyönlü hərəkət edir.
Aşağıdakı məsələlər bu barədə olan bütün şübhələri aradan qaldıra bilər:
1.Bir şeyin vücuda gəlib sağ-salamat qalması üçün şərait və bir sıra qanunlar əl-ələ verməlidirlər. Məsələn, bir ağacın əkilib boya başa çatması üçün torpaq, su, münasib hava və müəyyən dərəcə hərarət, istilik lazımdır. Bu şərait yarandıqda torpağa basdırılmış toxum cücərib inkişaf edir. Beləliklə də bir ağac əmələ gəlir. Yuxarıda sadalanan şərtlər olmadan ağacın cücərməsi qeyri-mümkündür. Bu şərtlərin bir yerdə olması üçün isə, ağıl, elm və biliyə ehtiyac vardır.
2.Hər bir varlığın bir sıra özünəməxsus keyfiyyətləri vardır. Məsələn, su və odun hər birinin özünəməxsus (suyun rütubət, odun isə hərarət) xüsusiyyətləri vardır. Bu xüsusiyətlər həmişə onlarla bir yerdədir və hər biri sabit bir qanun əsasında dövr edir.
3.Canlı varlıqların bütün hissə və üzvləri bir-biri ilə əlaqədardır. Böyük bir aləm olan insan bədənini buna bir nümunə gətirmək olar. İnsanda bir xəstəlik və ya narahatçılıq yarandıqda bütün bədən üzvləri əziyyət çəkir. Bu sıx əlaqə dünyada nizam və intizam proqramının hakim olduğuna daha bir sübutdur.
4.Dünyaya bir az diqqətlə baxdıqda məlum olur ki, bir məxluqun öz bədən üzvləri ilə əlaqəsindən əlavə müxtəlif məxluqların da biri-biri ilə sıx əlaqələri vardır. Məsələn, canlıların yaşaması üçün günəş işıq saçmalı, yağış yağmalı, külək əsməlidir. Bu işdə yer və yer mənbələrinin də böyük rolu vardır. Bunların hamısı dünyada müəyyən bir nizam-intizamın dövr etdiyini göstərir.
Nizamla ağlın əlaqəsi.
Nizam-intizam olan yerdə ağıl, düşüncə, hədəf və plan işlədilməsi həqiqətini hamı öz vicdanı qarşısında etiraf edir. Çünki harada nizam-intizam varsa, orada elm və qüdrət mənbəyi də var. Bu məsələnin doğruluğu aşkardır və, sübuta ehtiyacı yoxdur.
İnsan bilir ki, gözü görməyən (istisnalardan başqa) və savadsız bir insan makinada kiçik bir məqalə də yaza bilməz. Eləcə də iki yaşlı uşaq (istisnalardan başqa) qələmi ağ kağız üstə o yan-bu yana fırladaraq gözəl bir rəsm çəkə bilməz.
Gözəl bir inşa və ya məqalə, yaxud muzeydə gözəl bir tablo, rəsm əsəri gördükdə dərhal bilirik ki, onu savadlı, istedadlı bir şəxs və ya mahir bir rəssam yazmış, yaxud çəkmişdir. Hətta onu yazanı, yaxud çəkəni görməsək də, bu cür deyəcəyik.
Deməli, harada nizam-intizam əsasında olan bir quruluş varsa, mütləq orada ağıl və düşüncə də var. Bu nizam-intizam nə qədər gözəl, aydın, dəqiq, olarsa, onda istifadə olunmuş ağıl və elm də buna uyğun olacaqdır.
Bəzən hər nizam-intizamlı quruluşun mənbəyinin ağıl və elm olması məsələsini isbat etmək ücün ali riyaziyyatda işlədilən «ehtimallar hesabı» mövzusundan istifadə edirlər. Bu yolla edirlər ki, məsələn, savadsız bir insan makinanın düymələrini (necə gəldi) basmaqla təsadüfən bir məqaləni yazmaq üçün ehtimallar hesabına əsasən milyardlarla il sərf etməlidir. Lakin heç yer kürəsinin ömrü də buna kifayət etməz. Qurani-Məcid Allahı zahiri yolla tanımaq barədə buyurur: «Quranın haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi həm xarici aləmdə (kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya peyğəmbər!) Məgər Rəbinin hər şeyə şahid olması (sənin dediklərinin doğru olmasına) kifayət deyilmi? (Fussilət, 53).

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma