İmam Baqir (ə) böyük elmi hərəkatın banisi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İmam Baqir (ə) böyük elmi hərəkatın banisi

Sual : İmam Baqirin (əleyhis-salam) elmi dərəcəsi necə idi?
Qısa cavab:
Ətraflı cavab:
 Beşinci rəhbər öz imamət dövründə, qeyri-münasib şəraitdə İlahi maarif və həqiqətlərin yayılması nə nəşri ilə məşğul idi. O, elmi suallara aydınlıq gətirib böyük elmi hərəkata start verdi. Bu addım onun xələfi İmam Sadiqin (əleyhis-salam)  dövründə çiçəklənən və kulminasiya nöqtəsinə çatan Böyük İslam Ali Məktəbinin təsisi üçün başlanğıc nöqtəsi idi.
İslam peyğəmbərinin (sallallahu əleyhi və alih) səhabələrindən biri və əhli-beytə xüsusi hörmət bəsləyən Cabir ibn Abdullah belə nəql edir:
Günlərin bir günü peyğəmbər (sallallahu əleyhi və alih) mənə dedi: “Sən məndən sonra mənim xanədanımdan olan bir şəxsi görəcəksən. Onun adı mənim adımdır, zahiri görünüşü də mənim zahiri görüşümə bənzəyir. O, elm qapılarını insanların üzünə açacaq.”
Həzrət peyğəmbər (sallallahu əleyhi və alih) bu xəbəri verərkən İmam Baqir (əleyhis-salam) hələ dünyaya göz açmamışdı.
Bu hadisədən illər keçdi və dördüncü imamın zamanı gəlib çatdı. Bir gün Cabir Mədinənin küçələrindən keçirdi. Gözü Həzrət Baqirə sataşdı. Diqqətlə baxanda peyğəmbərin (s) buyurduğu əlamətlərin eynən onda olduğunu gördü.
-    Adın nədir? – deyə Cabir soruşdu.
-    Mənim adım Məhəmməd ibn Əli ibn Hüseyndir, - deyə oğlan cavab verdi.
Cabir onun alnından öpüb dedi:
- Baban rəsuləllah mənim vasitəmlə sənə salam göndərdi.
Cabir həmin gündən etibarən peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətinə və İmam Baqirin böyüklüyünə işarə olaraq hər gün iki dəfə onun görüşünə gedirdi. O, peyğəmbər məscidinin izdihamlı yerində əyləşər, (onun sözlərinə rişxənd ilə yanaşan düşmənlərə cavab olaraq) İslam peyğəmbərinin gələcəkdən verdiyi xəbəri nəql edərdi.
Beşinci imam elmdə, zahidlikdə, müdriklik və fəzilətdə Bəni Haşim qəbiləsinin görkəmli şəxsiyyətlərinin hamısından yüksəkdə idi. Onun əlçatmaz elmi və əxlaqi məqamı dost və düşmən arasında dillər əzbəri idi. Həzrətdən dini hökmlər, təfsir, İslam tarixi və müxtəlif elmlərdə o zamana qədər İmam Həsən (ə) və İmam Hüseynin (ə) övladlarından heç birisinin nəql etmədiyi sayda hədislər yadigar qalmışdır. (1)
O zamanın tanınmış elmi şəxsiyyətləri, həmçinin peyğəmbərin (s) o vaxta qədər hələ həyatda olan səhabələri onun elmindən faydalanırdılar.  
Cabir ibn Yəzid Covfi, (tabeindən olan) Kisan Səcistani, eləcə də İbn Mübarək, Zöhri, Ovzai, Əbu Hənifə, Malik, Şafii və Ziyad ibn Munzər kimi fəqihlər onun elmi əsərlərindən faydalanır, sözlərini vasitəsiz və bəzən də bir neçə vasitə ilə nəql edirdilər.
Əhli-sünnətdən Təbəri, Bilazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani kimi görkəmli alim və mütəfəkkirlərin əsərləri , eyni zamanda Müvəttəi Malik, Sünəni Əbi Davud, Musnəd Əbu Hənifə, Musnəd Mərvzi, Təfsiri Nəqqaş, Təfsiri Ziməxşəri və daha neçə-neçə məşhur kitablar beşinci imamın dolğun və ehtivalı sözləri ilə doludur, hər yerdə “Məhəmməd ibn Əli dedi” və yaxud “Məhəmməd əl-Baqir dedi” sözləri gözə dəyir. (2)  
İmamiyyə məzhəbinin müxtəlif sahələrdə qələmə alınmış kitabları da başdan başa İmam Baqirin (ə) kəlam və hədislərini əks etdirir. Hər kimin bu kitablarla azacıq tanışlığı varsa, bu sözü təsdiqləyə bilər.
İmam Baqirin (ə) elminin səs-sədasını İslam məmləkətinin hər bölgəsində eşitmək olardı. Ona “Baqir əl-ulum” (elm qapılarını açan, elm sədlərini yaran) ləqəbi verilmişdi.
İbn Həcər Heytəmi yazır:
Məhəmməd Baqir (ə) o qədər elm və maarifin gizli xəzinələrini, o qədər dini hökmlərin və hikmətlərin həqiqətlərini və elmin zərifliklərini bəyan etdi ki, bir yığım bəsirətsiz ünsürlərdən başqa heç kəs bunu inkar edə bilməz. Bu üzdən onu “elmi yaran”, ” elmi özündə cəmləşdirən” və “elm bayrağını dalğalandıran” sözləri ilə mədh etmişlər. (3)
İmamın əsrində yaşamış görkəmli alim Abdullah ibn Əta yazır:
Mən İslam alimlərini heç bir yığıncaqda Məhəmməd ibn Əlinin (ə) məclisindəki kimi elmi baxımdan cılız və aciz görmədim. Mən elm aləmində ad çıxarmış Həkəm ibn Ətibəni Məhəmməd Baqirin hüzurunda dahi ustadın yanında dizləri üstə əyləşmiş və ustadın kəlam və şəxsiyyətinin məftunu olan bir uşaq kimi gördüm. (4)
İmam Baqir (ə) öz sözlərində adətən Qurani-Kərimin ayələrinə istinad edər, Allah kəlamından sitat gətirərək deyərdi: “Nə haqda danışsam məndən o sözün Quranın harasında olduğunu soruşun. Mən də o mövzuya aid ayəni sizə deyərəm”. (5)
İmam Baqir (ə) fiqh, hədis, təfsir və digər İslam elmlərində şöhrətli şagirdlər yetişdirdi. Onların hər biri elmdə ad qoymuş şəxsiyyətlər sayılırdı. Məhəmməd ibn Müslim, Zurarə ibn Əyən, Əbu Bəsir, Bureyd ibn Muaviyə İcli, Cabir ibn Yəzid, Həmran ibn Əyən, Huşam ibn Salim kimi görkəmli elm adamları İmamın təsis etdiyi elm ocağının yetirmələri idi.
Altıncı rəhbər demişdir: “Bizim məktəbimizi və atamın hədislərini dörd nəfər diriltdi: Zurarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim, Bureyd ibn Muaviyə İcli. Onlar olmasaydı heç bir kəs dini təlimlərdən və peyğəmbər məktəbindən faydalana bilməzdi. Bu dörd nəfər dinin keşikçiləri idi. Onlar bizim zəmanəmizin şiələri arasında bizim məktəblə tanış olan ilk insanlar idi. Axirətdə də bizə qovuşan ilk insanlar onlar olacaqlar.” (6)
İmam Baqirin (ə) şagirdləri zamanın fəqih və mühəddislərinin ən şöhrətlisi idi. Onlar elmi rəqabət meydanında qeyri-şiə fəqih və qazilərdə üstün idilər. (7)

