“İkmal” ayəsi
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“İkmal” ayəsi

Sual : Nə üçün "Qədir" günü dinin kamilləşdiyi gündür?
Qısa cavab:
Ətraflı cavab: “Fəxr Razı”, “Ruh əl-Məani”, “Əl-Mənar” təfsirlər kitablarında “Maidə” surəsinin 3-cü ayəsinin təfsiri haqqında belə nəql edilir:
Peyğəmbər (səllallahu əleyhi və alih) bu ayə nazil olandan sonra 81 gündən artıq yaşamadı.
Əhli-sünnət hədislərində, həmçinin bəzi şiə hədislərində (Koleyninin “Kafi” kitabında nəql etdiyi kimi) peyğəmbərin (səllallahu əleyhi və alih) vəfatı rəbiul-əvvəl ayının 19-u kimi göstərildiyini nəzərə alsaq, nəticə almaq olar ki, ayənin nazil olduğu gün məhz zihəccə ayının 18-inə təsadüf edir.
  Əhli-sünnət və İmamiyyə qaynaqlarında nəql olunmuş çox saylı hədislərdə göstərilir ki, sözü gedən ayə məhz Qədir-xum günündə - İmam Əlinin (əleyhis-salam) vilayətinin elanından sonra nazil olmuşdur. Bu qaynaqlardan aşağıdakıları misal çəkmək olar:
1. Görkəmli əhli-sünnət alimi İbn Cərir Təbəri qələmə aldığı “Vilayət” kitabında məşhur səhabə Zeyd ibn Ərqəmdən belə nəql edir ki, bu ayə Qədir-xüm günü - Həzrət Əlinin (əleyhis-salam) haqqında nazil olmuşdur.
2. Hafiz Əbu-Nəim İsfahani öz “Əli haqqında nazil olan ayələr” kitabında Əbu Səid Xudridən (tanınmış səhabə) belə nəql edir: “Peyğəmbər (səllallahu əleyhi və alih) Qədir-xumda Əlini (əleyhis-salam) vilayət sahibi olaraq insanlara təqdim etdi. Camaat dağılışmamış “İkmal” ayəsi nazil oldu. Bu an Peyğəmbər (səllallahu əleyhi və alih) buyurdu:
اَللّهُ اَکْبَرُ عَلى اِکْمالِ الدِّیْنِ وَ اِتْمامِ النِّعْمَهِ وَ رَضِىَ الرَّبِّ بِرِسالَتِى وَ بِالْوِلایَهِ لِعَلِىٍّ(علیه السلام) مِنْ بَعْدِى، ثُمَّ قالَ: مَنْ کُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ اَللّهُمَّ والِ مَنْ والاهُ وَ عادِ مَنْ عاداهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ
“Allahu əkbər, din kamil oldu, pərvərdigarın nemətləri tamam oldu, Allah mənim peyğəmbərliyimə və məndən sonra Əlinin (əleyhis-salam) vilayətinə razı oldu.” Daha sonra buyurdu: “Hər kəsin mövlası mənəmsə, Əli onun mövlasıdır. Pərvərdigara! Əlini sevəni sev, düşmənlərinə düşmən ol, Əliyə yardım edənlərə yardım et, yardım etməyənlərdən yardımını götür!”
 3. Xətib Bağdadi öz “Tarix” kitabında Əbu Hüreyrədən nəql edir:
 Qədir-xum hadisəsində Həzrət Əlinin (əleyhis-salam) canişinliyi elan olunandan sonra Ömər ibn Xəttab dedi: “Ey Əbutalibin oğlu, mübarək olsun! Sən mənim və bütün müsəlmanların mövlası oldun.” Sonra “İkmal” ayəsi nazil oldu.
“Əl-Qədir” kitabında bu zəmində yuxarıdakı üç hədisdən başqa daha 13 hədisə rast gəlmək olar.
“Əhqaq əl-həqq” kitabında İbn Kəsirin təfsir kitabına (cild 2, səh. 14), həmçinin “Mənaqibi Xarəzmi” kitabına (səh. 47) istinadən Həzrət Peyğəmbərdən (səllallahu əleyhi və alih) bu ayənin Qədir hadisəsində nazil olduğu nəql edilir.
“Burhan” və “Nur əl-səqələyn” təfsir kitablarında da müxtəlif ravilərdən nəql olunmuş 10 hədisə görə sözü gedən ayə “Qədir-xum” günü, həmçinin Əli (əleyhis-salam) haqqında nazil olmuşdur. Hədislərin hamısını nəql etmək üçün ayrıca kitaba ehtiyac var.
Mərhum Əllamə Seyid Şərəfüddin “Əl-muraciat” kitabında yazır: İmam Baqirdən (əleyhis-salam) və İmam Sadiqdən (əleyhis-salam) nəql olunan səhih hədislərdə bu ayənin Qədir-xum günü nazil olması vurğulanır. Əhli-sünnət bu haqda peyğəmbərdən (səllallahu əleyhi və alih) müxtəlif sənədlərlə 6 hədis nəql etmişdir. Bu hədislər ayənin həmin hadisədə nazil olduğundan xəbər verir.
 Yuxarıda deyilənlərdən aydın olur ki, “İkmal” ayəsinin Qədir-Xum hadisəsində nazil olduğunu təsdiqləyən hədislərin sayı az deyil. Onların bəzisinin sənədini “zəif” adlandırmaqla bu məsələyə göz yummaq olmaz.
Əksinə, bu hədislərə “mütəvatir” demək olmasa da onları ən azından “müstəfiz” adlandırmaq olar. Onlar məşhur İslam qaynaqlarında nəql olunmuş hədislərdir. Buna baxmayaraq bəzi təəssübkeş əhli-sünnət alimləri o cümlədən Alusi qələmə aldığı “Ruh əl-məani” təfsir kitabında bu hədislərin yalnız birinin sənədini zəif qələmə verməklə digərlərini yaddan çıxarmağa çalışır. O, hədisləri özünə xoş gəlmədiyinə görə saxta və səhv adlandırır.
Həmçinin “Əl-Mənar” təfsirinin müəllifi ayənin üzərindən qısa təfsirlə keçərək sözü gedən hədisəyə azacıq işarə belə etmir. Bəlkə də müəllif özünü çıxılmaz vəziyyətdə görüb belə edir. Çünki hədisi qeyd edib zəif olduğunu desə, insafsızlıqdır. Yox, onu qəbul etsə, mövqeyi ilə üst-üstə düşmür.
  Maraqlısı budur ki, Quran “Nur” surəsinin 55-ci ayəsində belə buyurur:
وَعَدَ اللّهُ الَّذِیْنَ آمَنُوا مِنْکُمْ وَ عَمِلُوا الصّالِحاتِ لَیَسْتَخْلِفَنَّهُمْ فِى الاَرْضِ کَمَا اسْتَخْلَفَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ وَ لَیُمَکِّنَنَّ لَهُمْ دِیْنَهُمُ الَّذِى ارْتَضى لَهُمْ وَ لَیُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ اَمْناً...:
“Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə canişin və xəlifə edəcək, onlar üçün bəyəndiyi dini mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir.
Daha aydın desək, İslam dini Əhli-beytin (əleyhimus-salam) vilayəti məsələsindən ayrılmasa, dünyanı tuta bilər.
Həmçinin “Nur” surəsinin yuxarıdakı ayəsini “İkmal” ayəsinə əlavə etməklə imanlı insanlara verilən üç vədə aydınlıq gətirmək olar:
Birinci, Yer üzündə xilafət.
İkinci, Allaha pərəstiş üçün əmniyyət və sakitlik.
Üçüncü, Allahın seçdiyi dinin möhkəmlənməsi.
Bu üç vəd Qədir-xum günü “İkmal” ayəsi nazil olmaqla gerçəkləşdi. İmanlı və əməlisaleh insanın kamil nümunəsi olan Əli (əleyhis-salam) Peyğəmbərin (səllallahu əleyhi və alih) canişinliyinə seçildi. “Bu gün kafirlər sizin dininizin məhv olmasından ümidlərini kəsdilər” cümləsinə görə müsəlmanlar nisbi sakitlik əldə etdilər. Həmçinin “Sizin üçün din kimi İslamı qəbul etdim” cümləsinə görə müsəlmanların içində Allahın razı olduğu din bərqərar oldu.
 Əlbəttə, bu təfsir “Nur” surəsinin sözügedən ayəsinin Həzrət Məhdi (əleyhis-salam) haqqında nazil olmasını göstərən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki “sizdən iman gətirənlər” cümləsinin geniş mənası var. Onun təkcə bir nümunəsi Qədir-xum günündə gerçəkləşdi. İmam Məhdinin (əleyhis-salam) inqilabı zamanı isə daha geniş miqyasda öz əksini tapacaq.
Bu üzdən demək olar ki, ayədə “Yer” dedikdə bütün Yer kürəsi nəzərdə tutulmur. Bu sözün daha geniş mənası var, bəzən bütün Yer kürəsinə bəzən də onun bir hissəsinə deyilir. Həmçinin Qurani-Kərimdə də “Yer” sözü bəzən Yerin kürəsinin bir hissəsi bəzən də bütün yer üzü mənasında işlənir. (1)    

Peinevesht:
1. “Təfsiri nümunə” c.4, səh. 343.

    
Nəşr tarixi: « 1392/11/09 »

Əlaqəli materiallar

“Vilayət” ayəsinin nazil olma səbəbi

“İkmal” ayəsi

“İkmal” ayəsi və Qədir Xum

“Bəlağ” ayəsi Həzrət Əlinin (ə) canişinliyinə dəlildir

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1417