VƏHHABİ RƏHBƏRLƏRİN ƏN MÜHÜM İTTİHAMLARI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
SƏUDİYYƏ ƏRƏBİSTANININ BÖYÜK ALİMLƏR HEY`ƏTİNİN vəhhabİ­lə­rİn terrorİst əməllərİnİ məhkum etməklə əlaqə­dar BƏYANATIŞEYXİN SÖZLƏRİNDƏ ZİDDİYYƏTLƏR

Keçən fəsillərdə qeyd olundu ki, İbni Fərhan sünnülərin məşhur alimlərinin Şeyxə tutduqları ən mühüm iradları dörd şeydə xülasələndirir:
1-Müsəlmanların kafir hesab edilməsi;
2-Nübüvvət iddiası (dildə deyil, vəziyyətindən aşkar olur);
3-Allah-taalanın cism olmasına inanmaq və Onun bir şeyə təşbih etmək;
4-Din böyüklərinin və ilahi övliyaların kəramətlərini inkar etmək.
Sonra əlavə edir: «Ümdə ittiham birincisidir ki, heç kəs onu inkar edə bilməz.» Bundan sonra məşhur yazıçı Şeyx Əhməd Zeydi Dehlanın «Də`vəl-mənaviin» kitabında qeyd etdiyi sözləri zikr edir. O deyir: «Vəhhabilər heç kəsi müvəhhid (tövhidçi) hesab etmirlər; yalnız o kəsləri tövhidçi hesab edirlər ki, onların məzhəblərinə tabe olmuş olsun.»[1]
Zəhavi adlı digər məşhur alimdən nəql edir ki, «əgər bir şəxsdən «vəhhabi məzhəbi hansıdır və bu məzhəbin nəticəsi nə olmuşdur?» - deyə soruşsalar, bu sualın cavabında deyərəm: «Bütün dünya müsəlmanlarının kafir olmasına hökm!» Bu, yuxarıda qeyd edilən sualların ən kafi cavabıdır.»[2]
Həsən ibni Fərhan çalışır ki, digər üç itti­ham­dan Şeyxə bəraət qazandırsın, lakin tam tə`kid­lə qəbul etdiyi birinci ittiham çox da kiçik itti­ham deyildir. Halbuki Qur`an müsəlmanları, hətta zahirdə belə islamçılıq iddiası edənləri küfrlə müttəhim etməyi aşkar şəkildə qadağan edir (İsla­mın zəruri məsələlərini inkar etməyincəyə qədər):
وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَیْکُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَیَاةِ الدُّنْیَا
“İslamı izhar eədn şəxsə, dünyanın davam­sız, ötəri sərmayələrini ələ gətirəsiniz (onun mal-dövlətini qənimət olaraq ələ keçirəsiniz) deyə, “sən müsəlman deyilsən!”-deməyin.[3]
Görəsən, bu şərif ayənin aşkar şəkildə buyurması ilə eyni zamanda, müsəlmanları öz aşkar səhvləri nəticəsində kafir hesab etməyə – özü də tövhid və şirk kimi məsələlərdə – bir yer qalırmı?! Halbuki:
وَمَن یَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِیهَا وَغَضِبَ اللّهُ عَلَیْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِیمًا
“Hər kəs mö`min bir şəxsi qəsdən qətlə yetirsə, onun cəzası cəhənnəmdir və orada əbədi qalacaqdır, Allah ona qəzəb və lə`nət edir, onun üçün böyük bir azab hazırlamışdır.”[4]
Bu ayə hər bir imanlı insanın vücudunu lərzəyə gətirir, cəhənnəm atəşi ilə, özü də orada Allahın qəzəb və lə`nəti ilə yanaşı olaraq əbədi qalmaqla təhdid edir. Bu, elə bir tə`birdir ki, insanı qətlə yetirmək istisna olmaqla kəbirə günahlardan heç biri barəsində istifadə edilməmişdir.
Bu ağır cəzanın imansız şəxslərə məxsus olduğuna nəzər yetirməklə ilahi əzabda əbədi qalmaq tə`biri göstərir ki, müsəlmanların qatilləri, sözsüz, imansız halda dünyadan gedirlər ki, onla­rın cəhənnəmdə əbədi qalmasına şərait yaransın.
İndi fikirləşin: Namaz qılan, oruc tutan, bütün İslam ədəblərinə sahib olan şəxsləri puç xəyal­larla qətlə yetirən, qadınlarını əsir tutan, mal-dövlətlərini qarət edənlərin vəziyyəti necə ola­caq?! Bir nəfəri deyil, yüzlərlə, minlərlə qadı­nı, uşağı, südəmər körpəni, qoca-cavanı qətlə yeti­rənlər! Bu əməllərilə «İslam dini» və «Mu­həm­məd tövhidi» adını qoymuş, özlərini isə nicat əhli hesab edirlər. Nəuzi billahil-əzim!
Halbuki, onların özü aşağıdakı ayənin nümunələ­ridir:
وَزَیَّنَ لَهُمُ الشَّیْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِیلِ فَهُمْ لَا یَهْتَدُونَ
Şeytan onların yaramaz əməllərini öz nəzər­­lə­rin­də gözəl cilvələndirmişdir və onları haqq yolundan saxlamışdır, buna görə də hidayət olun­murlar.”[5]
Amma son zamanlarda bu məzhəb ardıcıl­ları­nın ço­xu öz səhvlərini anlamış, müsəlmanları kafir hesab et­məyi böyük günahlardan saymışlar, baxmayaraq ki, onla­rın nəzərində bid`ət əhli olsalar da; Bu da pak İslam di­ni­nin terrorizmdən, təhdid­lərdən xilas olması nümu­nə­si­dir ki, bu da «Məfahimu yəcibu ən tusəhhəhə» və «Dai­yətun və leysə nəbiyyən» kitablarında qeyd etdiyimiz İsla­mi məhəbbət və duyğuların çiçəklənməsinə səbəb olacaq.
Sonda bu bəhsin hüsnü-xitamı (gözəl xətmə ye­ti­­ril­­məsi) üçün mühüm bir e`lanı qeyd edirik ki, Səu­diyyə Ərəbistanının alim, fəqih və mühəddis­ləri – mö`tədil vəhhabilərdən olan bir qrupu tərə­findən yazılıb nəşr edilmişdir.
[1] «Də`vəl-mənaviin», səh.166.
[2] «Də`vəl-mənaviin», səh.167.
[3] «Nisa» surəsi, ayə:94.
[4] «Nisa» surəsi, ayə:93.
[5] «Nəml» surəsi, ayə 24
Bu e`lan müxtəlif qəzet və jurnallarda çap olun­muş­dur, lakin biz onu «Mö`cəmu təbəqatil-mütəkəllimin» kitabından nəql edirik.

 

 

SƏUDİYYƏ ƏRƏBİSTANININ BÖYÜK ALİMLƏR HEY`ƏTİNİN vəhhabİ­lə­rİn terrorİst əməllərİnİ məhkum etməklə əlaqə­dar BƏYANATIŞEYXİN SÖZLƏRİNDƏ ZİDDİYYƏTLƏR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma