İki namazın birlikdə qılınmasını göstərən rəvayətlər

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
1-Yuxarıdakı hədislərin xülasəsiNamazın beş vaxtda qılınmasına israr etməyin İslam cəmiyyətlərinə qoyduğu tə’sirlər

Sünnülərin məşhur mənbələri, o cümlədən «Səhihi Müs­­lüm», «Səhihi Buxari», «Sünəni Tirmizi», «Müvət­tə’i Malik», «Müsnədi-Əhməd», «Sünəni Nəsaye», «Müsən­nə­­fi Əbdür-Rəzzaq» və digər kitablarında mövcud olan təq­­ribən otuz rəvayət səfər və yağış qorxusu olmadan, zöhr­lə əsr, məğriblə işa namazlarının bir yerdə qılın­masının caizliyini göstərir. Bu rəvayətlər əsas e’tibarı ilə beş məşhur raviyə qayıdır:
1-İbni Abbas; 2-Cabir ibni Əbdüllah Ənsari; 3-Əbu Əyyub Ənsari; 4-Əbdüllah ibni Ömər; 5-Əbu Hüreyrə.
İndi onların bir qismini əziz oxucuların diqqətinə çatdırırıq:
1-Əbu Zübeyr, Sə’d ibni Cübeyrdən, o da İbni Abbasdan belə nəql edir:
صَلَّی رَسُولُ اللّه الظُّهْرَ وَالْعَصْرَ جَمِیعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِیعًا فِی غَیْرِ خَوْفٍ وَلَا سَفَرٍ
«Rəsulullah (səlləllahu əleyhi və alih) zöhrlə əsr, məğribli işa namaz­larını birlikdə qıldı, halbuki nə qorxu var idi, nə də səfərdə idi.»
Əbu Zübeyr deyir ki, Səid ibni Cübeyrdən soruşdum: «Peyğəmbər nə üçün belə bir iş gördü?» Səid dedi: «Mən də həmin sualı İbni Abbasdan soruşmuşdum, o isə cavabında:
اَرَادَ اَنْ لَا یَحْرُجَ اُمَّتَهُ
«Həzrətin məqsədi bu idi ki, ümmətindən heç biri zəhmətə və məşəqqətə düşməsin»-deyə cavab vermişdi.»[1]
2. Digər bir hədisdə İbni Abbasdan belə nəql olunur:
جَمَعَ رَسُولُ اللّه بَیْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَالْمَغْرِبِ وَالْعِشَاءِ فِی الْمَدِینَةِ فِی غَیْرِ خَوْفٍ وَ لَا مَطَرٍٍ
«Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinədə zöhrlə əsr, məğ­riblə işa namazlarını, heç bir qorxu və yağış olmadan, birlikdə qıldı.»
Bir hədisdə də belə deyilir: İbni Abbasdan soruş­du­lar ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədi nə idi? Cavabında dedi: «Onun məqsədi bu idi ki, müsəlmanlardan heç biri məşəqqətə düşməsin.»
3-Əbdüllah ibni Şəqiq deyir:
خَطَبَنَا اِبْنُ عَبَّاسٍ یَوْمًا بَعْدَ الْعَصْرِ حَتَّی غَرُبَتِ الشَّمْسُ وَ بَدَتِ النُّجُومُ وَ جَعَلَ النَّاسُ ییَقُولُونَ الصَّلَوةَ الصَّلَوةَ! قَالَ فَجَائَهُ رَجُلٌ مِنْ بَنِی تَمِیمٍ لاَ یفتر و لا یتنی الصَّلَوةَ الصَّلَوةَ! فَقَالَ ابْنُ عَبَّاسٍ اَتُعَلِّمُنِی بِالسُّنَّةِ لاَ اُمَّ لَکَ؟! ثُمَّ قَالَ رَاَیْتُ رَسُولَ اللّهِ جَمَعَ بَیْنَ الظُّهْرِ وَالْعَصْرِ، وَالْمَغْرِبِ وَالْعِشَاءِ. قَالَ عَبْدُ اللّهِ بْنُ شقِیق فَحَاکَ فِی صَدْرِی مِنْ ذلِکَ شَیْءٌ فَاَتَیْتُ اَبَا هُرَیْرَةَ فَسَاَلْتُهُ فَصَدّقَ مَقَالَتَهُ

