Bəhsİn xülasəsİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Təvəssül Qur’an ayələrİ və əqlİ dəlİllər baxımındanİkinci dəstə

1-Həzrət Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-ə ən yaxın olan bir şəxs tərəfindən nəql olunan çoxlu rəvayətə uyğun olaraq o həzrət «Həmd» surəsinin və sair surələrin əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim”i, uca səslə oxuyurdu.
2-Bə’zi rəvayətlər də yuxarıdakı rəvayətin tam əksinə ola­raq, “Bismillahir-Rəhmanir-Rəhim”in ümumiyyətlə su­rə­­nin bir hissə­si olmadığını iddia edir və deyirlər ki, həzrət onu həmişə astadan (ixfat ilə) oxuyardı. Bu hədisdə nəinki şəkk vardır, üstəlik o rəvayətlərin özündə olan şahidlərə əsasən, saxta olması aydınlaşır və bunun arxasında Bəni üməyyənin məkrli siyasəti dayanır. Çünki məşhur bir məsələ idi ki, Əli (əleyhis-salam) “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə – cəhrlə oxuyurdu. Bildiyimiz kimi, onlar Əli (əleyhis-salam)-ın şüarı olan bütün işlərlə, hətta onları Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən əxz etmiş olsaydı belə, müxalifətə qalxırdılar.
Bu müddəa səhabələrin Müaviyənin əməlinə qarşı kəskin e’tirazlarından eləcə də əvvəllər işarə etdiyimiz şahidlərdən aşkar olur.
3-Əhli-beyt imamları ümumi şəkildə hökmləri, uzun illər Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzurunda olan və onun “Bismillah”ı ucadan oxumasını öyrənən Əli (əleyhis-salam)-dan əxz etməklə, bu məsələdə yekdil fikrə malikdirlər. Hət­ta imam Sadiq (əleyhis-salam) belə buyurmuşdur:
اِجْتَمَعَ آلُ مُحَمَّدٍ عَلَی الْجَهْرِ بِبِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ
“Ali-Mühəmməd (səlləllahu əleyhi və alih) Bismillahı uca səslə oxunması barədə yekdil fikirdədirlər.”[1]
Bu kimi məsələlərdə heç olmazsa, “Səqəleyn” hədisinə əməl olunsaydı və Əhli-beyt rəvayətləri diqqət mərkəzində saxlansaydı, onda sünnülərin bütün fəqihləri – imam Şa­fei kimi – “Bismillahir-Rəhmanir-Rəhim”in ucadan oxun­masını heç olmazsa, vacib namazlarda, vacib hesab etməli idilər.
4-Bu hüsnü-xitamı üçün onu, Fəxr Razinin təfsirində deyilən bir neçə cümlə ilə sona çatdırırıq. O deyir: Əli “Bismillahir-Rəh­ma­nir-Rəhim”in ucadan (cəhr ilə) oxunmasına israr edirdi, höku­mət Bəni-üməyyəyə çatdığı zaman onun ucadan oxunmasının qarşısını alaraq Əli­nin əsərlərini aradan aparmağa çalışırdılar.[2]
Bu böyük sünnü aliminin yuxarıdakı məsələyə dair şəhadət verməsindən, “Bismillahir-Rəhmanir-Rəhim”in ixfat ilə deyilməsinə, yaxud surədən çıxarılmasına hökm etməyin siyasi (bir oyun) olması aydınlaşır.
Bu kitabın digər bir yerində məşhur mühəddis Beyhəqidən nəql olunur ki, Ömər ibni Xəttab, ibni Abbas, Əbdüllah ibni Ömər, Əbdüllah ibni Zübeyr hamılıqla Bismillahı uca səslə oxuyurdular. Bundan sonra əlavə edilir: Amma Əliyyibni Əbitalibin “Bismillahir-Rəhmanir-Rəhim”i ucdan oxumasına gəldikdə isə, bu, təvatür halında sübuta yetmişdir. Hər kəs öz dinində Əliyə iqtida edərsə, şübhəsiz, hidayət olunacaqdır. Bunun dəlili əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in buyurduğu: “Allah, haqqı həmişə Əli ilə qərar vermiş, haqqı onun vücud mehvərində dövr etdirmişdir.”[3] – kəlamıdır.


[1] «Müstədrəkül-vəsail», 4-cü cild, səh. 189
[2] «Təfsiri kəbir», Fəxr Razi, 1-ci cild, səh. 206
[3] Yenə orada, səh. 204-205

Təvəssül Qur’an ayələrİ və əqlİ dəlİllər baxımındanİkinci dəstə
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma