İmamın matəm məclisində ağlamağın rolu
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İmamın matəm məclisində ağlamağın rolu

Sual : Matəm mərasimlərində ağlamağın nə kimi rolu ola bilər?
Qısa cavab:
Ətraflı cavab:
Matəm və yas saxlamaq üçün ənənəvi metodlardan biri də göz yaşı axıtmaqdır. Hər bir insan əziz adamını itirərkən təbii olaraq kədərlənir, acı göz yaşları tökür.
Hədislərdə nəql olunur ki, Həzrət Məhəmməd peyğəmbərin (səllallahu əleyhi və alih) oğlu İbrahim dünyadan gedəndə həzrət onun ölümünə görə ağladı. Bəzi səhabələr etiraz edərək onun nə üçün ağladığını soruşduqda peyğəmbər buyurdu:
تَدْمَعُ الْعَیْنُ، وَ یُوجَعُ الْقَلْبُ، وَ لا نَقُولُ ما یُسْخِطُ الرَّبَّ
 Gözümüz ağlayır, ürəyimiz ağrıyır, amma Allahı dilimizə qəzəbləndirəcək bir şey gətirmirik. (1)
Həmçinin nəql olunur ki,  səhabələrdən olan Osman ibn Məzun dünyadan gedəndə Allahın rəsulu (sallallahu əleyhi və alih) uzun müddət ona ağladı. (2)
Peyğəmbər Cəfər ibn Əbutalib və Zeyd ibn Harisə də şəhid olarkən çox ağladı. (3)
Habelə tarixdə oxuyuruq ki, həzrət peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra müsəlmanların fəryad səsi göyə ucalırdı. Nəql olunanlara görə peyğəmbər vəfat edəndən sonra böyük-kiçik, hamı həzrətin ölümünə görə qəm-qüssəyə qərq oldu, ayrılıq həsrətindən acı göz yaşları axıtdı. Lakin yaxın insanlar və qohumların içində heç kimin qəm-kədəri həzrət Zəhraya (salamullahi əleyha) çatmazdı. Onun hüznü daim çoxalır, göz yaşları daim artırdı. (4)
İmam Hüseyn (əleyhis-salam) qəminə ağlamaq da ənənəvi yas üslublarından olub, dini tövsiyələrdəndir.
İmam Rza (əleyhis-salam) demişdir:
فَعَلى مِثْلِ الْحُسَیْنِ فَلْیَبْکِ الْباکُونَ
Ağlayanlar Hüseyn kimisinə ağlamalıdır. (5)
İmam Hüseynin (əleyhis-salam) qəminə ağlamağı tövsiyə edən hədislərin sayı çoxdur. Biz onların bir neçəsi ilə qənaətləndik. Söz yox ki, bu hüzn və göz yaşları şəxsi xarakter daşımır, həqiqətdə bu, zülmkarlara və zalimlara qarşı bir mübarizədir. (6)

Peinevesht:
1. Məclisi, “Bihar əl-ənvar”, cild 79, səh. 91.
2. Məclisi, “Bihar əl-ənvar”, cild 79, səh. 91.
3. Məclisi, “Bihar əl-ənvar”, cild 79, səh. 104.
4. Məclisi, “Bihar əl-ənvar”, cild 43, səh. 175.
5. Hürr Amuli, “Vəsail əş-şiə”, cild 10, səh. 394.
6. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 80.

    
Nəşr tarixi: « 1393/01/01 »

Əlaqəli materiallar

İmamların Aşura faciəsini yaşatmaq metodları

İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

İmamın matəm məclisində ağlamağın rolu

Əzadarlıqda təbaki (ağlamağı yamsılamaq)

Yas və matəm məclislərində qara geymək

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 947