Qəbir üzərində bina tikmək qadağandırmı?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Vəhhabilərin əli ilə mədəni mirasların məhv edilməsiQadınlar və qəbirləri ziyarət etmək


Müsəlmanların tarixindən əsrlər keçdi, böyük islam şəx­siyyətlərinin qəbirlərinin üzərinə çoxlu tarixi abi­də­lər və adi binalar tikildi, müsəlmanlar onların ziya­rə­ti­nə gəlib təbərrük etdilər və heç kəs bu işə irad tutma­dı. Həqiqətdə, bu iş barəsində bir icma və əməli sirə var idi, heç bir müxalifət də gözə dəymirdi. Dör­düncü hicri əsrində yaşamış böyük tarixçi və «Mu­rucüz-zəhəb»in müəllifi Məs’udi, yeddinci səkkizinci əsrlərdə yaşayan İbni Cərir və İbni Bəttutə kimi səyyahların hamısı öz səfərnamələrində qəbirlərin üzərində böyük və əzəmətli binaların tikildiyini yazmışlar.
Nəhayət, yeddinci hicri əsrində İbni Teymiyyə və onun şagirdi olan Məhəmməd ibni Əbdül-Vəhhab (12-ci əsrdə) vücuda gələrək qə­bir­lərin üzərində bina tikməyi bid’ət, haram və şirk hesab etdilər.
Vəhhabilərin islami məsələləri, xüsusilə tövhid və şirk məsələlərini dərindən təhlil etməyə kifayət qədər el­mi olmadıqlarına görə, bu məsələlər barəsində çox qə­ri­­bə vəsvaslığa düçar olmuşlar, hər yerdə bir bəhanə tap­sa­lar, onunla müxalifətə qalxırlar. Ziyarət, şəfaət qə­bir­­lərin üzərində bina tikilməsi və s. də bu qəbildəndir. Onlar bu işlərin hamısının şəriətlə müxalif olduğunu iddia edərək, şirk və bid’ət damğası vurur və onunla mü­xa­lifətə qalxırlar. Onların bid’ət hesab etdiyi ən mü­hüm­ işlərdən biri də böyük din şəxsiyyətlərinin qəbir­lə­ri üzərində bina tikilməsidir. Hal-hazırda da Hicaz­dan başqa, dünyanın hər bir yerində və müxtəlif islami öl­kə­lərdə ilahi peyğəmbərlərin, böyük islam şəxsiy­yət­lərinin qəbirləri üzərində tikilən binalar gözə dəyir ki, bunlar da çoxlu məsələləri xatirələrdə canlandırır. Misirdən Hin­distana, Əlcəzairdən İndoneziyaya qədər bütün ölkə­lər­də islamın əvvəllərindən yadigar qalan abidə və əsər­lə­rə ehtiram qoyulur, din böyüklərinin qəbirlərinə xüsu­si əhəmiyyət verilir.
Lakin Hicazda bunlardan heç bir əsər-əlamət yoxdur. Nə üçün?! Səbəbi də islami məfhumlarla əlaqədar düzgün təhlilin olmamasıdır.

 

Vəhhabilərin əli ilə mədəni mirasların məhv edilməsiQadınlar və qəbirləri ziyarət etmək
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma