9.«Bİsmİllahİr-Rəhmanİr-Rəhİm» Həmd surəsİnİn bİr hİssəsİdİr

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
«Bİsmİllah»ın ucadan (cəhrİlə) deyİlməsİnə daİr Nəbəvİ hədİslərBəhsin yekunu

Əhli-beyt (əleyhis-salam) ardıcılları Allah evinin ziyarə­tinə müşərrəf olduğu zaman Əhli-beyt imamlarının vəhdətin qorunub-saxlanması üçün onlara verdiyi göstərişə əsa­sən, camaat namazında sünnülərlə birlikdə iştirak e­dir­lər. Məscidül-Həramda və Məscidün-Nəbidə qılınan namazın fəzilətinə nail olmaq istədikləri vaxt onların nəzər-diqqətini cəlb edən ilk şey budur: Camaat namazının pişnamazı «Həmd» surəsinin əvvəlindəki “Bismillahir-Rəhmanir-Rəhim”i ya ümu­miyyətlə demir, ya da, hətta məğ­rib və işa namazı kimi cəhr ilə qılınan namazlarda belə astadan, ixfat ilə deyir.
Halbuki, Qur’anın əsas e’tibarı ilə Məkkədə çap olu­nan nüsxələrinin hamısında «Həmd» surəsi 7 ayədən iba­rətdir ki, onların birincisi də “Bismillahir-Rəhmanir-Rəhim”dir. Bu da ha­mı­nı təəccübləndirir: nə üçün Qur’a­nın ən mühüm ayəsi olan “Bismillahir-Rəhmanir-Rəhim” belə bir taleyə düçar olmuşdur?!
Lakin sünnülər “Bismillahir-Rəhmanir-Rəhim” barə­sində bizdən soruşduqda və biz də rəvayət ixtilaflarını onlar üçün nəql etmək istədikdə, onların təəccübü daha da artır. Burada əvvəlcə bu məsələ ilə əlaqədar mövcud fət­va­ları, sonra isə onun barə­sin­də nəql olunan rəvayətləri araş­­dırırıq. Sünnü fəqihləri ümu­mi şəkildə üç qrupa bölü­nür:
1-Onlardan bir qismi deyir ki, «Həmd» surəsinin əv­vəlində olan “Bismillahir-Rəhmanir-Rəhim”i oxumaq la­zım­dır; cəhriyyə na­maz­larında cəhrlə, ixfaiyyə namaz­la­rında isə ahəstə (ix­fat­la) oxunmalıdır. Bu, imam Şafei və onun tabe­çilə­rinin nəzəridir.
2-Bə’ziləri deyirlər ki, o, oxunmalıdır, lakin mütləq şə­kildə astadan (ixfat ilə) oxunmalıdır. Bu da hənbə­li­lə­­rin (Əhməd ibni Hənbəl və onun ardıcıllarının) nəzəri­dir.
3-Digər bir qrup isə “Bismillahir-Rəhmanir-Rəhim”i oxu­mağı mütləq şə­­kildə qadağan edirlər, bu da imam Mali­kin ardıcıl­la­rı­­dır. Əbu Hənifənin ardıcıl­la­rının da nəzəri Mali­kin nəzərinə oxşar və ona yaxındır.
Sünnülərin məşhur fəqihi İbni Qudamənin «Muğni»­də­ki ibarələri belədir:
اِنَّ قِرائَةَ بسم الله الرحمن الرحیم مشروعة فی اول الفاتحة و اول کل سورة فی قول اکثر اهل العلم و قال مالک والاوضاعی لا یقرؤها فی اول الفاتحة... و لا تختلف الروایة عن احمد ان الجهر بها غیر مسنون...
«Həmd surəsinin və digər surələrin əvvəlində olan “Bismillahir-Rəhmanir-Rəhim”i (namazda) qiraət etmək elm əhlinin əksəriyyətinin nəzərində şər’i bir qanundur, lakin Malik və Ovzai (sünnü fəqihlərindən biridir) de­mişlər ki, «Həmd» surəsinin əvvəlində oxunmasın və “Bis­­millah”ı aşkardan və uca səslə oxumaq barəsində) Əh­­­məd ibni Hənbəldən nəql olunan rəvayətlərin ha­mı­­sın­da deyilir ki, “Bismillahı ucadan demək müstəhəb deyil­dir: Əta, Tavus, Mücahid, Sə’d ibni Cübeyrdən rəvayət olun­­muşur ki, “Bismillahir-Rəhmanir-Rəhim” gərək uca­dan deyilsin. Şafeinin də məzhəbi belədir.»[1] (Bu ibarədə onla­rın hər üçünün nəzəriyyəsi nəql olunmuşdur.)
«Əl-munir» təfsirində Vəhbə Zuheylidən belə nəql olunur:
قال المالکیة والحنفیة لیست البسملة بآیة من الفاتحة وغیرها الا من سورة النمل... الا ان الحنفیة قالوا یقرء المنفرد بسم الله الرحمن الرحیم مع الفاتحة فی کل رکعة سرا... و قال الشافعیة والحنابلة البسملة آیة من الفاتحة یجب قرائتها فی الصلوة الا ان الحنابلة قالوا کالحنفیة یقر بها سرا و لا یجهر بها وقال الشافعیة یسر بها فی الصلوة السریة ویجهر بها فی الصلوة الجهریة
«Malikin və Əbu Hənifənin ardıcılları deyirlər ki, “Bismillahir-Rəhmanir-Rəhim” «Həmd» surəsinin və di­gər surələrin bir hissəsi deyildir. Yalnız «Nəml» surə­si­nin daxilində olan bir ayədir... Lakin Əbu Hənifə­nin ar­dı­cılları deyirlər: namazı furada şəkildə qılan şəxs Bis­millahir-Rəhmanir-Rəhimi hər rəkətdə ahəstə (ix­fat­­la) və «Həmd» surəsilə birlikdə oxusun. Lakin Şa­fei­nin və Əhməd ibni Hənbəlin ardıcılları deyirlər ki, “Bismillahir-Rəhmanir-Rəhim” «Fatihə» surəsinin bir ayə­­­sidir və namazda onun oxunması vacibdir. Bu fərqlə ki, hən­­bəlilər də hənəfilər kimi deyirlər ki, o, asta­dan oxun­ma­­lıdır, onda cəhr etmək caiz deyildir. Şa­fe­ilər isə de­yir­lər ki, ixfaiyyə namazlarında (zöhr, əsr) ixfat ilə, cəh­­riyyə namazlarda (məğrib, işa və sübh) isə ucadan oxu­nur.» [2]
Deməli, şafeilərin nəzəri, şiə fəqihlərinin nəzə­ri­nə onların ha­mı­sından artıq yaxındır. Amma bizim alim­­lərimiz bütün namaz­lar­da “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan oxumağı müstəhəb he­sab edirlər. Həm­çi­nin «Həmd» surəsində “Bismillahir-Rəh­manir-Rəhim” oxu­­maq bütün alimlərin nəzərinə görə, vacibdir, sair surə­­lərdə isə, məşhur nəzərə görə surənin bir hissəsidir.
***
Doğrusu, təəssüb sahibi olmayan, bitərəf bir mühəqqiq bu kimi hallarda heyrətdə donub qalır. Çünki Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in 23 il ərzində öz namazlarının əksə­riy­­yə­tini camaatla, hamının hüzurunda qılmış, hamı o həz­­rətin namazını görmüşdü. Amma bu qədər qısa bir müd­­­dətdən sonra bu qədər dəhşətli ixtilaflar yaranmış, bə’­zi­­ləri “Bismillahir-Rəhmanir-Rəhim”i oxumağı qada­ğan etmiş, bə’ziləri onun oxunmasını vacib bilmiş­lər; bə’­ziləri isə deyirlər ki, o, astadan oxunmalıdır, digər bir qrup da deyir ki, təkcə cəhriyyə namazlarında ucadan (cəhr­ilə) deyilməlidir!
Görəsən, bir qrup tərəfindən tərtib verilən və bu qə­dər bir-birinə zidd olan hədislərin qondarılıb o həz­rətə aid edilməsi bu işin adi bir iş olmadığına, siyasi bir qrup tərəfindən törədilməsinə ehtimal veril­mirmi?! (Bu sözü sonra şərh edəcəyik.)
Buxari öz «Səhih» kitabında (və müəyyən sirləri aşkar edə biləcək bir rəvayətdə) İmran ibni Həsindən belə nəql edir: Əli (əleyhis-salam)-la Bəsrədə namaz qıldıq, dedim: «Bu kişi Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə birlikdə qıldığımız namazı mə­nim yadıma saldı!»[3]
Bəli, mə’lum olur ki, hər bir şey, hətta namaz da dəyiş­dirilmişdir!
Şafei özünün ən məşhur kitabı olan «Əl-ümm»də Və­həb ibn Keysandan belə nəql edir:
کل سنن رسول الله- قد غیرت حتی الصلوة
«Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bütün sünnələrini, hətta namazı belə (təhrif edib), dəyişdirdilər.»[4]

 


[1] «Əl-muğni», (İbni Qudamə), 1-ci cild, səh. 521
[2] «Təfsiri munir», 1-ci cild, səh. 46
[3] «Səhihi Buxari», 1-ci cild, səh.190
[4] «Əl-ümm», 1-ci cild, səh.69

 

«Bİsmİllah»ın ucadan (cəhrİlə) deyİlməsİnə daİr Nəbəvİ hədİslərBəhsin yekunu
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma