İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

Sual : Aşura matəmində göz yaşlarının nə kimi rolu var?
Qısa cavab:
Ətraflı cavab:
Məsum imamların (əleyhimus-salam) Aşura hərəkatını yaşatmaq üçün ən təsirli tədbirləri İmam Hüseynə (əleyhis-salam) ağlamaqdır. İmam Səccad (əleyhis-salam) öz imamət dövrü boyu daim Aşura hadisəsinə matəm saxlayır və o qədər ağlayırdı ki, “dünyanın ən çox ağlayanlarından biri” ləqəbi aldı. (1)  
Həzrət Səccad demişdir:
اِنِّى لَمْ اَذْکُرْ مَصْرَعَ بَنى فاطِمَهَ اِلاّ خَنَقَتْنِى الْعَبْرَهُ
Fatimə övladlarının qətlgahı (Kərbəla) yadıma düşəndə,  göz yaşları məni boğur. (2)
İmam Zeynalabdinin (əleyhis-salam) tez-tez axıtdığı göz yaşları ictimai oyanışa və Aşura şəhidlərinin yad və xatirəsinin ürəklərdə əbədi yaşamasına səbəb olurdu. Əhli-beyt imamları özləri şəhidlər ağasının əzasında ağlayır, ictimaiyyəti də İmam Hüseynə (əleyhis-salam) göz yaşları tökməyə təşviq edirdi.
Hədislərin birində İmam Rzadan (əleyhis-salam) belə nəql olunur:
فَعَلى مِثْلِ الْحُسَیْنِ فَلْیَبْکِ الْباکُونَ، فَاِنَّ الْبُکاءَ عَلَیْهِ یَحُطُّ الذُّنُوبَ الْعِظامَ
Ağlayanlar Hüseyn kimisinə ağlamalıdır. Çünki o həzrətə ağlamaq böyük günahları tökər. (3)
Hədislərdə İmam Hüseynə (əleyhis-salam) ağlamaqdan əlavə ağlatmaq və hətta “təbaki” (ağlamaq halı almaq) üçün də əhəmiyyətli savablar qeyd olunmuşdur.
Hədislərdə Əhli-beytin (əleyhimus-salam) məzlumluğuna ağlamaqla bağlı oxuyuruq:
مَنْ بَکى وَ اَبْکى واحِدَاً فَلَهُ الْجَنَّهُ، وَ مَنْ تَباکى فَلَهُ الْجَنَّهُ
Hər kəs ağlasa, (hətta) bir nəfəri ağlatsa, mükafatı cənnətdir. Hər kəs qəmli və hüznlü vəziyyət alsa, mükafatı cənnətdir. (4)
İmam Hüseyn (əleyhis-salam) qəmini şerə çəkib məclis və mərasimlərdə oxuyan şairlər daim məsum imamların (əleyhimus-salam) xüsusi hörmət və himayəsindən bəhrələnirdilər. Kumeyt Əsədi, Debəl Xuzai, Seyyid Himyəri və digər məşhur şairlər “Əhli-beyt şairləri” adlanaraq məsum imamların (əleyhimus-salam) himayəsi ilə xalq arasında yüksək ictimai mövqe qazanmışdılar.
Harun Məkfuf (İmam Sadiqin (əleyhis-salam) səhabələrindən biri) nəql edir:
Həzrət Sadiqin (əleyhis-salam) hüzurunda idim. Həzrət buyurdu:
- Mənim üçün mərsiyə oxu.
Mən də oxudum. Həzrət dedi:
لا، کَما تَنْشِدُونَ وَکَما تَرْثِیهِ عِنْدَ قَبْرِهِ
- Belə istəmirəm. Həzrətin (əleyhis-salam) məzarı üstə necə oxuyursansa, elə oxu.
Mən də belə oxudum:
اُمْرُرُ عَلى جَدَثِ الْحُسَیْنِ *** فَقُلْ لاََعْظُمِهِ الزَّکِیَّهِ
Hüseynin (əleyhis-salam) məzarının yanından keç   Onun pak sümüklərinə söylə...
Gördüm, həzrət ağlamağa başladı, sükut etdim. Həzrət:
- Davam et! – deyə üzünü mənə tutdu. Mən də davam etdim. O, yenə:
- Yenə də oxu, - deyə dilləndi.
 Mən şerimi oxuyaraq bu misralara çatdım:
 یا مَرْیَمُ قُومی وَانْدُبِی مَوْلاکِ *** وَ عَلَى الْحُسَینِ فَاسْعَدی بِبُکاکِ
Ey Məryəm! Qalx və öz mövlanı çağır  Hüseynə (əleyhis-salam) ağlamaqla nicat istə...
Gördüm, İmam Sadiq ağladı. Xanımlar səslərini ucaltdılar. Onlar sakitləşəndə həzrət dedi:
یا اَبا هارُونَ مَنْ اَنْشَدَ فِى الْحُسَیْنِ فَاَبْکى عَشْرَهً فَلَهُ الْجَنَّهُ
- Ey Əbu Harun! Hər kəs Hüseynə (əleyhis-salam) mərsiyə oxusa və on nəfəri ağlatsa, mükafatı cənnətdir. (5) (6)

Peinevesht:
1. Hürr Amuli, “Vəsail əş-şiə”, cild 2, səh. 922, fəsil 87, hədis 7.
2. Məclisi, “Bihar əl-ənvar”, cild 46, səh. 108.
3. Məclisi, “Bihar əl-ənvar”, cild 44, səh. 284, Hürr Amuli, “Vəsail əş-şiə”, cild 10, səh. 394, hədis 8.
4. Məclisi, “Bihar əl-ənvar”, cild 44, səh. 288.
5. Məclisi, “Bihar əl-ənvar”, cild 44, səh. 287.
6. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 51.

    
Nəşr tarixi: « 1393/01/01 »

Əlaqəli materiallar

İmamların Aşura faciəsini yaşatmaq metodları

İmam Hüseyn (ə) matəmində ağlamağın rolu

İmamın matəm məclisində ağlamağın rolu

Əzadarlıqda təbaki (ağlamağı yamsılamaq)

Yas və matəm məclislərində qara geymək

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1321