Sui-istifadələr

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Şəhvətbazlar və kİnlİ tənqİdçİlər!Müvəqqəti nikah nədir?

Müsbət işlərdən sui-istifadə edilməsi həmişə bədxahların əlinə elə bəhanələr verir ki, ondan istifadə edərək müsbət proqramlara və qurucu işlərə qarşı çıxaraq onun köksünə zərbə endirsinlər.
Müvəqqəti nikah da daim hücumlara mə’ruz qalan bəhslərin bariz nümunələrindən biridir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, əyyaşlıq, eyş-işrət və hə­vəs­bazlıqla məşğul olanlar əslində zərurət­lə­rin düyünlərini açan, mühüm ictimai problemləri həll edən bir prinsipi – müvəqqəti nikahı oyun-oyuncağa çevir­miş, onu nadan və xəbərsizlərin nəzərində tam başqa cür cil­və­ləndirmiş və beləliklə də, hikmət əsasında olan bu hökmü tənqid atəşinə tutan müxaliflərin əlinə bəhanə vermişdir.
Amma sual yaranır ki, gərəsən, ləyaqətsiz insanlar han­sı­sa bir dövrdə hər hansı bir qanundan sui-istifadə et­mə­­miş, hansı nəfis sərmayədən əyri yolda istifadə etmə­miş­lər?! Əgər bir gün Qur’anları nizə başına keçirib ya­lan­dan zalımcasına və həyasızcasına olan hökumət­lə­rinə bəraət qazanırdılarsa, onun məfhumu Qur’anı kənara qoymaq­dırmı?!
Digər bir nümunə: Bir gün münafiqlərdən hər hansı bir qrupu «Zirar» məscidini tiksə və əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in göstərişi ilə onu dağıtsalar, yaxud yan­dır­salar bunun mə’nası o deməkdirmi ki, məscidlər ümu­miyyətlə tərk edilməlidir?!
Biz e’tiraf etməliyik ki, bə’ziləri islamın hesab-kitab üzündən olan bu dəqiq hökmündən sui-istifadə etmişlər. Amma bir qrup na­maz qılmayan adamın xatirinə məscidin qapısını bağlamaq olmaz. Bu kimi hallarda sui-istsfadə yolunu əyyaşların üzünə bağ­la­maq, müvəqqəti nikah üçün düzgün proqramlar tökmək lazım­dır. Xüsusilə, bizim əsrimizdə dəqiq və düzgün proqramlar olmadan bu işin yerinə yetirilməsi mümkün deyildir. Gərək cəmiyyətin mütəfəkkirləri, seçilmiş şəxsiyyətləri bu iş üçün müəyyən proqramlar yazıb icra etsinlər ki, şeytanların əlləri kəsilsin, bu hikmətli hökmün gözəl simasını aşkar etsinlər, nəticədə bu qrupların sui-istifadəsi üçün yol bağlanmış olsun.

Şəhvətbazlar və kİnlİ tənqİdçİlər!Müvəqqəti nikah nədir?
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma