Vəhhabilərin əli ilə mədəni mirasların məhv edilməsi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
1-Qəbirlər məscid olmamalıdır!Qəbir üzərində bina tikmək qadağandırmı?

Keçən bir əsr ərzində vəhy diyarında çox acı bir ha­di­sə baş vermiş və müsəlmanları həmişəlik olaraq isla­mın tarixi əsərlərindən məhrum etmişlər. Bu da vəhhabi­lə­rin güclənməsi idi. Təqribən 80 il əvvəl (1344-cü h.q) vəhhabilər Hicazda hakimiyyətə çatdıqları zaman ölçül­məmiş, eyni zamanda həmahəng bir hərəkətlə bütün islami və tarixi abidələri «şirk və bid’ət» bəhanəsi ilə dağı­daraq yerlə yeksan etdilər.
Amma Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in mütəhhər qəbrini da­ğıt­mağa cür’ət etmədilər. Çünki bütün dünya müsəl­man­la­rı­nın onla­rın əleyhinə qalxması ehtimalı var idi. Baş­qa sözlə desək, təqiy­yənin müxalifləri olan bu qrup digər müsəlmanlardan təqiyyə etdilər!
Beytullahil-hərama etdiyim ziyarət səfərlərinin bi­rin­də onların böyükləri ilə dostcasına söhbət aparır­dım. Nə üçün bütün qəbirlərin dağıdıldığı, amma Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in qəbrinin salamat qalma­sı­nı soruşduqda, heç bir cavab vermədilər.
Hər bir halda, xalqların həyatı müxtəlif məsələ­lər­lə tam mə’nada bağlıdır. Onlardan biri də özlərinin di­ni, mədəni, elmi miraslarını qoruyub-saxlamaqdan ibarət­dir. Çox təəssüflə qeyd etmək lazımdır ki, müsəlmanların düzgün tədbir tök­mə­məsi nəticəsində vəhy diyarı, xü­su­silə Məkkə və Mədinə, bir qrup geridə qalmış, qansız və tə­əssüb­keş insanın əlinə düşdü, onlar islam mədəniy­yətinin ən nəfis və dəyərli miraslarını həddindən artıq puç və əsassız bəhanələrlə məhv edib dağıtdılar. Bu mirasların hər biri iftixarlı islam tarixinin mühüm bir hissəsini xatirələrdə canlandırırdı.
Təkcə «Bəqi» qəbiristanlığında dəfn olunan böyük şəx­siyyətlərin və imamların qəbrini deyil, üstəlik islam ta­ri­xindən yadigar qalan hər növ dəyərli əsərləri də məhv edib aradan apardılar, müsəlmanlara bərpaolunmaz xəsa­rət­lər vurdular. Bu tarixi əsərlər çox qəribə cazibə­dar­lığa malik idi və insanı islam tarixinin dərinlik­lərinə aparıb seyr etdirirdi.
Bir gün əzəmətli mənzərəyə malik olan, hər bir guşəsi tarixi hadisələrin mühüm bir hissəsini özündə əks etdirən «Bəqi» qəbiristanlığı bu gün çöllüyə çevrilmiş və özünə çox pis bir mənzərə almışdır, özü də çox gözəl otellərin və bərli-bəzəkli binaların arasında! Onun qəvarəsi olmayan dəmir qapıları gün ərzində yalnız iki saat zairlərin üzünə açılır, o da yalnız kişilərin!

 

 

 

1-Qəbirlər məscid olmamalıdır!Qəbir üzərində bina tikmək qadağandırmı?
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma