“HƏL-ƏTA” SURƏSİ ŞE’R ƏDƏBİYYATINDA

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ

“Həl-əta” surəsinin Əhli-beyt (ə) barəsində nazil olması o qədər aydındır ki, bir çox məşhur şairlər öz şe’rlərində ona toxunmuşlar. O cümlədən, müxtəlif kitablarda nəql olunan “şafei məzhəbi”nin imam və rəhbəri Məhəmməd ibn İdris Şafeinin bu misraları məşhurdur:
 
İla mə, ila mə, və hətta məta?
Uatəbu fi hubbi hazəl-fəta!
Və həl zuvvicət Fatimu ğəyrəhu?
Və fi ğəyrihi “Həl-əta”, həl-əta?
 
“Nə vaxta, nə vaxta, nə vaxta qədər?
Ona olan sevgi danlaq gətirər?
Könül verərdimi Zəhra özgəyə?
Onunçün enmədi “həl-əta” məgər?”[1]
 
Hicri qəməri tarixlə 6-cı əsr alimlərindən olan İbn Bitriq “Umdətu-üyuni sihahil-əxbar” kitabında Əbu İshaq Sə’ləbinin təfsir kitabından bir şe’r nəql edir ki, onun bir misrası belədir:
 
Ənə movla li-fəta,
Unzilə fihi “Həl-əta”!
 
“Mən o comərd şəxsin quluyam ki, “Həl-əta” surəsi onun haqqında nazil olmuşdur!”[2]
Məhəmməd ibn Təlhə Şafei (7-ci əsr alimi) “Mətalibus-sual” kitabında Peyğəmbərin (s) Əhli-beyti (ə) barəsində belə bir şe’r söyləmişdir:
 
Humul-urvətul-vusqa li-mo’təsimin biha,
Mənaqibuhum caət bi-vəhiyin və inzali,
Mənaqibu fiş-Şura və surətu “Həl-əta”
Və fi surətil-“Əhzab”i yə’rifuhət-tali.
 
“Onlar sarılmaq istəyənlər üçün “ürvətül-vüsqa”dırlar (möhkəm dayaqlardır). Onların fəzilətləri Qur’an və vəhydə, “Şura” və “Həl-əta” surələrində qeyd edilmişdir. “Əhzab” surəsində gəlmişdir ki, (Qur’anı) tilavət edən hər kəs bunu yaxşı bilir.”[3]
Əhli-beytin “Şura” surəsindəki fəzilətləri dedikdə, “qurba” ayəsi nəzərdə tutulur. “(Ya Peyğəmbər!) De ki, mən sizdən risalətim və peyğəmbərliyim müqabilində ən yaxın adamlarıma sevgidən başqa bir mükafat istəmirəm!”[4]
“Əhzab” surəsindəki fəziləti isə “Təthir” ayəsi ilə bağlıdır: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir!”[5]
Bu zəmində Əbul-Qarat ibn Rəzikin “Təlaye” kitabında daha çox şe’rlər nəql olunmuşdur.[6]
***

[1] “Ehqaqul-həqq”, 3-cü cild, səh. 158 və “Əliyyun fil-kitabı vəs-sünnə”, 1-ci cild, səh. 447.
[2] “Umdətu-üyuni sihahis-sittə”, səh. 344, “Camiətul-mudərrisin” çapı.
[3] “Mətalibus-sual”, səh. 8. (“Əl-qədir” kitabından nəqlən, 3-cü cild, səh.109.)
[4] “Şura” surəsi, ayə: 23.
[5] “Əhzab” surəsi, ayə: 33.
[6] Bax: “Əliyyun fil-kitabi vəs-sünnə”, 1-ci cild, səh. 447.

 

“HƏL-ƏTA” SURƏSİ VƏ İRADLAR5-“HƏL-ƏTA” (İNSAN) SURƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma