Texniki spirt ölümlə nəticələnərsə

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Texniki spirt ölümlə nəticələnərsə

Sual : Bir əsgər hərbi hissəyə iki şüşə texniki spirt gətirir. Əvvəlcə onlar texniki spirtin təhlükəsini aradan qaldırmaq üçün əllərində olan avadanlıqla və digər əsgərlərin köməyi ilə onu distillə edirlər. Sonra o, və əsgərlərdən bir neçəsi sərxoş olmaq məqsədilə onu içirlər. Texniki spirt həyat üçün çox təhlükəli olduğundan, əsgərlərdən biri ondan çox qəbul edərək dünyasını dəyişir və qalanları baş gicəllənməsi və ürək bulanmasına düşür. Sual budur ki, öz şəxsi istəyi ilə onu qəbul edib dünyasını dəyişən əsgərin qanı qarşısında spirti hərbi hissəyə gətirən əsgər məsuliyyət daşıyırmı?
Cavab: Əgər spirti qəbul edənlər onun ehtimal edilən təhlükəsindən xəbərdar idilərsə, qanı müqabilində kimsə məsuliyyət daşımır. Amma spirti gətirən şəxs onları aldadıb onu içməyin ziyansız olduğunu demişdirsə, bu halda məsuliyyət daşıyır və bu iş ehtiyatsızlıq üzündən adam öldürmə sayılır.
CommentList
Tags
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 20193