Məsələnİn qoyuluşu

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Namazın beş vaxtda qılınmasına israr etməyin İslam cəmiyyətlərinə qoyduğu tə’sirlər5-Əli ibni Əbdüllah ibni Abbas, Rəzinə belə yazdı:


Namaz – bəndənin Allahla rabitə yolu, ən böyük tərbiyə proq­ramı, insan nəfsinin və ruhunun saflaşdırılması, əxlaqsız, münkər (pis) işlərdən çəkindirilməsi və Allah dərgahına yaxınlaşma səbəbidir; camaatla qılınan namaz müsəlmanların qüdrət, qüvvə və vəhdət simvolu, islam cəmiyyətinin iftixar səbəbidir.
Namaz hər gecə-gündüz ərzində beş dəfə qılınır, insanın qəlbi və ruhu müdavim olaraq bu ilahi feyzin zülal çeşməsilə yuyulur. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) na­ma­zı öz gözünün nuru adlandırır – «Qurrətu-əyni fis-səlat»[1] deyə buyururdu. O həzrət namazı “əssəlatu me’ra­cul-mu’minin mö’minin me’racıdır” - deyə buyurmuş,[2] onu pərhizkar və təqvalı insanların Allah dərgahına yaxınlaşma vasitəsi kimi təqdim etmişdir: “Əssəlatu qurbanu kulli təqiyy.”[3]
Belə bir sual yaranır: Bu namazların ayrı-ayrı beş vaxtda qılın­ması vacib bir hökmdürmü ki, bu olmadıqda namaz batil sayılsın (namazın, öz vaxtından əvvəl qılınması kimi), yoxsa beş namazı üç vaxtda da (zöhrlə əsri, məğriblə işanı birlikdə) qılmaq olar?!
Şiə alimləri Əhli-beyt (əleyhimus-salam) məktəbinə tabe olaraq ümumi şə­kil­də bu fikirdədirlər ki, namazı üç vaxtda qılmaq caizdir, amma 5 vaxtda qılınsa, daha fəzilətli və üstündür. Lakin sünnü alim­lə­ri­nin ək­sə­riyyəti – az say­da istisna olmaqla – namazın beş vaxtda qıl­ın­ma­sını va­cib bilmişlər. (Yalnız Ərəfə günündə – Ərəfatda zöh­rlə əs­­ri və Qurban bayramı gecəsində məğriblə işanı Məş’­ərül-hə­ram­da bir yerdə qılmağı caiz bilirlər. Onların çoxu da səfərdə, ya­xud məs­cidə gediş-gəlişin çətin oldu­ğu yağışlı günlərdə camaat na­ma­zı təşkil etmək üçün iki namazı bir yerdə qılmağı caiz bilmişlər.)
Qeyd etdiyimiz kimi, şiə fəqihləri namazın beş vaxtda, bir-birindən ayrı şəkildə qılınmasının fəzi­lət­li olmasına tə’kid etməklə yanaşı, onların üç vaxtda qılınmasına da icazə vermişlər. Bunu da Allah tərə­fin­dən, namazın müəyyən qədər yüngülləş­dirilməsi və camaata daha geniş imkanlar verilməsi üçün «ilahi bir əta, ən’am» adlandırmışlar ki, İslamın buyurduğu «asan və yüngül olan şəriətlə» uyğundur.
Təcrübələr göstərir ki, namazın beş vaxtda qılınma­sı­nın vacibliyinə tə’kid, bə’zən namazın ümumiyyətlə unu­dul­masına və bə’zilərinin namazı tərk etməsinə səbəb olur.


[1] «Məkarimül-əxlaq», səh.461
[2] Bu cümləni rəvayət məcmuələrində tapmasaq da, o qədər məşhur bir məsələdir ki, Əllamə Məclisi öz bəyanlarında ona istinad etmişdir. («Biharul-ənvar», 79-cu cild, səh.248 və 303)
[3] «Kafi», 2-ci cild, səh.265, hədis 26

Namazın beş vaxtda qılınmasına israr etməyin İslam cəmiyyətlərinə qoyduğu tə’sirlər5-Əli ibni Əbdüllah ibni Abbas, Rəzinə belə yazdı:
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma