14-“NUR” AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
15-“İNZAR” AYƏSİ 13-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ


“Hədid” surəsinin 28-ci ayəsində buyurulur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ یُؤْتِکُمْ کِفْلَیْنِ مِن رَّحْمَتِهِ وَیَجْعَل لَّکُمْ نُورًا تَمْشُونَ بِهِ وَیَغْفِرْ لَکُمْ وَاللَّهُ غَفُورٌ رَّحِیمٌ
“Ey iman gətirənlər! Allaha təqvalı olun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə Öz mərhəmətindən iki pay versin. Sizə yol getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir.”
“Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində İbn Abbasdan belə nəql edilir: “Ayədə qeyd olunan “Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd (Allah-taalanın Əliyə (ə) mərhəmət etdiyi) Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin” ifadəsindən məqsəd (İslam ümmətinin nuru və hidayət nişanəsi) Əli ibn Əbi Talibdir (ə).”[1]
İbn Abbas bu sözü özündən deməmişdir; çünki elə həmin kitabda müəllif Cabir ibn Abdullah Ənsaridən başqa bir hədis nəql edir. Orada Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: “...Allah sizə Öz mərhəmətindən iki pay versin” ifadəsindən məqsəd Həsən və Hüseyn (ə), ”Sizə yol getməyiniz üçün nur bəxş etsin”  ifadəsində məqsəd isə Əli ibn Əbi Talibdir (ə)!”[2]
Yenə həmin kitabda imam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur:
:مَنْ تَمَسَّکَ بِوَلایَةِ عَلِىٍّ فَلَهُ نُورٌ:
“Əlinin (ə) vilayətindən yapışan şəxs üçün nur və aydınlıq var!”[3]
O, bunu da əsaslandırmaq məqsədilə Əbu Səid Xudridən bir hədis nəql edir ki, orada Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:
اَما وَاللهُ لا یُحِبُّ اَهْلَ بَیْتِى عَبْدٌ اِلاّ اَعْطاهُ اللهُ عَزَّوَجَلَّ نُوراً حَتّى یَرِدَ عَلَىَّ الْحَوْضَ!:
“Allaha and olsun! Allah-taala Əhli-beytimi sevən hər bir kəsə (qiyamətdə) Kövsər hovuzunun kənarına, mənim yanıma gəlmək üçün bir nur verəcəkdir!”[4]
“Kənzül-ümmal” kitabında imam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur:
اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ وَاَنَا الصِّدِّیقُ الاَکْبَرُ لا یَقُولُها بَعْدِى اِلاّ کَذّابٌ مُفْتَرٍ وَلَقَدْ صَلَّیْتُ قَبْلَ النّاسِ سَبْعَ سِنِینَ:
“Allahın bəndəsi, Peyğəmbərinin qardaşı və böyük siddiq mənəm! Bu sözü məndən sonra yalançılardan başqa kimsə iddia etməz. Mən camaatdan yeddi il qabaq (Peyğəmbərlə (s) birlikdə) namaz qılırdım!”[5]
Həmin kitabda Məaz Ədviyyədən belə nəql edilmişdir: “Bəsrənin minbərində Əlinin (ə) belə buyurduğunu eşitdim:
اَنَا الصِّدِّیقُ الاَکْبَرُآمَنْتُ قَبْلَ اَنْ یُؤمِنَ اَبُوبَکْرٍ وَاَسْلَمْتُ قَبْلَ اَنْ یُسْلِمَ:
“Böyük siddiq mənəm! (Çünki) Mən Əbu Bəkr iman gətirməzdən öncə iman gətirmişəm, o, İslamı qəbul etməzdən qabaq İslamı qəbul etmişəm!”[6]
Ümumiyyətlə, əhli-sünnə kitablarından qeyd etdiyimiz hədislərə əsasən, imam Əli (ə) fəzilətcə, Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və xilafət məqamına hamıdan artıq layiq olan şəxsdir.
Əllamə Əmini “Əl-qədir” adlı dəyərli əsərinin 3-cü cildində imam Əlinin (ə) kişilər içərisində Peyğəmbəri-əkrəmə (s) iman gətirən ilk şəxs olduğu ilə bağlı geniş söz açmışdır. Məşhur əhli-sünnə alimlərinin kitablarından çoxlu rəvayət nəql etmiş, hətta bir çox İslam şairlərinin də şe’rlərini dəlil kimi qeyd etmişdir.[7] Bu məsələ ilə əlaqədar “ilk müsəlman” adı ilə ayrıca bir fəsildə bəhs edəcəyik.
 
 

[1] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 227, hədis: 943.
[2] Yenə orada, səh. 228, hədis: 944.
[3] Yenə orada, hədis: 946.
[4] Yenə orada, hədis: 947.
[5] “Kənzül-ümmal”, 13-cü cild, səh. 122, hədis: 36389. (Beyrutun “Müəssisətur-risalə” çapı.)
[6] Yenə orada, səh. 164, hədis: 36497.
[7] “Əl-qədir”, 3-cü cild, səh. 221-241.

 

15-“İNZAR” AYƏSİ 13-“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma