Məhərrəmlik mərasimlərində başa və sinəyə vurmaq

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Məhərrəmlik mərasimlərində başa və sinəyə vurmaq

Sual : İmam Hüseynin (əleyhis-salam) matəm mərasimlərində üzə-sinəyə vurmaq düzdürmü?
Qısa cavab:
Ətraflı cavab: İmam Hüseynin (əleyhis-salam) müsibəti kimi böyük bir matəmdə başa və sinəyə vurmaq adi və təbii bir məsələdir. Adətən insanlar öz ən əziz adamları dünyadan köçəndə öz üz-başlarına vururlar. Sözsüz ki, dini gözdən salan yanlış işlərdən çəkinmək lazımdır.
Təəssüf ki, bəzi avam insanlar İmam mərasiminin əzəmət və təntənəsinə mənfi təsir qoyan işlərə əl atırlar. Ağsaqqallar və böyüklər onları nəzakətlə belə nalayiq addımlardan çəkindirməlidir.
Nəql olunur ki, Bəni-Haşim qəbiləsinin qadın və uşaqları Şam şəhərindən Mədinəyə sarı hərəkət edərkən yol əsnasında qafilə bələdçisindən onları Kərbəlaya aparmasını istədilər. Kərbəla şəhidlərini ziyarət etmək onların arzusu idi. Kərbəla torpağına çatanda Cabir ibn Abdullah Ənsarinin və Bəni-Haşim qəbiləsindən bir dəstənin Kərbəlada olduğunu gördülər. Onlar da İmam Hüseynin (əleyhis-salam) məzarını ziyarət etmək üçün gəlmişdilər. Bu iki karvan qəm-kədər içində bir-biri ilə görüşdü. Onlar hüznlə ağlayır, başlarına və üzlərinə vururdular. Beləliklə, Kərbəla düzündə matəm quruldu. (1)
Hədislərdə - axtarış apardığımız qədər – Əhli-beyt (əleyhimus-salam) mətəmlərində sinə vurmaq haqqında bir şey tapmasaq da “lətm” ifadəsi zahirən sinə vurmağa da şamil olur. (2)

Peinevesht:
1. Məclisi, “Bihar əl-ənvar”, cild 45, səh. 146. 
2. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 84.

    
Nəşr tarixi: « 1392/09/13 »

Əlaqəli materiallar

İmamların Aşura faciəsini yaşatmaq metodları

İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

İmamın matəm məclisində ağlamağın rolu

Əzadarlıqda təbaki (ağlamağı yamsılamaq)

Yas və matəm məclislərində qara geymək

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1261