İmam Hadinin (ə) əsrində ələvilərin siyasi vəziyyəti
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İmam Hadinin (ə) əsrində ələvilərin siyasi vəziyyəti

Sual : İmam Hadinin (ə) əsrində ələvilərin siyasi vəziyyəti necə idi?
Qısa cavab:
Ətraflı cavab:
Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi. Bunun də səbəbi o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq, özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Məhəmmədin (səlləllahu əleyhi və alih) nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa də’vət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində mə’sum İmamlar tə’qib olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yə’ni hər hansı bir mə’sum İmamı) rəhbər tə’yin etməklə onun həyatını təhlükə ilə üzləşdirər və hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə nisbətən əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə, qiyam baş verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.
Bu qiyamların məğlubiyyətə uğramasının səbəbini də bir tərəfdən qiyam başçılarının, digər tərəfdən isə tərəfdarlarının zəif olması ilə əlaqələndirmək lazımdır. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmadığı üçün işlərində çatışmazlıqlar olur və ən əsası isə onların qiyamı tam şəkildə İslami bir qiyam olmurdu. Buna görə də, qiyamlar çox vaxt mə’sum İmamlar tərəfindən himayə olunmurdu.
Düzdür, bu qiyam tərəfdarları arasında pakməramlı və əsl şiələr də var idi ki, onlar İslamın ali məqsədləri uğrunda ölümə getməyə belə, hazır idilər. Ancaq bu cür insanların sayı çox az idi və mübarizə aparanlar əsasən, müəyyən bir İslami məqsədi olmayan şəxslər idilər. Onlar mə’ruz qaldıqları zülm və haqsızlıqlar nəticəsində narahat olub mövqelərini dəyişmək fikrinə düşür, lakin məğlubiyyət zamanı, yaxud ölüm təhlükəsində olduqlarını hiss etdikdə, öz rəhbərlərini tənha qoyub ondan uzaqlaşırdılar.
Bir daha xatırladırıq ki, əgər bu qiyamların əksəriyyəti mə’sum İmamların e’tirazı ilə üzləşirdisə, onun səbəbi, ya bu qiyamların əsl İslami qiyam olmaması, qiyamçıların, yaxud qiyam başçılarının bə’zi qeyri-İslami hərəkətləri olmuş, ya da onların fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də, əgər İmam onların qiyamına razılıq versəydi, qiyamın məğlub olacağı təqdirdə şiə və İmamət məsələsinin əsası, həmçinin, şiə məzhəbinin əsas qüvvələri təhlükə altına düşərdi. (1)

Peinevesht:
1. Mehdi Pişvayi, “Məsumların həyatı” (tərcüməçi Mais Ağaverdiyev) kitabından iqtibas olunmuşdur, səh 569.

    
Nəşr tarixi: « 1392/07/29 »

Əlaqəli materiallar

İmam Hadinin (ə) əsrində ələvilərin siyasi vəziyyəti

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 877