Dəstəmazda qarşıya çıxan maneələrin hökmü

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Dəstəmazda qarşıya çıxan maneələrin hökmü

Sual : Aşağıdakılar dəstəmaz üçün maneə sayılırmı və dəstəmazdan qabaq onları aradan aparmaq lazımdırmı? 1) Neftin ləkəsi ki, su ilə yuyandan sonra əldə qalır və kamil şəkildə aradan getmir. 2) Bəzi yeyinti məhsullarının dəriyə sürtülməsi nəticəsində əldə qalan rəng. Məsələn, qoz qabığının ləkəsi. Hansı ki, bir müddət sonra aradan gedir. 3) Sement və gips ləkəsi. 4) Diyircəkli və ya mürəkkəbli qələmlə dəstəmaz üzvlərinə xətt çəkilərsə. 5) Əllər elə maneəyə bulaşmışdır ki, nəcis deyil lakin gec (məsələn, 10 günə) aradan gedir.
Cavab: Əgər bu şeylərdən suyun dəriyə çatmasına mane olan maddə əlin üzərində qalmasa, hərçənd rəngi və ya yağı qalsa belə dəstəmaz üçün maneçilik yaratmır. Lakin suyun dəriyə çatmasına maneçilik törədərsə və onu hələlik aradan aparmaq mümkün olmasa, cəbirə dəstəmazının hökmlərinə uyğun əməl etməlidir.
CommentList
Tags
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1575