Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır.

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır.

Sual : Əmirəl-möminin (əleyhis-salam) öz xəlifəliyini sübut edərkən “Qədir” hədisinə istinad etmişdirmi? Hamımız bilirik ki, Böyük İslam Peyğəmbəri (sallallahu əleyhi və alih) Qədir günündə özündən sonra Həzrət Əlinin (əleyhis-salam) xəlifə olacağını elan etdi və ona itaət etməyi bütün müsəlmanlara vacib saydı. Burada belə bir sual meydana çıxır: Həzrət Əlinin (əleyhis-salam) canişinliyi belə bir gündə elan olunmuşdursa, nə üçün imam öz ömrü boyu imamətini sübut etmək üçün bu hədisə istinad etmədi?
Qısa cavab:
Ətraflı cavab:
Fərz olunanların əksinə olaraq demək lazımdır ki, imam həyatı boyu dəfələrlə “Qədir” hədisinə istinad edərək öz xilafətinin doğruluğunu onunla sübut etmişdir. Həzrət münasib fürsət düşən kimi vaxtaşırı “Qədir” hədisini müxaliflərinin qulağına çatdırar və bu yolla insanların ürəklərində mövqeyini möhkəmləndirərdi.
Təkcə İmam Əli (əleyhis-salam) deyil, Həzrət Peyğəmbərin qızı Həzrət Fatimə (salamullahi əleyha), onun böyük övladı İmam Həsən Müctəba (əleyhis-salam), şəhidlər ağası Həzrət Hüseyn ibn Əli (əleyhis-salam), eləcə də İslamın görkəmli simalarından bir qrupu, o cümlədən Abdullah ibn Cəfər, Əmmar Yasir, Əsbəğ ibn Nubatə, Qeys ibn Səd, Ömər ibn Əbduləziz, Məmun Abbasi və hətta həzrətin bəzi müxalifləri, məsələn, Əmr Ass və digərləri də “Qədir” hədisinə istinad etmişlər.  
Bu üzdən bu hədisə əsaslanmaq Həzrətin öz həyatı zamanından başlamışdır. Onun davamçıları və tərəfdarları bütün əsrlərdə “Qədir” hədisini imamın imamət və vilayətinin dəlillərindən sayırdılar. Biz də burada bu əsaslandırmaların bir neçə nümunəsini qeyd edirik:
1. Əmirəl-möminin (əleyhis-salam) Şura günü (Şura üzvləri ikinci xəlifənin göstərişi ilə təyin olunmuşdu. Şuranın tərkib hissəsi elə qurulmuşdu ki, hamı xilafətin Əlidən başqasına çatacağını bilirdi.) xilafət Əbdürrəhman ibn Ovf tərəfindən Osmana ötürüləndə şuranın rəyinə etiraz olaraq danışmağa başladı və dedi: “Mən sizə elə sözlər demək istəyirəm ki, heç kəs onu dana bilməz.” İmam sözlərinin arasında belə buyurdu:
Sizi Allaha and verirəm, deyin, sizin aranızda elə bir kəs tanıyırsınız ki, peyğəmbər onun haqqında desin:
مَنْ کُنْتُ مَوْلاَهُ فَهَذَا عَلِىّ مَوْلاَهُ اَللّهُمَ وَالِ مَنْ وَالاَهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ لِیَبْلُغَ الشَّاهُدُ الْغایِب
“Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır! Pərvərdigara! Əlini sevəni sev, Əliyə yardım edənlərə yardım et. Bu sözləri burada olanlar olmayanlara çatdırsın!”
Hamı bir nəfər kimi: “Xeyr, bu fəzilət sənə məxsusdur!” – deyə cavab verdi. (1)  
