Xəlifə Mütəvəkkilin xilafət dövründə İmam Hadinin (ə) şiələrlə əlaqəsi
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Xəlifə Mütəvəkkilin xilafət dövründə İmam Hadinin (ə) şiələrlə əlaqəsi

Sual : Xəlifə Mütəvəkkilin xilafət dövründəki kəskin siyasi durumda İmam Hadi (ə) şiələrlə necə əlaqə saxlayırdı?
Qısa cavab:
Ətraflı cavab:
 İmam Əliyyən-Nəqi əleyhissəlamın İmaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o Həzrətlə həmzaman olmuşdur. Buna görə də, onun İmam Əliyyən-Nəqi əleyhissəlamın müqabilindəki mövqeyini araşdırmaq daha məqsədəuyğun olar.
Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. O, Bəni-Haşimə qarşı daima bədgüman olmuş və onları həmişə müttəhəm etmişdir. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında Bəni-Haşimə qarşı töhmətlər qoşaraq onu bu tayfaya qarşı pis rəftar etməyə vadar edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi. (1)
Mütəvəkkilin Əli (əleyhissəlam) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin Əli əleyhissəlama rəğbət bəslədiyindən xəbər tutsaydı, bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi. (2)
Elə buna görə də, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi. Bunu tarixçilərin aşağıda qeyd etdikləri hadisə də bir daha təsdiq edir.
Məhəmməd ibn Şərəf yazır: “Mədinədə İmam Əliyyən-Nəqi (əleyhissəlam) ilə birlikdə yol gedirdim. İmam buyurdu: “Sən Şərəfin oğlusan?” Dedim: ki, bəli. İstədim o Həzrətdən bir sual soruşam. İmam məni qabaqlayıb buyurdu: “Biz indi camaatın çox get-gəl etdiyi küçədəyik, bura sual yeri deyil.” (3)
Bu hədisdən hakim qüvvələrin cəmiyyəti nə qədər çətinlikdə saxlaması və eləcə də, İmam Əliyyən-Nəqi əleyhissəlamın məcburi şəkildə gizli fəaliyyətini açıq-aşkar bəyan etməsi başa düşülür. İmam Əliyyən-Nəqi (əleyhissəlam) uzaq şəhər və kəndlərdə yaşayan şiələrlə də eynilə bu cür hərəkət edirdi. Onların göndərdiyi şər’i vergiləri, hədiyyə və nəzirləri gizlincə qəbul edirdi. Tarix kitablarında qeyd olunmuş bu cür hadisələrdən birinə nəzər salaq:
Məhəmməd ibn Davud Qummi və Məhəmməd Təlhi deyir: “Qum və onun yaxınlıqlarından yığılmış xüms, hədiyyə və nəzirləri İmam Əliyyən-Nəqi əleyhissəlamın hüzuruna aparırdıq. Yolda o Həzrətin köndərdiyi qasid yetişib bizə xəbər verdi ki, geri qayıdaq. O bildirdi ki, indi bunları İmam əleyhissəlama təqdim etmək üçün münasib vaxt deyil. Biz geri qayıdıb bütün yükümüzü də özümüzdə saxladıq. Bir müddət keçdikdən sonra o Həzrətin əmrilə ona çatdırmaq istədiyimiz şeyləri onun öz göndərdiyi dəvələrə yükləyib sarbansız hüzuruna göndərdik. Bundan bir qədər keçdikdən sonra o Həzrətin hüzuruna getdikdə, bizə buyurdu: “Göndərdiklərinizə baxa bilərsiniz.” Biz onlara baxdıqda gördük ki, göndərdiyimiz şeylər olduğu kimi qalıb.” (4)
Düzdür, bu hadisənin İmam Əliyyən-Nəqi əleyhissəlamın Mədinədə, yoxsa Samirrada olduğu müddətdə baş verməsi mə’lum olmasa da (Samirrada hökumətin nəzarəti daha çox olmuşdur), ancaq bu, şiələrin İmama gizli və dövlət mə’murlarından xəbərsiz əlaqələrindən bir nümunədir. (5)

Peinevesht:
1. Əbul-Fərəc İsfahani, “Məqatilüt-talibin”, səh.395.
2. İbn Əsir, “Əl-Kamilu fit-tarix”, c.7, səh.55.
3. Məclisi, “Bihar əl-ənvar”,  c.50, səh.176.
4. Məclisi, “Bihar əl-ənvar”, c.50, səh.185.
5. Mehdi Pişvayi, “Məsumların həyatı” (tərcüməçi Mais Ağaverdiyev) kitabından iqtibas olunmuşdur, səh 571.

    
Nəşr tarixi: « 1392/07/29 »

Əlaqəli materiallar

Xəlifə Mütəvəkkilin xilafət dövründə İmam Hadinin (ə) şiələrlə əlaqəsi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 770