Qısa cavab:
Ətraflı cavab:
Sözü gedən ayənin Qədir günündə nazil olması çox sayda hədis və tarix ustadları tərəfindən o cümlədən, Təbəri, İbn Mərdveyh, Əbu Nəim İsfəhani, Xətib Bağdadi, Əbusəid Səcistani, Əbülhəsən Məğazili, Əbülqasım Hakim Həsəkani, İbn Əsakir Dəməşqi, Xətib Xarəzmi, İbn Cövzi, Şeyxülislam Həmvini, İbn Kəsir Şami kimi əhli-sünnətin birinci dərəcəli hədis və tarix alimləri tərəfindən təsdiq olunmuşdur. Bu alimlərin nəqllərinə Əhli-beytin hədisləri də əlavə olunsa, ayənin Qədir günü nazil olması dəqiqləşir.
Amma təfsir alimlərinin çoxu üçün çətinlik yaradan bir məsələ, yəni ayələrin nəzm və ardıcıllığı məsələsi o qədər də mürəkkəb deyil. Çünki Quranın surə və ayələrinin nazil olma ardıcıllığı onların müasir düzümü ilə tam fərqlidir. Məsələn, Mədinədə nazil olan surələr qayda üzrə Məkkə surələrindən sonra yerləşdirilməli idi. Halbuki Quranda Mədinədə nazil olmuş surələri öndə görürük. Hətta Quranda bəzi ayələri Məkkədə bəzisi isə Mədinədə nazil olmuş surəyə də rast gəlmək olar. Hətta eyni surənin bir neçə il fasilə ilə nazil olmuş iki ayəsi də ola bilər.
Ayələrin nazil olma səbəblərini diqqətlə mütaliə etsək, yaxud ən azından Quran surələrinin başlanğıcında yazılanlara nəzər salsaq hər hansı izaha ehtiyac qalmaz. Elə surələr var ki, “Mədəni” surə adlandırılsa da bəzi ayələri Məkkədə nazil olmuşdur. Məsələn, “İnfal” surəsi bütünlüklə “Mədəni” olsa da 20-26-cı ayələri Məkkədə nazil olmuşdur. Bunun əksi də Quranda az deyil. “Şüəra” və “Kəhf” surələrini buna misal çəkmək olar.
Buna görə də ayələrin nizam və ardıcıllığı, habelə onların bir-biri ilə bağlılığı əsla güclü hədislərlə müqayisədə tutarlı dəlil ola bilməz. İslam alimləri də Qurani eyni üslubla təfsir etmişlər. Bunun müxtəlif dəlilləri var.
Qurani-Kərimdə bəşərin yazdığı kitabın nizam və ardıcıllığı yoxdur. Adətən insan öz əsərini vahid mövzu ətrafında davam etdirir. Qurani-Kərim Allah tərəfindən müxtəlif hadisələr, olaylar və hədəflər əsasında tədrici şəkildə göndərilmiş ayələrin məcmusudur. Bir surədə müxtəlif mövzular haqqında söhbət açılır. Buna görə də bir ayədən öncəki və sonrakı ayələrə güclü bir dəlil kimi əsaslanmaq və onların bağlılığına arxalanmaq mümkün deyil. Bəzən bir surənin bütün ayələrinin məzmunu zəncir halqaları kimi bir-birinə bağlıdır, bəzən də bir-biri ilə heç bir əlaqəsi yoxdur.
Bu deyilənləri nəzərə almaqla qarşıya çıxan böyük problemləri həll etmək olar. O da budur ki, bəzi ayələrin eyni surədə özündən öncə və sonra gələn ayələrlə azacıq bağlılığı belə yoxdur. (2) Bəzi təfsir alimləri ayələrin əlaqəsini sübut etmək üçün böyük səylər göstərsələr də, bəlkə də bu iş mənasız bir işdir. Çünki bir surənin bütün ayələri – onların hamısının Mədinədə və ya Məkkədə nazil olduğunu sübut etsək belə - eyni vaxtda və eyni yerdə nazil olmamışdır. Ayələr müxtəlif münasibətlərlə və müxtəlif tələblərlə nazil olmuşlar. Hər neçə ayənin ayrı-ayrılıqda nazil olma səbəbi var. Bu üzdən bir surənin bütün ayələrinin bir-birinə bağlı olmasının heç bir möhkəm dəlili yoxdur.
Burada belə bir sual meydana çıxa bilər:
Yuxarıda surələrin və ayələrin bir-biri ilə əlaqəsindən bəhs edilir. Amma sözü gedən ayədə elə xüsusiyyətlər var ki, yuxarıdakı dəlillərin ona heç bir aidiyyəti yoxdur. Məsələn:
Yuxarıda sübut olundu ki, bir surədə olan ayələrin mütləq bir-birinə bağlı olmasının heç bir lüzumu yoxdur. Sual budur ki, bir ayəyə daxil olan cümlələrin ayrı-ayrı məqsəd daşıması, yəni, ayənin önü və axırının başqa, ortasının isə tam başqa mövzuları əks etdirməsi mümkün ola bilərmi?
Sözü gedən ayə (“Maidə” 3) də bu qəbildəndir. Əgər “Əl-yovm əkməltu ləkum dinəkum” cümləsi Həzrət Əlinin (əleyhis-salam) vilayəti ilə bağlı nazil olubsa, özündən öncə və sonra gələn cümlələrlə əlaqəsi kəsilir. Çünki bu cümlələrdə halal və haram ətlərin hökmü bəyan olunur. Bu üzdən yuxarıdakı izah bu problemi aradan qaldırmaq üçün kifayət etmir.
Cavabımızı izah etmək üçün əvvəlcə ayənin mətn və tərcüməsini yazmağa, sonra isə cavabı şərh etməyə məcburuq.
Əvvəlcə ayənin mətn və tərcüməsini üç qismə bölüb (əvvəl, orta və son) təqdim edirik:
حُرِّمَتْ عَلَیْکُمُ الْمَیْتَةُ وَ الدَّمُ وَ لَحْمُ الْخِنْزِیرِ وَ مَا اُهِلَّ لِغَیْرِ اللهِ بِهِ و الْمُنْخَنِقَةُ وَ الْمَوْقوذَةُ وَ الْمُتَرَدَّیَةُ وَ النَّطِیحِةُ وَ مَا اَکَلَ السَّبُعُ اِلاّ مَا ذَکَّیْتُمْ وَ مَا ذُبِحَ عَلَى النُّصُبِ وَ اَنْ تَسْتَقْسِمُوا بِالاَزْلامِ ذلِکُمْ فِسْق
1. Ölü heyvan, qan, donuz əti, Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın yediyi heyvanın qalığı (vaxtında o heyvana çatıb) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – ya bütlər üçün (onların müqabilində) kəsilmiş heyvanların hamısı sizə haramdır. (Eləcə də) heyvanın ətini qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı fisq və günahdır. (3)
اَلْیَوْمَ یَئِسَ الَّذِینَ کَفَرُوا مِنْ دینِکُمْ فَلا تَخْشَوْهُمْ وَ اخْشَوْنِ الْیَوْمَ اَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَ اَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِى وَ رَضِیتُ لَکُمُ الاِسْلامَ دِیناً
2. Bu gün kafirlər sizin dininizin məhv olmasından ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Mən(ə itaət etməmək)dən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. (4)
فَمَنِ اضْطُرَّ فِى مَخْمَصَة غَیْرَ مُتَجانِف لاِثْم فاِنَّ اللهَ غَفُور رَحیم
3. Beləliklə aclıq halında başqa yeməyə əli çatmayan və günaha meyli olmayan kəslərin (həmin haram ətlərin bəzilərindən yeməsinin eybi yoxdur), Allah çox bağışlayan və mehribandır. (5)
Beləliklə ayənin mətn və tərcüməsi aydın oldu. Qısa desək, ayənin ikinci hissəsi müstəqil cümlədir və ayənin ortasında yerləşmişdir. Cümlənin Həzrət Əli (əleyhis-salam) haqqında, yaxud başqasının haqqında nazil olması, habelə Qədir günü yaxud Ərəfə günü nazil olması heç nəyi dəyişmir.
İndi bu məsələni təsdiq edən dəlilləri qeyd edək:
1. Ayədəki üç hissənin ikinci hissəsi götürülsə, birinci və üçüncü hissələrin əlaqəsinə azacıq ziyan dəymir. Ayənin mətn və tərcüməsinə diqqət edin.
Bir sözlə ayənin sonluğunu onun əvvəlinə əlavə etməklə kamil bir ayə alınır. İkinci hissəni götürməklə ayənin düzümünə kiçicik ziyan da dəymir. Bu da öz növbəsində göstərir ki, sözü gedən hissə müstəqil bir cümlə olaraq ayənin ortasında yerləşib.
2. Həmin ayəyə bənzər ayələri “Bəqərə”, “Ənam” və “Nəhl” surələrində də görmək mümkündür. Ayənin ikinci hissəsi sözü gedən surələrdə gözə dəymir. Nümunə üçün diqqətinizi onlardan birinə cəlb edirik:
Bəqərə surəsinin 173-cü ayəsində deyilir:
اِنَّمَا حَرَّمَ عَلَیْکُمُ الْمَیْتَةَ وَ الدَّمَ وَ لَحْمَ الْخِنْزیرِ وَ مَا اُهِلَّ بِهِ لِغَیْرِ اللهِ فَمَنِ اضْطُرَّ غَیْرَ باغ وَ لاَعَاد فَلا اِثْمَ عَلَیْهِ اِنَّ اللهَ غَفُور رَحیم
Həqiqətən Allah sizə ölmüş heyvanı(n ətini), qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində həddini aşmadan və zülm etmədən (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur (canını ölümdən qurtarmaq üçün zərurət miqdarında yeyə bilər). Həqiqətən Allah çox bağışlayan və mehribandır. (6)
Bu ayə yuxarıdakı ayənin ilk və son hissələrindən daha genişdir. Lakin ikinci hissədən əsər-əlamət yoxdur. Bu da ikinci hissənin tam müstəqil bir cümlə olmasına, ayənin öncəsi və sonu ilə heç bir əlaqəsi olmamasına əyani sübutdur.
3. Ayənin nazil olma səbəbini bəyan edən hədislər ayənin ön və sonuna heç bir işarə etmədən onun ikinci hissəsindən söz açırlar. Məsələn, hədisdə deyilir: “Bu gün kafirlər...” ayəsi Qədir və ya Ərəfə günündə nazil olmuşdur. Belə hədislər də öz-özlüyündə bu hissənin müstəqil olmasına sübutdur. Məlum olur ki, müəyyən səbəblərdən bu cümləyə ayənin ortasında yer verilib.
Demək, əgər şiə və sünni qaynaqlarında səhih hədislər bu hissənin Qədir günündə Həzrət Əlinin (əleyhis-salam) vilayəti ilə əlaqədar nazil olduğunu nəql edirsə, ayənin önü və sonluğu bizi hədislərdən yayındıra bilməz. Çünki bu hissə öz-özlüyündə müstəqil kəlamdır, əvvəli və sonluğu ilə heç bir əlaqəsi yoxdur.
4. Ayənin məzmununa diqqətlə nəzər saldıqda başa düşmək olur ki, ayənin mənası yalnız vilayət haqqında ola bilər. Məhz ayəni imamət haqqında götürəndə ikinci hissənin cümlələri arasında bağlılıq qorunub saxlanır.
İkinci hissə özlüyündə iki məsələyə yer verir. O da budur ki, müəyyən bir gündə həm kafirlər müsəlmanlar üzərində qələbədən ümidlərini kəsdilər, həm də Allahın dini kamilləşdi. Fikirləşək, bu hansı gündür ki, bu iki hadisə həmin gün baş verdi? Ağıla gələn ehtimalları bir-bir nəzərdən keçirək:
1) Besət (peyğəmbərlik) günü: Şübhəsiz, Besət günündə bu iki hadisə baş verməmişdi. Həmin gün nə kafirlər ümidlərini kəsmişdi, nə də din bəyan olunmuşdu.
2) Məkkə fəth olunan gün: Bu ehtimal da yuxarıdakı ehtimal kimidir. Çünki Məkkə şəhəri Hicri 8-ci ildə azad olundu. O günlər müsəlmanlarla kafirlər arasında bağlanmış sazişlər hələ öz qüvvəsində qalmaqda idi. Müşriklərə cahillik dövrlərində olduğu kimi Həcc ayinlərini yerinə yetirmək üçün icazə verilirdi. Bu üzdən ümidsizlik kafirlərə hakim olmamışdı. Allahın dini həmin gün təkmilləşməmişdi. Hələ neçə-neçə dini hökmlər Məkkə fəthindən sonra bəyan olunacaqdı.
3) Bəraət (nifrət) günü: Yəni, Həzrət Əlinin (əleyhis-salam) “Bəraət” surəsini müşriklərə qiraət etdiyi gün. Həmin gün Ərəbistan yarımadasının müşrikləri hər hansı qələbədən ümidlərini itirsələr də həmin gün din şəriət hökmləri baxımından kamilləşməmişdi. Sözü gedən “Maidə” surəsindəki “cəzalar və qisaslar” kimi hökmlər sonralar nazil oldu. Biz elə bir günü göstərməliyik ki, həmin gün bu iki məsələ bahəm gerçəkləşsin.