Bir gün İbni Abbas bizim üçün axşam çağından gün ba­tana qədər xütbə söylədi, nəhayət ulduzlar göründü. Ca­ma­at «namaz, namaz!» - deyə səsləndi. Bəni-təmim tayfa­sın­dan bir nəfər gəlib «namaz, namaz! - dedi. İbni Abbas dedi: «Sən mənə Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsini öyrətmək is­tə­­yir­­sən, ey köksüz?! Rəsulullah (səlləllahu əleyhi və alih)-in zöhrlə əsr, (həm­­­çi­nin) məğriblə işa namazlarını bir yerdə qıldı­ğı­nı görmüşdüm.»
Əbdüllah ibni Şəqiq deyir: «Mənim qəlbimdə şəkk yarandı, Əbu Hüreyrənin yanına gəlib ondan soruşdum. O da İbni Abbasın sözünü təsdiqlədi.»[2]
4-Cabir ibni Zeyd nəql edir ki, İbni Abbas belə deyirdi:
صَلَّی النَّبِیّ سَبْعًا جَمِیعًا وَ ثَمَانِیًا جَمِیعًا
«Peyğəmbər (səlləllahu əleyhi və alih) yeddi rəkət namazı (məğriblə işa­­nı) və səkkiz rəkət namazı (zöhrlə əsri) birlikdə qıl­dı.»[3]
5-Səid ibni Cübeyr ibni Abbasdan belə nəql edir:
جَمَعَ رَسُولُ اللّهِ بَیْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاء فِی الْمَدِینَةِ مِنْ غَیْرِ خَوْفٍ وَ لا مَطَرٍ فَقِیلَ لِابْنِ عَبَّاسٍ مَا اَرَادَ بِذَلِکَ؟ فَقَالَ اَرَادَ اَنْ لاَ تَحْرجَ اُمَّتَهُ
«Rəsulullah (səlləllahu əleyhi və alih) Mədinədə zöhrlə əsr, məğ­riblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düş­mən­dən) qorxu, nə də yağış yox idi. İbni Abbasdan soruş­dular ki, «bu işdən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədi nə idi?» O de­di: «Peyğəmbər istəyirdi ki, üm­məti çətinliyə düş­­məsin.»
6-Əhməd ibni Hənbəl bu mə’nanın oxşarını özünün «Müsnəd» kitabında İbni Abbasdan nəql etmişdir.[4]
7-Sünnülərin məşhur imamı Malik özünün «Müvəttə’» kitabında «Mədinə» sözünü qeyd etmədən İbni Abbasdan belə nəql edir:
صَلَّی رَسُولُ اللّهِ الظُّهْرَ وَ الْعَصْرَ جَمِیعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِیعًا فِی غَیْرِ خَوْفٍ وَ لَا سَفَرٍ
«Rəsulullah (səlləllahu əleyhi və alih) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qıldı, halbuki nə (düşməndən) qorxu, nə də yağış var idi.»[5]
8-Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında qeyd olunur ki, Əbdüllah ibni Ömər belə deyirmiş:
جَمَعَ لَنَا رَسُولُ اللّهِ مُقِیمًا غَیْرَ مُسَافِرٍ بَیْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِابْنِ عُمَرَ لِمَ تَریَ النَّبِیَّ  فَعَلَ ذلِکَ؟ قَال لِاَنْ لَا یحْرجَ اُمّتهُ اِنْ جَمَعَ رَجُلٌ
«Rəsulullah (səlləllahu əleyhi və alih) səfərdə olmadığı halda (bi­zim­lə) zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qıl­dı.» Bir nəfər ibni Ömərdən soruşdu: «Səncə, Pey­ğəm­bər belə bir işi nə üçün gördü?» O dedi: «Ona görə ki, üm­mət­dən heç kəs iki namazı birlikdə qılarsa, zəhmətə düş­məsin (irada mə’ruz qalmasın).»[6]
9-Cabir ibni Əbdüllah deyir:
جَمَعَ رَسُولُ اللّهِ بَیْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَالْمَغْرِبِ وَ الْعِشاءِ فِی الْمَدِینَةِ لِلرُّخْصِ مِنْ غَیْرِ خَوْفٍ وَ لاَ عِلَّةٍ
«Rəsulullah (səlləllahu əleyhi və alih) zöhrlə əsr və məğriblə işa na­maz­­larını Mədinədə bir yerdə qıldı ki, hətta xovf və baş­­qa bir müşkül olmayan yerlərdə belə, ümməti üçün bir ica­zə olsun.»[7]
10-Əbu Hüreyrə də belə deyir:
جَمَعَ رَسُولُ اللّهِ بَیْنَ الصَّلاتَیْنِ فِی الْمَدِینَةِ مِنْ غَیْرِ خَوْفٍ 
«Rəsulullah (səlləllahu əleyhi və alih) Mədinədə, (düşməndən) qorxu olmadan iki namazı birlikdə qıldı.»[8]
 11-Əbdüllah ibni Məs’ud da belə nəql edir:
جَمَعَ رَسُولُ اللّهِ بَیْنَ الْاُولیٰ وَ الْْعَصْرِ وَ الْمَغْرِبِ و الْعِشاءِ وَ فَقِیلَ لَهُ فَقَال صَنَعْتُهُ لِئَلاَّ تَکُونَ اُمَّتِی فِی حَرَجٍ
Rəsulullah Mədinədə zöhrlə əsr, məğriblə işa namaz­larını bir­lik­də qıldı. Bir şəxs bunun səbəbini soruş­duqda, həzrət buyurdu: «Mən bu işi gördüm ki, ümmətim-əzab əziyyətə, məşəqqətə düş­məsin.»[9]
Burada aşağıdakı iki məsələ irəli çəkilir:


[1] «Səhihi Müslüm», 2-cild, səh.151
[2] Yenə orada.
[3] «Səhihi Buxari», 1-ci cild, səh. 140 (vəqtül-məğrib babı)
[4] «Müsnəd», Əhməd, 1-ci cil, səh. 223
[5] «Müvəttə», Malik, 1-ci cild, səh. 144
[6] «Müsənnəf», Əbdür-Rəzzaq, 2-ci cild, səh. 556
[7] «Məanil-asar», 1-ci cild, səh. 161
[8] «Müsnədi Bəzzaz», 1-ci cild, səh. 283
[9] «Əl-mö’cəmül-kəbir», Təbərani, 10-cu cild, səh. 219, hədis: 10505

1-Yuxarıdakı hədislərin xülasəsiNamazın beş vaxtda qılınmasına israr etməyin İslam cəmiyyətlərinə qoyduğu tə’sirlər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma