Qısa cavab:
Ətraflı cavab:
Həzrət Məhəmməd Təqinin (əleyhis-salam) yaşının az olması təkcə adi şiələr üçün deyil, bir çox şiə alim və ziyalıları üçün müzakirə obyekti idi. Bu səbəbdən İmam Rzanın (əleyhis-salam) şəhadətindən sonra onun azyaşlı övladı İmam Məhəmməd Təqinin (əleyhis-salam) imamlıq rütbəsinə çatması ilə şiələr – xüsusilə də ümumi şiə camaatı tarixdə görünməmiş təhlükəli etiqad burulğanı ilə üz-üzə gəldilər. Həzrətin yaşının azlığı böyük bir problem kimi qarşılandı.
Hicri 4-cü əsrin alimlərindən olan İbn Rüstəm Təbəri yazır:
O (İmam Məhəmməd Təqi) altı yaşa çatanda Xəlifə Məmun onun atasını qətlə yetirdi. Şiələr nə edəcəklərini bilməyib çaş-baş qaldılar. Onların arasında fikir ayrılığı yarandı. Əbu Cəfərin yaşını az saydılar. Digər şəhərlərdə də şiələr heyrət içində idilər. (1)
Bu üzdən şilələr qruplar yaradaraq İmam Cavadla (əleyhis-salam) görüşlər təşkil etməyə başladılar. İmam Cavadla görüşlər keçirənlər onun imamət elminə malik olduğunu yoxlayıb əmin olmaq üçün suallar tərtib etdilər. Sualları onun hüzurunda açıqladılar, möhkəm və qane edici cavablar eşidib sakitləşdilər.
Tarix yazarlar bu haqda yazırlar: İmam Rza Hicri 202-ci ildə dünyasını dəyişdi. Əbu Cəfərin yaşı yeddiyə yaxın idi. Bu məsələ Bağdadda və digər şəhərlərdə fikir ayrılığın səbəb oldu. Rəyyan ibn Sült, Səfvan ibn Yəhya, Məhəmməd ibn Həkim, Əbdürrəhman ibn Həccac, Yunis ibn Əbdürrəhman şiələrin tanınmış şəxstiyyətlərindən bir qrupla Əbdürrəhman ibn Həccacın evində - Bağdadın “Bərəkə Zəlzəl” məhəlləsində bir araya gəldilər. (2) İmamın matəmini göz yaşları ilə qeyd etdilər... Yunis üzünü onlara tutub dedi: “Ağlamaqdan əl çəkin. İmamətin kimə keçdiyini öyrənmək lazımdır. Bilmək lazımdır ki, bu uşaq (Əbu Cəfər) böyüyənə qədər suallarımızı kimdən soruşmalıyıq?”
Bu an Rəyyan ibn Sült ayağa qalxaraq onun boğazından yapışıb sıxmağa və üzünə şillələr endirməyə başladı. O, qəzəblə deyirdi: “Sən bizim yanımızda özünü imanlı göstərirsən, şəkkini və sirkini gizli saxlayırsan?! Əgər onun imamlığı Allah tərəfindən olsa hətta bir günlük uşaq da olsa yüz yaşlı qoca kimi danışacaq. Allah tərəfindən olmasa, yüz yaşı da olsa, başqaları kimi adi bir şəxs olacaq. Məsləhət budur ki, bu haqda səbirli olaq.” Bu yerdə məclis iştirakçıları Yunisi qınamağa başladılar. (3)
Həmin günlərdə həcc mərasiminə az qalırdı. Bağdad və digər şəhərlərdən 80 nəfər fəqih və alimlər həccə yolandılar. Onlar Əbu Cəfəri görmək məqsədilə Mədinə şəhərinə üz tutdular. Mədinəyə çatanda İmam Sadiqin (əleyhis-salam) boş qalmış evinə getdilər. Qonaqlar böyük bir palazın üstündə əyləşmişdilər. Bu an Həzrət Cavadın əmisi Abdullah ibn Musa məclisə daxil oldu və baş tərəfdə əyləşdi. Bir nəfər ayağa qalxıb dedi: Bu Allahın rəsulunun övladıdır. Hər kəsin sualı olsa, ona versin. Qonaqlardan bir neçəsi öz suallarını verdilər. O, suallara yanlış cavab verdi. ....(4) Şiələr bu məsələdən kədərləndilər. Fəqihlər nə edəcəklərini bilmədi. Onlar “Əbu Cəfər bizim suallarımıza cavab verə bilsəydi Abdullah bizim görüşümüzə gəlməz və səhv cavablar verməzdi” deyib ayağa qalxdilar.
Elə bu an məclisin yuxarı tərəfindən qapı açıldı və Müvəffəq adlı bir gənc məclisə daxil oldu və dedi: Əbu Cəfər gəlir.
Hamı ayağa qalxdı və onu qarşılayıb salam verdilər. İmam məclisə daxil oldu, əyləşdi. Məclisə sakitlik çökdü. Sualını vermək istəyənlər suallarını verdilər. Qane edici və mükəmməl cavab aldıqda şad oldular. Onu dua etdilər, alqışlayıb dedilər: Sizin əminiz Abdullah filan işlər gördü. Həzrət dedi:
Əmi! Sabah Allah qarşısında dayansan və Allah səndən soruşsa: Mənim ümmətimdə səndən daha biliklisi ola-ola nə üçün bilmədən bəndələrimə fətva verdin? – nə deyəcəksən? (5)
Həmin il sözü gedən qrupun üzvü olan İshaq ibn İsmayıl nəql edir:
Mən də bir məktubda Həzrətdən soruşmaq üçün 10 sual yazmışdım. O günlərdə həyat yoldaşım hamilə idi. Öz-özümə dedim: Əgər mənim suallarıma cavab verə bilsə, ondan xahiş edəcəyəm ki, uşağımın oğlan olması üçün dua etsin. Hamı öz sualını soruşandan sonra mən də məktubu əlimdə tutub ayağa qalxdım. İmamın gözü mənə sataşan kimi dedi: İshaq! Onun adını Əhməd qoyarsan.
Bu hadisədən bir müddət sonra yoldaşım oğlan uşağı dünyaya gətirdi. Adını Əhməd qoydum. (6)
Bu görüş və müzakirə, həmçinin İmam Cavadla keçirilən digər görüşlər (7) şiələrin həzrətin imamətinə tam əmin etdi. Onların ürəklərində olan şəkk-şübhə aradan qalxdı, həqiqət günəşini aşkara çıxardı. (8)

Şərh qeydə alınmayıb