1-Zərurətlər, ehtiyaclar...

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Misyar nika5.Müvəqqətİ nİKah


Camaatın çoxu, xüsusilə cavanlar daimi əqdlə evlənə bil­mirlər. Çünki daimi nikah müəyyən müqəddimələrə, xərc­lərə və müxtəlif məs’uliyyətin qəbul edilməsinə bağlıdır və onun üçün hazırlıq işləri müəyyən qruplar üçün müyəssər deyildir. O cümlədən:
1-Cavanların çoxu, xüsusilə bizim əsrimizdə təhsil döv­rünü keçirməkdə olan cavanlar daimi nikahla evlən­mə­yə qadir deyildirlər. Çünki nə onların işi peşəsi var­dır, nə münasib məskəni, nə də sair xərcləri. Onlar nikah mərasimlərini nə qədər sadə bərqərar etməyə çalışsalar belə, yenə də lazımi vəsaitləri tədarük görə bilmirlər.
2-Müəyyən şəxslər evlənirlər, lakin xarici ölkələrə səfərə çıxdıqda və səfər uzun müddət davam etdikdə müəyyən cinsi məhrumiyyətlərə düçar olurlar; nə həyat yol­daş­larını özləri ilə apara, nə də yenidən həmin ölkədə daimi evlənə bilirlər.
3-Bə’zi qadınlar müxtəlif xəstəlik və sair problem­lər üzündən öz həyat yoldaşlarının cinsi ehtiyaclarını tə’­min etməyə qadir deyildirlər.
4-Əsgəri xidmət, sərhədlərin qorunması və s. üçün ki­mi uzunmüddətli mə’muriyyətdə olan, nəticədə öz ailə­lə­rin­dən uzaq düşənlər cinsi problemlərlə qar­şıla­şır­lar. Mə’lum olduğu kimi, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə də islam əsgərləri üçün bu kimi problemlər qarşıya çıxmışdı və bunun da nəti­cəsində müvəqqəti nikah qanun şəklinə salınmışdır.
5-Bə’zən qadın hamiləlik dövründə olur və onun da xüsusi şəraitləri olduğundan, kişi öz hamilə qadını ilə cin­si əlaqəyə girə bil­mir və bir çox hallarda cavan ol­du­ğuna görə məhrumiyyət müş­kü­lləri qabağa çıxır. Bu ki­mi ictimai problem və zərurətlər daim olmuş və ola­caq­dır, heç də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövrünə məxsus deyildir; elə bizim əsrimizdə də cinsi təhrikin müxtəlif amil­lə­ri­nə diqqət yetirməklə, bu problemlər daha da şiddət­lən­miş­­dir.
Bu kimi hallarda kişilər iki yol ayrıcında qərar tu­turlar: ya, Allah eləməmiş, zina kimi çirkin və iffətə zidd olan əməllərə qurşanmaq, ya da sadə nikah yolu olan mü­vəq­qəti nikahdan istifadə etmək. Halbuki, daimi nika­hın çətinlikləri onda yoxdur və insanın cinsi ehtiyac­ları­nı müvəqqəti olaraq tə’min edə bilir.
Zahidlik yolunu seçərək hər ikisindən göz yummaq da yax­şı təklifdir, lakin çoxları üçün əməldə qeyri-müm­kün və heç olmazsa, bə’ziləri üçün xəyali bir işdir.

 

 

Misyar nika5.Müvəqqətİ nİKah
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma