İkinci dəstə

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Bəhsİn xülasəsİBirinci dəstə

Bu rəvayətlər “Bismillahir-Rəhmanir-Rəhim”i «Həmd» surəsinin bir hissəsi hesab etməmiş, yaxud onu ixfatla oxumağı qadağan etmişlər. O cümlədən:
1-«Səhihi Müslüm»də Qütadədən nəql olunan hədisdə oxuyuruq ki, Ənəs demişdir:
صلیت مع رسول الله - وابی بکر وعمر وعثمان فلم اسمع احدا منهم یقرء بسم الله الرحمن الرحیم
«Mən Peyğəmbər, Əbu Bəkr, Ömər və Osmanla birlikdə namaz qıldım, amma onlardan heç birinin “Bismillahir-Rəhmanir-Rəhim”i oxuduğunu eşitmədim!»[6]
 Diqqət yetirin: Bu rəvayətdə Əli (əleyhis-salam)-ın qiraəti barə­sində heç bir söz deyilməmişdir!
Doğrudan da qəribədir! Ənəs kimi müəyyən bir şəxs bir dəfə tam aşkar şəkildə deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, əvvəlki üç xəlifənin və Əli (əleyhis-salam)-ın arxasında namaz qıl­dım, onların hamısı “Bismillahir-Rəhmanir-Rə­him”i uca səslə dedilər. Digər bir yerdə isə deyir ki, Pey­ğəmbər (səlləllahu əleyhi və alih) və əvvəlki üç xəlifənin arxasında na­maz qıldım, onların heç biri “Bismillahir-Rəhma­nir-Rə­him”i oxumurdular, o ki, qala ucadan, yaxud alçaqdan deməyə.
Görəsən, hər bir ağıllı insan burada fikrə dalaraq belə nəticə alınmırmı ki, hədis saxtakarları birinci hə­disi qüvvədən salmaq üçün (tezliklə qeyd edəcəyimiz bir hə­disə əsasən) ikinci hədisi qondar­mış və onu Ənəsə nis­bət vermişlər?! Əli (əleyhis-salam) və onun ardıcılları tərəfindən “Bismillahir-Rəhmanir-Rəhim”in uca səslə deyilməsi hər yerdə məşhur olduğuna görə, onun adını çəkməmişdir ki, rüsvay olmasın.
2-Beyhəqinin «Sünən» kitabında Əbdüllah ibni Məğ­fəlin belə dediyi nəql olunur:
سمعنی ابی و انا اقرء بسم الله الرحمن الرحیم فقال: ای بنی محدث؟ صلیت خلف رسول الله - و ابی بکر و عمر و عثمان فلم اسمع احدا منهم جهر ببسم الله الرحمن الرحیم
«Atam (namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i oxu­du­ğumu eşit­dikdə, mənə dedi: «Bid’ət qoyursanmı?! Mən Pey­ğəmbər, Əbu Bəkrin, Ömərin və Osmanın arxasında na­maz qıldım, amma onların heç birinin «Bismillah»ı uca səslə dediyini eşitmədim!»[7]
Burada da Əli (əleyhis-salam)-ın namazı barəsində heç bir şey qeyd edilməmişdir.
3-Təbəraninin «Əl-mu’cəmul-vəsit» kitabında oxuyuruq ki, İbni Abbas deyir:
کان رسول الله 0اذا قرء بسم الله الرحمن الرحیم هزء منه المشرکون و قالوا محمد یذکر الـٰه الیمامة و کان مسیلمة یسمی الرحمن فلما نزلت هذه الآیة امر رسول الله 0 ان لا یهجر بها
“Peyğəmbər (səlləllahu əleyhi və alih) “Bismillahir-Rəhmanir-Rə­him”i oxuduğu zaman müşriklər onu məsxərə edirdilər, çün­­ki Rəhman Yəmamədə allahlıq iddiası edən Müsəylə­mə­nin adı idi. Onlar deyirdilər ki, Mühəmmədin məqsədi Yəmamənin allahıdır. Buna görə də Peyğəmbər göstəriş verdi ki, bu ayəni ucadan oxumasınlar!”
Bu hədisin saxta olması tamamilə aşkardır, çünki:
Əvvəla, Rəhman kəlməsi Qur’anın təkcə “Bismilla­hir-Rəhmanir-Rəhim” cümləsində deyil, əlavə olaraq 56 yer­də də qeyd olunmuşdur. Təkcə “Məryəm” surəsində 16 dəfə təkrar olunmuşdur. Belə çıxır ki, müşriklərin müsəlmanlara məsxərə etməməs üçün Qur’anın digər surələrini də oxumamalıyıq.
İkincisi, müşriklər bütün Qur’an ayələrinə istehza edirdilər. Belə ki, Qur’anın bir çox yerində, o cümlədən “Nisa” surəsinin 140-cı ayəsində buyurulur:
إِذَا سَمِعْتُمْ آیَاتِ اللّهِ یُکَفَرُ بِهَا وَیُسْتَهْزَأُ بِهَا فَلاَ تَقْعُدُواْ
Müşriklər namazın azanına istehza edirdilər. Necə ki, “Maidə” surəsinin 58-ci ayəsində oxuyuruq:
وَإِذَا نَادَیْتُمْ إِلَى الصَّلاَةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا
Yoxsa müşriklər istehza etməsinlər deyə, Peyğəmbər (səlləllahu əleyhi və alih) göstəriş vermişdir ki, azanı tərk etsinlər, yaxud astadan desinlər?!