Söz yox ki, İmam Əlinin (əleyhis-salam) “Qədir” hədisinə əsaslanması təkcə bu nümunə ilə xülasələnmir. Başqa yerlərdə də İmam (əleyhis-salam) bu hədisi sitat gətirmişdir. Aşağıda onlara işarə edəcəyik.
2. Əmirəl-möminin (əleyhis-salam) Kufədə nitq söyləyəndə sözlərinin arasında üzünü camaata tutub dedi:
- Sizi Allaha and verirəm, hər kəs Qədirdə iştirak etmişdirsə, peyğəmbərin məni öz canişini seçdiyini öz qulaqları ilə eşitmişdirsə, ayağa qalxsın və şəhadət versin. Yalnız o adamlar qalxsın ki, bunu peyğəmbərin öz dilindən eşidiblər, başqasından yox.
Bu vaxt 30 nəfər yerindən qalxıb “Qədir” hədisini eşitdiklərinə şəhadət verdilər!
Maraqlısı burasındadır ki, o gün artıq “Qədir” hadisəsindən 25 il ötürdü. Peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələrindən bir çoxları Kufədə deyildi və yaxud ondan öncə dünyasını dəyişmişdi. Bəlkə də bəziləri müəyyən səbəblərdən şahid qismində çıxış etməkdən boyun qaçırdılar. Əks təqdirdə şahidlərin sayı daha artıq idi.
Mərhum Əllamə Əmini adı çəkilən hədisin çox sayda ünvanlarını öz qiymətli kitabında qeyd etmişdir. Maraqlananlar sözü gedən kitaba müraciət edə bilərlər. (2)
3. Osmanın xilafəti zamanı Muhacirlər və Ənsardan 200 nəfər tanınmış səhabə peyğəmbər məscidinə toplaşmışdı. Onlar müxtəlif hadisələr barəsində müzakirə edirdilər. Söhbət Qureyş qəbiləsinin fəzilətinə və mühacirət keçmişinə çatdı. Qureyşin hər tayfasının üzvləri öz tanınmış şəxsiyyətləri ilə fəxr edirdi.
Səhər tezdən günortaya qədər uzun çəkən bu məclis boyu tanınmış adamlar çıxış edirdilər. Əmirəl-möminin isə (əleyhis-salam) danışmır, yalnız qulaq asmaqla məşğul idi. Birdən məclis iştirakçıları üzünü həzrətə çevirib onun da danışmasını istədilər. İmam camaatın israrı ilə ayağa qalxdı öz peyğəmbərlə olan qohumluq əlaqəsindən və keçmiş xidmətlərindən geniş söz açdı. Həzrət sözlərinin arasında belə dedi:
Xatırlayırsınız, Allah-tala Qədir günü peyğəmbərə əmr etdi ki, insanlara namazı, zəkatı, həcci başa saldığı kimi məni insanların rəhbəri kimi elan etsin. Bu işi yerinə yetirmək üçün peyğəmbər (sallallahu əleyhi və alih) belə bir xütbə oxudu:
Allah-taala bir iş görməyi mənə tapşırdı. Mən isə bəzi insanların bu İlahi fərmanı təkzib edəcəyindən qorxurdum. Amma Allah-taala əmr etdi ki, onu sizə çatdırım və məni insanların şərrindən qoruyacağına vəd etdi.
Bəli! Ey insanlar. Allahın mənim mövlam və mənim isə möminlərin mövlası olduğumu bilirsiniz. Mən onlara canlarından artığammı?
Hamı:
- Bəli! – deyə cavab verdi.
Peyğəmbər davam etdi: Əli! Qalx ayağa.
Mən ayağa qalxdım. Daha sonra üzünü camaata tutub dedi:
 مَنْ کُنْتُ مَوْلاَه فَهَذَا عَلِىّ مَوْلاَه اللّهُمَّ وَ الِ مَنْ وَالاَه وَ عَادِ مَنْ عَادَاه.
“Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır! Pərvərdigara! Əlini sevəni sev, Əliyə yardım edənlərə yardım et.”
Bu an Salman peyğəmbərdən:
- Əli bizim üzərimizdə vilayəti necədir? – deyə soruşdu.
Peyğəmbər:
ولاوه کولاى من کنت اولى به من نفسه فعلى اولى به من نفسه
- Əlinin sizə vilayəti mənim sizə olan vilayətim kimidir. Mən hər kəsə canından artığamsa, Əli də ona canından artıqdır. (3)
 4. Müxaliflər qarşısında “Qədir” hədisinə təkcə Həzrət Əmirəl-möminin deyil, əlavə Həzrət Peyğəmbərin məsum qızı Fatimə də (salamullahi əleyha) istinad etmişdir. O, tarixi bir gündə öz haqqını sübut etmək üçün nitq söyləyərkən üzünü peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələrinə tutub dedi:
Qədir gününü unutmuşsunuz? Peyğəmbər həmin gün Əliyə (əleyhis-salam) dedi: “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır!”
5. Həsən ibn Əli (əleyhis-salam) Muaviyə ilə sülh bağlamaq istəyərkən ayağa qalxıb xütbə oxuyaraq dedi:
Allah-taala peyğəmbərin əhli-beytini İslam vasitəsilə ucaltdı, bizi seçdi və hər növ çirkinliyi bizdən təmizlədi.
İmam xütbənin davamında belə söylədi:
Bütün ümmət eşitmişdir ki, peyğəmbər üzünü Əliyə tutub dedi: “Sən mənim üçün Musanın Harunu kimisən!”
Bütün insanlar görüb eşitdilər ki, peyğəmbər Əlinin əlini Qədir Xumda qaldırıb camaata xitab etdi:
مَنْ کُنْتُ مَوْلاَه فَعَلِىّ مَوْلاَه، اللّهُمَّ وَالِ مَنْ وَالاَه وَ عَادِ مَنْ عَادَاه
“Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır! İlahi, Əlini sevəni sev, əlinin düşməninə düşmən ol! (4)
6. Həzrət İmam Hüseyn ibn Əli də (əleyhis-salam) Məkkədə saysız-hesabsız insanlar arasında çoxsaylı səhabələrin iştirak etdiyi bir vaxtda nitq söyləyərkən belə dedi:
Sizi Allaha and verirəm! Bilirsinizmi ki, Qədir Xumda peyğəmbər Əlini xilafət və vilayətə seçdi və “Hazırlar qaiblərə desinlər” – deyə tapşırdı?
Hamı şəhadət verib təsdiq etdi.
 Bunlardan əlavə peyğəmbər səhabələrindən bir qrupu, o cümlədən Əmmar Yasir, Zeyd ibn Ərqəm, Əbdullah ibn Cəfər, Əsbəğ ibn Nubatə və başqaları bu hədisi sitat gətirməklə İmamın xilafət və üstünlüyünə şahid tutmuşlar. (5) (6)

Peinevesht:
1. “Mənaqibi Xarəzmi”, səh. 217.
2. “Əl-ğədir” səh 153-170. 
3. “Faraid əs-simteyn”, Əmirəl-möminin (əleyhis-salam) bu üç yerdən əlavə Kufədə, Cəməldə və Siffeyndə Qədir hədisinə əsaslanmışdır. 
4. “Yənabi əl-məvəddəh”, səh. 482. 
5. Onların dəlil və sübutlarını ətraflı mütaliə etmək üçün məşhur “Əl-Qədir” kitabına, c. 1, səh. 146-195 müraciət edə bilərsiniz. Bu kitabda 22 dəlil ünvanları ilə qeyd olunmuşdur. 
6. “Pasox be porseşhaye məzhəbi” kitabından iqtibas olunmuşdur. Müəllif: Məkarim Şirazi və Cəfər Subhani, səh. 244. 

    
Nəşr tarixi: « 1392/08/02 »

Əlaqəli materiallar

Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır.

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1389