Məhərrəmlik məclislərində növhə demək
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Məhərrəmlik məclislərində növhə demək

Sual : Məsumların (əleyhimus-salam) zamanında növhə və mərsiyəyə necə baxılırdı?
Qısa cavab:
Ətraflı cavab:
 Növhəxanlıq və mərsiyəxanlıq İmam Hüseyn (əleyhis-salam) matəmində hüznlü və məna dolu şerlər oxumaqdır. Növhə oxumaq müsəlmanların mənəvi hislərini oyadır, Aşura xatirələrini insanların gözündə canlandırır. Növhə və mərsiyəxanlıq, əzadarlıq və matəm məclislərində adi və ənənəvi üsullardandır. Bu kimi yas saxlamaq üslübunun kökləri İmamların (əleyhimus-salam) əsrinə qayıdır.  
Əhli-beyt imamları (əleyhis-salam) növhəxan və mərsiyəxanları Kərbəlada baş verənlər haqqında şer qoşmağa, növhə oxumağa, Kərbəla hadisəsindən danışmağa və Bəni-Üməyyənin törətdiyi cinayətləri bəyan etməyə təşviq edir və bu işlər üçün böyük savab və mükafatlar vəd edirdilər.  
Həzrət Əli (əleyhis-salam) və Həzrət Zəhra (əleyha-salam) da Həzrət Məhəmməd peyğəmbərin (səllallahu əleyhi və alih) vəfatından sonra onun qəmində şerlər demişdir. (1)
Əhli-sünnət alimlərindən bir qismi Həzrət Zəhranın (əleyha-salam) öz atasından ayrılarkən dediyi şerləri nəql etmişlər.
Hakim Nişaburi yazır: Allahın rəsulu (səllallahu əleyhi və alih) dəfn ediləndən sonra Fatimə (əleyha-salam) Ənəsə belə xitab etdi:
یا اَنَسُ اَطابَتْ اَنْفُسُکُمْ اَنْ تَحْثُوا التُّرابَ عَلى رَسُولِ اللهِ
Ey Ənəs! Rəsuləllahın (s) bədəninə torpaq tökməyə necə ürəyiniz gəldi?
Daha sonra əlavə etdi:
«یا اَبَتاهُ اَجابَ رَبّاً دَعاهُ *** یا اَبَتاهُ مِنْ رَبِّهِ ما اَدْناهُ
یا اَبَتاهُ جَنَّهُ الْفِرْدَوْسِ مَاْواهُ *** یا اَبَتاهُ اِلى جِبْرَیِیلَ اَنْعاهُ»
Ey Allahın çağırışını qəbul edən atam! Ey pərvərdigarına yaxınlaşan atam.
Atacan! Cənnət bağı yerin olsun. Atacan! Ölümünü Cəbrailə xəbər verəcəyəm. (2)
Həmçinin Ümmü Sələmə Peyğəmbərin (səllallahu əleyhi və alih) hüzurunda əmisi oğlunun ölümünə görə növhə dedi, hüznlə və kədərlə şerlər oxudu. (3)
İmam Baqir (əleyhis-salam) övladı İmam Sadiqə (əleyhis-salam) belə vəsiyyət etmişdi: “Əmlakımın bir hissəsini vəqf et! Qoy növhəxanlar on il Minada mənim üçün növhə oxusun. (4) (5)

Peinevesht:
1. Bax: Məclisi, “Bihar əl-ənvar”, cild 50, səh. 523,547 və cild 79, səh. 106. 
2. Hakim, “Müstədrək”, cild 1, səh. 382. Həmin hadisə kiçik fərqlə Səhihi Buxaridə, “Əl-məğazi” kitabı, bab “Mərəzun-nəbi və vəfatuhu”, hədis 30-da qeyd olunmuşdur. 
3. Hürr Amuli, “Vəsail əş-şiə”, cild 12, səh. 89, hədis 2. 
4. Hürr Amuli, “Vəsail əş-şiə”, cild 12, səh. 88. 
5. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 83.

    
Nəşr tarixi: « 1392/09/13 »

Əlaqəli materiallar

İmamların Aşura faciəsini yaşatmaq metodları

İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

İmamın matəm məclisində ağlamağın rolu

Əzadarlıqda təbaki (ağlamağı yamsılamaq)

Yas və matəm məclislərində qara geymək

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1279