“VİLAYƏT” AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İRADLAR VƏ BƏHANƏLƏR AYƏNİN NAZİL OLMA SƏBƏBİ

Bu ayədə gələn “vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə işarə etdiyimiz kimi, “vəli” sözünün müxtəlif mə’naları vardır ki, bə’zən dost, bə’zən hakim və rəhbər mə’nasında işlədilir. Rağib İsfahaninin yazdığına görə, bu sözün ilkin mə’nası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: “Vilayət” dostluq və kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mə’nasını ifadə edir.”[1]
Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və ixtiyar sahibi mə’nasındadır. Çünki burada “vəli” dost və yardımçı mə’nası kimi işlənsə, onda bütün mö’minlərə aid olacaq. Necə ki, “Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِیَاء بَعْضٍ
“Mö’min kişilər və qadınlar bir-birlərinin dostlarıdır...”
Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən “innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxşar digər) mə’nalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, “vəli” sözünün ixtiyar sahibi və rəhbər mə’nasını, Allahın və Peyğəmbərin (s) vilayəti ilə yanaşı tutulan cəhətini qəbul edək.
Sonrakı ayə (ayənin davamı):
وَمَن یَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِینَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ
“Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!”
Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mə’nasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, “hizbullah” (Allahın dəstəsi) və “düşmənlərə qələbə çalma” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan “vəli” sözü müsəlmanların rəhbəri mə’nası ilə uyğundur. Hətta “hizb” (dəstə) sözünün müştərək hədəfləri tə’min edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.

 

[1] Müfrədati-Rağib”, “vəli” sözü. Bə’zi alimlər “mövla” sözünə iyirmi yeddi mə’na qeyd etmişlər. (“Əl-qədir”, 1-ci cild, səh. 362.) Lakin onun əsas mə’naları qeyd etdiyimiz iki mə’nadır, qalan mə’nalar da bu iki mə’naya qayıdır.

İRADLAR VƏ BƏHANƏLƏR AYƏNİN NAZİL OLMA SƏBƏBİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma