“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ

Bu hədisi dərk etmək üçün Nuh peyğəmbərin macərasına qısa bir nəzər salırıq. Allah-taala Qur’ani-kərimdə buyurur:
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاء بِمَاء مُّنْهَمِرٍ وَفَجَّرْنَا الْأَرْضَ عُیُونًا فَالْتَقَى الْمَاء عَلَى أَمْرٍ قَدْ قُدِرَ
“Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq (və dayanmadan yağış yağdı). Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular müəyyən edilmiş miqdarda bir-birinə qarışdı.”[1]
Bu tufan və sel bir yerdən başqa hər yeri ağuşuna aldı. O da Nuhun (ə) gəmisi idi. Allah-taala onun sərnişinlərinə nicat verdi. Hətta Nuhun (ə) oğlu qürurla “Mən bir dağa sığınaram, o da məni seldən qoruyar”, dediyi zaman atasının “Allahın rəhm etdiklərindən başqasını, bu gün heç kim Onun əzabından qoruya bilməz”, tutarlı cavabı ilə üzləşdi. (Həzrət Nuh (ə) gəmiyə minib nicat tapan mö’minləri nəzərdə tuturdu.) Nuhun (ə) sözü dərhal həyata keçdi. Çünki “böyük bir dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!”[2]
Bəli Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin mə’na var və bu bənzətmə bizə bir çox həqiqətləri açıqlayır. O cümlədən:
1. İslam peyğəmbərindən (s) sonra ümmət bir sıra tufanlara düçar olacaq. Bu tufanlar çoxlarını özü ilə aparacaq və dalğalar arasında boğub həlak edəcək.
2. İnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən qoruyub-saxlamaq üçün yeganə ümid yeri Əhli-beyt (ə) adlı nicat gəmisidir. Şübhəsiz, hər kəs ondan uzaq düşsə, həlakətə uğrayasıdır.
3. Səhrada karvandan ayrı düşmək həmişə ölümlə nəticələnmir. Mümkündür ki, insan üzücü çətinliklərdən sonra nicat tapsın. Lakin tufanlı bir dəryada nicat gəmisindən ayrı düşmək mütləq həlakət və ölüm deməkdir.
4. Nuh peyğəmbərin gəmisinə minməyin şərti iman və saleh əməl olduğu üçün Nuh (ə) öz oğluna iman gətirib kafirlərdən ayrılmağı təklif etdi. Beləliklə, İslam ümməti də tufan, bəla və azğınlıqlardan nicat tapmaq üçün Əhli-beytə iman gətirib, onlara tabe olmalıdır.
5. Nicat tapmaq üçün təkcə onlara məhəbbət bəsləmək kifayət deyil. Bə’zi alimlərin dediyi kimi, bütün müsəlmanlar Əhli-beyti (ə) sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, rəvayətdə bəyan olunduğu kimi, əsas məsələ onlara tabe olmaq və müxalif çıxmamaqdır. Nuhun (ə) oğlu atasını sevsə də, ona tabe olmadığından bu məhəbbət qurtuluşa səbəb olmadı.
6. Ötən bəhsdə qeyd olunduğu kimi, “səqəleyn” hədisindən başa düşülür ki, Əhli-beytə (ə) tabe olmaq üçün müəyyən şərt qoyulmamışdır. Qur’anla Əhli-beyt (ə) həmişə birgə olacaq, heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət, behiştdə (“Kövsər” hovuzunda) Peyğəmbəri-əkrəmə (s) qovuşacaq. “Səfinə” hədisindən də belə başa düşülür ki, dünyanın sonuna qədər bu minvalla davam edəcək. Çünki dünya həmişə tufanlı və təlatümlüdür. Yə’ni nə qədər ki, şeytanlar, zəlalət carçıları və heyrət vadisində batanlar var, bu tufanlar da sakitləşməyəcək. Allah-taalanın Öz bəndələri arasında qəzavət edəcəyi, Qur’ani-kərimin buyurduğu kimi, ixtilafların aradan qaldırılacağı[3] vaxta qədər davam edəcəkdir. Buna əsasən, hər bir dövrdə “nicat gəmisi”nin varlığı zəruridir və ondan üz döndərənlər məhvə məhkumdur.
7. Əhli-beytə (ə) qeyd-şərtsiz itaət hər bir dövrdə mə’sum və günahsız bir imamın varlığına gözəl sübutdur. Ona itaət nicat tapmaq, ondan üz döndərmək isə həlakətlə nəticələnəsidir.
8. “Səfinə” hədisi Peyğəmbəri-əkrəmin (s) buyurduğu
( سَتُفَرِّقُ اُمَّتِى عَلى ثَلاثٍ وَسَبْعِینَ فِرْقَةٍ، فِرْقَةٌ ناجِیَةٌ وَالباقُونَ فِى النّارِ:)
“Tezliklə ümmətim yetmiş üç firqəyə ayrılacaq, (onların) biri nicat, qalanları isə cəhənnəm əhlidirlər”[4] məşhur hədisin təfsiridir.
Bu hədisdən mə’lum olur ki, “firqətun naciyə” (nicat əhli olan firqə) Əhli-beyt (ə) məktəbinin üzvləri, İslam üsul və füruatında onların hidayət çərçivəsində qərar tutan firqədir.
Bu məşhur hədis ətrafında araşdırmalardan belə nəticə alırıq ki, İslam ümmətində Əhli-beytin (ə) adı çox yüksək olub. Onların kənarından sadəcə məhəbbətlə ötüb keçməməliyik.
***

[1] “Qəmər” surəsi, ayə: 11-12.
[2] “Hud” surəsi, ayə: 43.
[3] Qur’ani-kərimdə və çoxlu rəvayətdə buyurulduğu kimi, qiyamət günü ixtilafların aradan qaldırılacağı və Allah-taalanın ümmətlər arasında qəzavət və hökm kəsəcəyi bir gündür.
[4] Bu rəvayəti bir çox şiə və sünni alimləri nəql etmiş, hətta bə’zi rəvayətlərdə göstərilmişdir ki, imam Əli (ə) Peyğəmbəri-əkrəmdən (s) “Nicat əhli olan firqə hansıdır?” – deyə soruşduqda, o həzrət buyurmuşdur: “Əl-mutəməssiku bima əntə və şiətukə və əshabukə!” – (Sənin, şiələrinin və səhabələrinin yolundan yapışanlar!) (“Ehqaqul-həqq”, 7-ci cild, səh. 185.)

 

3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ2-“SƏFİNƏ” (GƏMİ) HƏDİSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma