Misyar nika

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Müvəqqəti nikah nədir?1-Zərurətlər, ehtiyaclar...

Qəribədir ki, hətta müvəqqəti nikahı inkar edənlər (yə’ni sün­nü qardaşlarımızın əksəriyyəti) belə cavanla­rın və digər məhrum siniflərin tə’siri altında olduq­la­rı zaman, tədrici olaraq müvəqqəti nikaha oxşar olan bir nika­ha razılıq verir və onu «misyar nikahı» adlan­­dı­rır­lar. Onun adını «müvəqqəti nikah» qoymasalar da, əməl­də bu ikisi arasında heç bir fərq yoxdur. O da belədir ki, nika­ha eh­tiyacı olan bir şəxsin müəyyən bir qadınla daimi əqd bağ­lamasına icazə verir, halbuki məqsədi qısa müddətdən sonra ona təlaq verməkdir. Əvvəlcədən də şərt­ləşirlər ki, qadının nə nəfəqə haqqı olsun, nə gecə bir yerdə yatmaq haq­qı (daimi əqddə bu, vacib bir haqdır), nə də irs aparmaq haq­qı! Yə’ni dəqiq şəkildə mü­vəqqəti nikah ki­mi­dir, yal­nız bir fərqlə ki, burada bir-birindən tə­laq­­la ayrı­lırlar, müvəqqəti nikahda isə müddətin bağış­lan­ması və ya sona çatması ilə. Hər ikisində də əvvəlcədən məh­dud və mü­əy­yən müd­­dət ərzində nikah bağla­yacaq­larını nə­zər­də tutmuş olur­lar.
Daha qəribəsi budur ki, son zamanlar nikah məsə­lə­sində çətin­liyə düşən və ruhi gərginlikdə olan sünnü cavan­la­rından bə’ziləri internet vasitəsi ilə bizimlə əlaqə ya­ra­dıb demişlər ki, «biz müvəqqəti nikah məsə­ləsində şiə alimlərinin fətvasına tabe olmaq istəyirik. Bunun eybi var­mı?» Biz dedik: «Heç bir eybi yoxdur!»
Onlar müvəqqəti nikahı inkar edir, lakin misyar nikahına üz gətirirlər; müt’ənin adını gətirmədən özünə əməl edirlər!
Bəli, zərurətlər nə vaxtsa insanı, adını dilə gətir­məsə belə, həqiqətləri qəbul etməyə vadar edəcəkdir.
Buradan belə nəticə alırıq ki, müvəqqəti nikahla mü­xa­lifətə israr edənlər ya bilərəkdən, ya da bilməyə-bil­məyə fahişəlik üçün yol açırlar. Amma əgər ona oxşar olan misyar nikahına təşviq eləsələr, onda ayrı məsələ.
Məhz həmin səbəbə görə Əhli-beyt (əleyhimus-salam) rəvayətlərində qeyd olu­nur ki, “əgər islamdakı müvəqqəti nikah ilə müxalifət etməsəy­di­lər, heç kəs zinaya aludə olmazdı.”[1] Sünnülərin hədis kitab­la­rında da qeyd olunur ki, Əli (əleyhis-salam) buyurur: “Əgər Ömər müt’əni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi.”[2]
Məhrumların gerçək ehtiyaclarını tə’min etmək kimi zə­ru­­rətlər üçün nəzərdə tutulmuş olan müvəqqəti nikah­dan sui-istifadə edən, onu nəzərlərdə çirkin cil­vələn­di­rən, onları şəhvətpərəstlik vasitəsi hesab edənlər də is­lam cəmiyyətinin zinaya qurşanması üçün yol açmışlar. On­lar bu günaha aludə olanların günahında şərikdirlər, çün­ki əməldə müvəqqəti nikahdan düzgün istifadə olunmasına mane olurlar.
Hər bir halda, insanın fitrəti ilə tam müvafiq olan, in­­sanların hə­qi­qi ehtiyaclarının hamısını nəzərdə tutan İslam dininin müvəq­qə­­ti nikahı öz həyati proqram­la­rında yerləşdirməməsi mümkün deyil­dir. Sonradan görəcəyimiz kimi, müvəqqəti nikahın hökmü həm Qur’ani-kərimdə, həm də Peyğəmbər rəvayətlərində gəlmiş, sə­ha­bə­lə­rin bir qrupu da ona əməl etmişlər. Bə’ziləri bu islam hök­münün nəsx olunmasını (qüvvədən salınmasını) iddia etmişlər ki, onların bu barədəki dəlillərinin qənaət­bəxş olmadığını görürük.


[1] İmam Sadiq (əleyhis-salam) buyurur: “Lov la ma nəha ənha Öməru ma zina il­la şəqiyyun – Əgər Ömər müt’əni qadağan etməsəydi, bədbəxt­lərdən başqa heç kəs zina etməzdi.” «Vəsailuş-şiə», 14-cü cild, səh.440, hədis: 24.
[2] «Təfsiri Təbəri», 5-ci cild, səh.119; «Ən-Durrul-Mənsur», təf­siri, 2-ci cild, səh.140; «Təfsiri Qurtəbi», 5-ci cild, səh.130

 

 

Müvəqqəti nikah nədir?1-Zərurətlər, ehtiyaclar...
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma