Məsumlardan İmam Hüseynə matəm məclisi keçirmək tövsiyəsi
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Məsumlardan İmam Hüseynə matəm məclisi keçirmək tövsiyəsi

Sual : İmam Hüseyn üçün əza məclisi təşkil etmək haqda məsumlar tərəfindən tövsiyələr varmı?
Qısa cavab:
Ətraflı cavab:
İmam Hüseyn (əleyhis-salam) üçün qurulan matəm və əzadarlıq məclisləri ənənəvi matəm üslublarındandır. İmam Hüseyn məktəbini sevənlər belə məclislər təşkil etməklə İmam Hüseynin (əleyhis-salam) qiyamının yüksək və mənəvi hədəfləri ilə yaxından tanış olur, həzrətin və silahdaşlarının yaşadıqları faciəyə göz yaşı axıdırlar. Belə məclislər daima insanların oyanış və maariflənməsinə xidmət edir.
Bir gün İmam Sadiq (əleyhis-salam) Füzeyl adlı səhabəsindən:
- Məclis təşkil edib öz aranızda (dini maarif və Əhli-beytin fəzilətləri haqda) söhbət aparırsınızmı? – deyə soruşdu.
Füzeyl:
- Bəli, - deyə cavab verdi.
İmam (əleyhis-salam) dedi:
اِنَّ تِلْکَ المَجالِسَ اُحِبُّها، فَاَحْیُوا اَمْرَنا، فَرَحِمَ اللهُ مَنْ اَحْیا اَمْرَنا
Belə məclisləri sevirəm. Bizim məktəbi yaşadın. Allah-taala bizim məktəbi qoruyub saxlayan hər kəsə rəhmət etsin.
Daha sonra İmam (əleyhis-salam) əlavə etdi: “Hər kəs bizə olan zülmləri yad etsə, yaxud onun yanında yad edilərkən az da olsa göz yaşları axıtsa, Allah günahlarını bağışlayar”. ( 1) (2)

Peinevesht:
1. Hürr Amuli, “Vəsail əş-şiə”, cild 10, səh. 392. 
2. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 82.

    
Nəşr tarixi: « 1392/09/13 »

Əlaqəli materiallar

İmamların Aşura faciəsini yaşatmaq metodları

İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

İmamın matəm məclisində ağlamağın rolu

Əzadarlıqda təbaki (ağlamağı yamsılamaq)

Yas və matəm məclislərində qara geymək

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1195