4. Vida həccindəki Ərəfə günü: Təfsir alimlərinin çoxu bu ehtimala üstünlük vermiş və bu haqda hədislər nəql etmişlər. Amma bizim təsəvvürümüzə görə bu gün də bu iki mühüm hadisəni özündə cəmləşdirməmişdir. Belə bir halda ümidlərini kəsmiş müşriklər kimlər ola bilərdi? Əgər Qureyş tayfasının kafirlərini və yaxud yarımadanın bütün bütpərəstlərini nəzərdə tutsaq, sözsüz ki, həmin gün onların ümidsizlik günü deyildi. Çünki Qureyş tayfası Ərəfə günü yox, Məkkə şəhəri azad olunan gün qələbə arzularına əbədi göz yumdu. Qalanları isə “Bəraət” ayəsi oxunan gün ümidlərini hər hansı sövdələşmədən kəsdi. Əgər yer üzərində yaşayan bütün kafirləri nəzərdə tutsaq, şübhəsiz, peyğəmbərin (sallallahu əleyhi və alih) ömrünün son anlarına qədər belə bir ümumi ümidsizlik baş verməmişdi.
Başqa bir məsələyə aydınlıq gətirək. Dinin kamilləşməsi dedikdə nəzərdə tutulan nədir? Dinin kamilləşməsi həcc əməllərinin təlimidirmi? Sözsüz ki, bir əməli bəyan etməklə din kamil olmur. Bəlkə məqsəd bu (Maidə) surədə izah edilmiş haramlar və halallardır? Halbuki Əhli-sünnətin öz dediyinə görə sələmçilik və kəlalənin irs çatması kimi şəriət hökmlərinin çoxu Ərəfə günündən sonra bəyan olundu.
Bu üzdən etiraf etmək lazımdır ki, ayədə ümidsizlik və məyusluq dedikdə dinin təkmilləşməsi ilə yanaşı olan xüsusi bir ümidsizlik nəzərdə tutulur. Bu iki məsələ məhz canişinin təyin olunması ilə gerçəkləşir. Quran ayələrinin bir çoxu təsdiq edir ki, o günlərdə kafirlər hələ də müsəlmanların dininə tamah salırdı. Müsəlmanları öz dinindən döndərmək və öz əcdadlarının dininə qaytarmaq onların sonuncu arzusu idi. Ayədə deyilir:
ودَّ کَثِیر مِنْ اَهْلِ الْکِتابِ لَوْ یَرُدُّونَکُمْ مِّنْ بَعْدِ اِیَمانِکُمْ کُفّاراً حسداً
Kitab əhlinin çoxu paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmağı arzulayır. (7)
Bu məzmunlu digər ayələr də var.
Müsəlmanlar günü-gündən inkişaf edirdi. Məkkə müşrikləri bir-birinin ardınca səngərlərini itirirdi. Kafirlərin ümid dairəsi saatbasaat daralırdı. Onların son ümid yeri, peyğəmbərdən sonra gənc İslam dövlətinə rəhbərlik edəcək bir övladın yoxluğu idi. Onlar İslam dininin və İslam hökumətinin peyğəmbərin vəfatından sonra dağılacağını təsəvvür edir, yaxın günlərdə yeni qələbələrə və hər şeyin öz əvvəlki vəziyyətinə qayıdacağına böyük ümid bəsləyirdi.
Quran bu həqiqəti aşağıdakı ayədə kafirlərin öz dilindən nəql edir:
اَمْ یَقُولُونَ شَاعِر نَتَرَبَّصُ بِهِ رَیْبَ الْمَنُونِ
Yoxsa onlar «o, şairdir; biz onun ölümünün gəlməsini gözləyirik» (onun ölümü ilə çağırış nidası da susacaq) deyirlər. (8)
Bu, kafirlərin ümidlərini doğrulda biləcək yeganə fikir idi. Lakin Allahın rəsulu müsəlmanların gələcək rəhbərini təyin edərkən sanki müşriklərin həyatına qara buludlar kölgə saldı, ümidləri puç oldu, tamah gözləri tutuldu. O gün məyusluq başdan-başa vücudlarını bürüdü. İslam dini köklü və sarsılmaz bir dinə çevrildi. Peyğəmbər rəhbər təyin etməklə öz dinini təkmilləşdirdi. Bu mənanı nəzərdə tutsaq ikinci hissənin cümlələri bir-biri ilə mütənasib forma alır. (9) (10).

Şərh qeydə alınmayıb