Peinevesht:
1. Şeyx Mufid, “əl-İrşad”, səh. 261.
2. İbn Şəhraşub, “Mənaqib Ali Əbi-Talib”, cild 4, səh. 195. 
3. “Əs-səvaiq əl-Muhrəqə”, səh. 201, yazır:
اظهر من مخبئات كنوز المعارف و حقايق الاحكام و الحكم و اللطائف مالا يخفى الا على منطمس البصيره او فاسد الطويه و السريره و من ثم قيل و فيه هو باقر العلم و جامعه و شاهر علمه و ارفعه
4. Sibt ibn Cövzi, “Təzkirətul-xəvas”, səh. 337. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, cild 2, səh 329. Fəzl ibn Həsən, “Əl-bidayə və ən-nihayə”, cild 9, səh 311. Bəzi nüsxələrdə Həkəm ibn Uyeynə qeyd olunmuşdur. Amma Ətibə doğrudur, bax: Kazim Mudir Şanəçi, “Elmul-hədis və dirayətul-hədis”, səh 67. 
5. Təbərsi, “əl-Ehticac”, səh. 176.
6. Şeyx Tusi, “İxtiyar mərifət əl-rical” (ricali Kəşşi) səh.136-137 (hədis 219).
7. Mehdi Pişvayi, “Məsumların həyatı” kitabından iqtibas olunmuşdur, səh 310.

    
Nəşr tarixi: « 1392/07/28 »

Əlaqəli materiallar

İmam Baqir (ə) böyük elmi hərəkatın banisi

İmam Baqirin (əleyhis-salam) həyatına qısa bir baxış

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1204