Qısa cavab:
Ətraflı cavab:
Xalqlar arasında yaxınları itirərkən onların qəmində və yas məclislərində qara geyinmək bir ənənədir. Bu rəngdə libas matəm və yas əlaməti sayılır. Bu üzdən Ali-əbanın beşincisi, İmam Hüseynə yas saxlamaq üçün ən münasib və bəyənilən üslublardan biri də onun şəhadətinin ildönümündə, yəni Məhərrəmlik günlərində qara libas geyməkdir.
Tarixdə oxuyuruq: Hüseyn ibn Əli (əleyhis-salam) şəhid olanda Bəni Haşim qəbiləsinin qadınları qara və qalın libas geyərdi. (1)
Bəzi hədislərdə nəql olunur ki, İmam Səccad (əleyhis-salam) və Həzrət Zeynəb (əleyha-salam) Xəlifə Yəzidin iç üzünü ifşa edəndən sonra Yəzid Bəni Haşim qəbiləsinə Dəməşqdə matəm mərasimi keçirməyə icazə verdi. Haşimi və Qureyşi qadınlar qara libas geyindi və yeddi gün İmam Hüseynə (əleyhis-salam) və Kərbəla şəhidlərinə yas saxladı. (2)
Qeyd etmək lazımdır ki, fəqih alimlər qara libas geyməyi, xüsusilə namazda qara geyməyi məkruh saysalar da İmam Hüseyn (əleyhis-salam) əzası üçün qara geymək məkruh sayılmır. Hətta bu əməlin bəyənilmiş bir əməl olması da müstəsna olunmur. Çünki dini ayinlərə hörmət bəsləmək daha böyük əhəmiyyət kəsb edir. (3)

Şərh qeydə alınmayıb