İmam Hadinin (ə) elmi-mədəni fəaliyyətləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İmam Hadinin (ə) elmi-mədəni fəaliyyətləri

Sual : İmam Hadi (ə) nə kimi elmi fəaliyyətlər göstərirdi?
Qısa cavab:
Ətraflı cavab:
İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə, o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam), xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət, belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər, məktublar, müşkülatı həll etmək, suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi, alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər.
İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının 185 nəfər olduğunu qeyd etmişdir. (1) Bu şagirdlər arasında Fəzl ibn Şazan, Hüseyn ibn Səid Əhvazi, Əyyub ibn Nuh, Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir, Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mə’nəvi simalar olmuşdur. Bunlardan bə’ziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış, onların yazdığı əsərlər, göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır. (2)

Peinevesht:
1. Ricali-Tusi, səh. 409–429.
2. Mehdi Pişvayi, “Məsumların həyatı” (tərcüməçi Mais Ağaverdiyev) kitabından iqtibas olunmuşdur, səh 611.

    
Nəşr tarixi: « 1392/07/29 »

Əlaqəli materiallar

İmam Hadinin (ə) şəhadəti

İmam Hadinin (ə) elmi-mədəni fəaliyyətləri

İmam Hadi (əleyhis-salam) və əqidəvi müzakirələr

İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1011