Ümumiyyətlə, müşriklər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in özünü də istehzaya tuturdular:
وَإِذَا رَآکَ الَّذِینَ کَفَرُوا إِن یَتَّخِذُونَکَ إِلَّا هُزُوًا
Yoxsa, Peyğəmbər (səlləllahu əleyhi və alih) camaatdan gizlənməli idi?!
Bütün bunları nəzərə almasaq belə, Allah-Taala Öz Peyğəmbərinə buyurur ki,
إِنَّا کَفَیْنَاکَ الْمُسْتَهْزِئِینَ
Biz istehza edənlərin şərrini səndən qəf edəcəyik.[8]
Üçüncüsü: Müsəyləmə e’tina olunası bir şəxs deyildi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun adının Rəhman olmasına gö­rə Qur’an ayələrini gizlətsin, yaxud ahəstə oxusun. Xü­su­silə, bunu nəzərə alaq ki, Müsəyləmənin iddiası hic­rətin 10-cu ilində özünə geniş miqyas almışdı, halbuki o zaman İslam özünün qüdrət və qüvvəsinin zirvə həddinə çatmışdı. Bu da göstərir ki, bu saxta hədisi düzəldənlər öz işlərində çox naşı və mə’lumatsız olmuşlar.
4-İbnu Əbi Şeybənin öz “Müsənnəf” kitabında qeyd etdiyi hədisdə İbni Abbas deyir:
الجهر ببسم الله الرحمن الرحیم قرائة الاعراب
“Bismillahı uca səslə (cəhrlə) oxumaq çöl ərəblə­ri­nin adətləri idi.”[9]
Amma başqa bir rəvayətdə Əli ibni Zeyd ibni Cəd’an deyir ki, Əbadilə (Əbdüllah ibni Abbas, Əbdüllah ibni Ömər və Əbdüllah ibni Zübeyr) hər üçü “Bismillah”ı uca səslə oxuyurdular.[10]
“Bismillahir-Rəhmanir-Rəhim”in uca səslə oxunması Əli İbni Əbitalib (əleyhis-salam)-ın sirəsi, adəti olmuşdur. Bu şiə və sünnülərin bütün kitablarında mövcud olan məşhur bir işdir. Yoxsa, Əli (əleyhis-salam) çöl ərəblərindən idi?! Görəsən, bir-birinə zidd olan hədislər bu məsələnin siyasi (bir oyun) olmasına dəlalət etmirmi?!
Bəli! Həqiqət bundan ibarətdir ki, Əli (əleyhis-salam) “Bismillahir-Rəhmanir-Rəhim”i aşkar şəkildə və ucadan (cəhrlə) deyirdi. Əli (əleyhis-salam)-ın şəhadətindən və imam Hə­sən (əleyhis-salam)-ın qısamüddətli xilafətindən sonra hakimiy­yə­tə gələn Müaviyə isə israrla çalışırdı ki, o həzrətin əsər­lərini İslam dünyasının səhifəsindən silib təmiz­ləsin. Müaviyə bilirdi ki, həzrət Əlinin ümum müsəlmanların fikrində olan ideoloji və mə’nəvi nüfuzu onun səltənəti üçün güclü bir təhdiddir.
Bu müddəanın canlı şahidi Hakimin Müstədrək kitabında mö’təbər saydığı bir rəvayətdir. Orada Ənəs ibni Malik (Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xüsusi xidmətçisi) belə deyir: Müaviyə Mədinəyə gəldi və cəhr ilə qılınan namaz­ların birində (sübh, yaxud məğrib, yaxud da işa) “Bis­millahir-Rəhmanir-Rəhim”i oxudu, lakin sonrakı surədə oxumadı. Namazın salamını dedikdən sonra mühacir və ənsardan bir qrupu (bəlkə də canlarını qorumaq üçün o namazda iştirak etmişdilər) hər tərəfdən fəryad etdilər: “Namazdan bir şeyi unutdunmu?” – Müaviyə də sonrakı namazda “Bismillahir-Rəhmanir-Rəhim”i həm Həmdin, həm də ondan sonrakı surənin əvvəlində oxudu.[11]
Sanki Müaviyə bu yolla mühacir və ənsarı yoxlamaq, “Bismillahir-Rəhmanir-Rəhim”in deyilməməsi və onun ucadan oxunmaması müqabilində həssas olub-olmaması bilmək istəyirdi, Şamın digər məntəqələrində isə öz işini həmin ünvanla davam etdirdi.

 

 


[1] «Sünən», Darqutni, 1-ci cild, səh.302. Həmin hədisi Süyuti özünün «Əd-durrul-Mənsur» kitabında, 1-ci cild, səh.22-də gətirmişdir.
[2] «Müstədrəkus-Səhiheyn» (Hakim), 1-ci cild, səh.232
[3] « Əd-durrul-mənsur», 1-ci cild, səh.23
[4] «Müstədrəkus-Səhiheyn» (Hakim),1-ci cild, səh. 208
[5] «Sünən», Darqutni, 1-ci cild, səh. 309
[6] «Səhihi Müslüm», 2-ci cild, «Höccətu mən qalə la yəchər bil-bəsmələ» babı, səh. 12
[7] «Əs-sünənul-kubra», 2-ci cild, səh. 52
[8] «Hicr» surəsi, 95
[9] «Müsənnəf», İbni Əbi Şeybə, 2-ci cild, səh. 89
[10] «Əd-durrul-Mənsur», 1-ci cild, səh. 21
[11] «Müstədrəküs-Səhiheyn», 1-ci cild, səh. 233

Bəhsİn xülasəsİBirinci dəstə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma