SƏHABƏ ORDUSU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
İRAQDA TERROR ƏMƏLİYYATLARITALİBAN QRUPU

Şiələr və sünnilər Hindistan yarımadasında uzun əsrlər boyu bir-birinə yanaşı, müsəlman qardaşlar kimi yaşayırdılar. Amma təəssübkeş və qansız vəhhabilər şiələri kütləvi şəkildə qır­mağa başladılar; onlar rəhmsiz terrorlara əl ataraq bu müsəlmanların qanını axıtmağa başla­dılar, çoxlu günahsız qadın, kişi, uşaq və ahıl qocaların qanını axıtdılar. Onlar da vəhhabi­lərlə mübarizəyə qalxdılar və təhlükəli, qorxunc bir mühit hər yeri bürüdü.
Dünya müxbirlərinin nəzərində bu ifratçı qrupun yaranıb inkişaf etməsi belədir:
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in ardıcılı oldu­ğunu id­dia edən və səhabə ordusu adlan­dı­rılan bu ordu sün­ni­­lə­rin bir firqəsindən ayrılan ifratçı qrupdur.
Bu qrup 80-cı illərdə Movlana Həqnəvaz Cəhəngəvi tərəfindən tə`sis olunmuşdur. (Bu dövr İran İslam inqilabının ilk illərinə təsadüf edirdi.) Səhabə ordusunun yaradılmasında əsas məqsəd İran İslam inqilabının Pakistan xalqına qoyacaq tə`sirin qarşısını almaq idi.
Bu qrupun ən mühüm hədəflərindən biri imam Hüseyn (əleyhis-salam)-a əzadarlıq mərasimi ilə mübarizə aparmaq və həqiqətdə o həzrətin qiyamına xələl yetirmək idi. Onlar «Xilafəti raşidi» adlı jurnalın nəşr olunduğu illərdə dəfələrlə bu istəyi irəli çəkmiş və Pakistan dövlətindən tələb etmişdilər ki, şiələrin bütün imamzadə və Hüseyniyyələrini yığışdırsın bütün orta və ali məktəblərdə «Aşura» əzadarlığının keçiril­məsi­nin qarşısını alsın. Əlbəttə, bu istək Pakistan dövləti tərəfindən heç vaxt qəbul olunmamışdı.
Bu qrupun izlədiyi hədəflərdən digər biri də Pakistanda 1979-cu ildən fəaliyyət göstərən «Cə`fəri hərəkatı» adlı şiə qrupu ilə qarşılaşmaq idi.
Səhabə ordusunun təşkil olunmasının əsas səbəblərindən biri də şiələrin ehtimali təhlü­kələri və onların hərbi qüdrət baxımından inkişaf etmələ­rindən yaranan qorxu idi ki, bu da onların məntəqədə siyasi və məzhəbi cəhətdən inkişaf etməsindən qaynaqlanır.
Pərviz Müşərrəfin e`lan etdiyi faktlara əsasən, müxalif tərəflər arasında münaqişədə təkcə bir il ərzində qırx min nəfər qətlə yetirilmişdir. Səhabə ordusu şiələrə hücum etməzdən əvvəl Pakistanda yaşayan iranlıları da hücuma mə`ruz qoyur və iddia edirdilər ki, onlar İrandakı şiə hökuməti tərəfindən himayə olunur, buna görə də onları aradan götürmək lazımdır!
Səhabə ordusu istəyirdi ki, Pakistan rəsmi olaraq sünni ölkəsi kimi təqdim olunsun. Bu qrupun düzəltdiyi hərbi qala və səngərlər, əsas e`tibarı ilə, Pakistanın cənubunda, mərkəzində və çox əhali yaşayan Pəncab məntəqəsində, eləcə də Kəraçi sərhədlərində yerləşir. Bu qrupun dörd yüzdən artıq ofis və fəaliyyət mərkəzi var. Pəncab əyalətinin hər bir bölgəsində bu qrupun şaxələri mövcuddur və bu qrupun üzvlüyünə təqribən yüz min nəfər ad yazdırmış, xarici ölkələrdə də, o cüm­lədən, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərə­bis­tanı, Banqladeş, Kanada və s. fəaliyyət mərkəzləri açmışlar.
Pəncab əyalətindəki məktəb və dini mədrə­sələrin çoxu bu qrupun vasitəsilə idarə olunur. Mövcud faktlara əsasən, Pakistandan xaricdə olan sünni mədrəsələrinin də çoxu Səhabə ordusunun qüvvələri və müəllimlərinin nəzarəti altında idarə olunur, onlar öz üzvlərinə müxalifləri terror etmək üçün tə`lim verirlər.
Mövlana Cəhəngəvi 1990-cı ildə qətlə yetirildi. O, həmin ildə milli şura seçkilərində işti­rak etmiş, lakin kifayət qədər rə`y toplaya bilməmişdi. Buna baxmayaraq, əvvəldə olduğu kimi, öz üzvləri arasında sevilirdi. Onun qətlə yetirilməsindən sonra Mövlana Ə`zəm Tariq bu qrupun məs`uliyyətini öhdəsinə götürdü.
Səhabə ordusu Taliban hərbçiləri vasitəsilə himayə olunurdu, Ə`zəm Tariq də Taliban qrupunun rəhbərini himayə edəcəyini aşkar şəkildə e`lan etmişdi. O da televiziya və kinoların qadağan edilməsi kimi qanunları şiddətlə dəstəkləyirdi.
Ə`zəm Tariq əvvəlcə «Ləşkəri Cəhəngəvi» tərəfindən himayə olunurdu, lakin sonralar, 2003-cü ilin fevral ayında özünün bu ordu ilə olan rabitəsini inkar və iddia edərək dedi ki, Səhabə ordusunun üzvlərindən bə`zisi İslam qanunlarının icrası naminə olan «sülh» üslubumuzdan bezmiş və «cəhəngəvi ordusunu» təşkil etmişlər. Ə`zəm Tariq təqribən 103 dəfə şiə rəhbərlərinin terror olunmasını öhdəsinə götürməklə müttəhim olunurdu.
Bu qrupun büdcəsi və xərcləri ifratçı sünnilər, eləcə də Səudiyyə Ərəbistanında və Fars körfəzi məntəqəsində yaşayan sərmayədarlar tərəfindən tə`min olunurdu. Bə`zən də daxildəki ifratçı firqələr, o cümlədən «Cəmaəti İslami», «Cəmaəti üləmayi İslami» və sair həməqidələri tərəfindən himayə olunurdular.
2001-ci ilin avqust ayının 14-də Pakistan dövləti ifratçı qrupların fəaliyyətlərinin dayandırılmasına dair qərar çıxartdı. Bu qərardan beş ay sonraya qədər bu qrup özünün ifratçı-terrorist fəaliyyətlərini, əvvəldə olduğu kimi, davam etdirirdi. Buna görə də Pərviz Müşərrəf 2002-ci ilin yanvar ayının 12-də bu qrupun fəaliyyətini qadağan etdi. Bunun ardınca Səhabə ordusu hücuma mə`ruz qaldı və onların üzvlərindən çoxu tutulub həbs edildi.
Bu hadisədən sonra Ə`zəm Tariq öz fəaliyyətini yeni bir ünvan altında – «Milləti İslamiyyə» adı altında başladı və xarici havadarlarının tərəfindən külli miqdarda pulla tə`min edildi.
2003-cü ilin noyabr ayının 15-də Pakistan dövləti bu qrupun fəaliyyətlərini yenidən qadağan etdi və bu qrupun aparıcı üzvlərini tutdu, bankdakı pullarını müsadirə etdi və onları, yığışdıqları yerlərdə –məscidlər, evlər və sair yerlərdə hücuma mə`ruz qoydu.
Pakistan dövləti özünə yeni ad alan bu qrupun digər fəaliyyətlərinin qarşısını almaq üçün həbs olunanlardan altı yüz nəfərini yüz min rupiyə cəriməyə məhkum etdi.
2001-ci ilin oktyabr ayının əvvəllərində Ə`zəm Tariq də tutuldu. Həbsdə olmasına baxmayaraq 2001-ci il 10 oktyabr seçkilərində iştirak etdi və kifayət qədər rə`y toplayaraq Pəncab əyalətinin federal məclisinin müstəqil bir üzvü kimi seçildi və nəticədə 30 oktyabrda azad edildi.
Azad edildikdən bir neçə ay sonra Zəfərullah­xan Cəmalinin seçilmiş dövləti tərəfindən himayə edildi və nəticədə şiələr əleyhinə ifratçı terr­orist fəaliyyətlərini davam etdirməyə başladı.
Onun 2003-cü ilin oktyabr ayının 11-də qətlə yetiril­məsindən sonra məntəqədə təhlükəsizlik qüvvə­ləri yerləşdirildi və sonrakı gün onun rəhbərliyi altında idarə olunan mədrəsənin üzvləri onun dəfn mərasimində çox təm-təraqla işti­rak etdilər, İslamabaddakı Məclis bina­sının qarşısında onun cənazəsinə namaz qıl­dılar, mərasimdən sonra iştirakçılar mağazalara, restoranlara və bir neçə kino-teatra hücum etdilər, oranı yandırıb çoxlu təxribatçılıq aktları törətdilər.[1]
Səhabə ordusunun adı hətta namaz qılanların arasında, məscidlərdə və Pakistan ölkəsinin hər bir yerində belə, çox qəribə terroristliyi və rəhmsiz qırğınları xatırladır.

[1] «Enkarta» adlı ensiklopediya və dünyanın məşhur informasiya vasitələrindən iqtibas olunmuşdur.

İRAQDA TERROR ƏMƏLİYYATLARITALİBAN QRUPU
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma