Qısa cavab:
Ətraflı cavab:
İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə, o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam), xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət, belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər, məktublar, müşkülatı həll etmək, suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi, alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər.
İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının 185 nəfər olduğunu qeyd etmişdir. (1) Bu şagirdlər arasında Fəzl ibn Şazan, Hüseyn ibn Səid Əhvazi, Əyyub ibn Nuh, Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir, Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mə’nəvi simalar olmuşdur. Bunlardan bə’ziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış, onların yazdığı əsərlər, göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır. (2)

Şərh qeydə alınmayıb