Qısa cavab:
Ətraflı cavab:
Əhli-beyt imamları (əleyhis-salam) İmam Hüseynin (əleyhis-salam) xatirəsini yaşatmaq üçün müxtəlif üslublardan istifadə edirdi. Məsələn:
1. Matəm mərasimləri qurmaq.
Əlqəmə Həzrəmi nəql edir ki, İmam Baqir (əleyhis-salam) Aşura günü İmam Hüseyn (əleyhis-salam) üçün evində əzadarlıq (yas) məclisi qurardı.
ثُمَّ لَیَنْدِبُ الْحُسینَ(علیه السلام) وَ یَبْکِیهِ وَ یَأْمُرُ مَنْ فِی دارِهِ مِمَّنَ لا یَتَّقِیهِ بِالْبُکاءِ عَلَیْهِ ... وَلْیَعُزِّ بَعْضُهُمْ بَعْضاً بِمُصابِهِمْ بِالْحُسَیْنِ(علیه السلام)
İmam Baqir (əleyhis-salam) İmam Hüseynə (əleyhis-salam) ağlayar və evdə olan şəxslərə (təqiyyə etmədiyi insanlara) imama ağlamağı tapşırardı.... Onlara Hüseynin (əleyhis-salam) yasında bir-birinə başsağlığı verməyi tövsiyə edərdi. (1)
Bu gün İmam Hüseynin (əleyhis-salam) matəmindən İslam ümmətinə nəsib olan xeyir-bərəkət heç kəsə qaranlıq deyil. Məsum imamların (əleyhimus-salam) bu həmişəyaşar ənənəsinin mədəni-maarif və tərbiyəvi izləri o qədər çoxdur ki, şiə mədəniyyətinin böyük hissəsi birbaşa və ya dolayısı ilə ondan təsirlənir.
2. Həzrət Hüseynin (əleyhis-salam) başına gələn faciələri müxtəlif fürsətlərdə anmaq
Hədislərin birində İmam Sadiq (əleyhis-salam) Davud Riqqiyə dedi:
إِنِّی ما شَرِبْتُ ماءً بارِداً إِلاَّ وَ ذَکَرْتُ الْحُسَینَ(علیه السلام)
Mən nə vaxt sərin su içsəm, mütləq Hüseyni (əleyhis-salam) xatırlayıram. (2)
Digər bir hədisə baxaq. Xəlifə Mənsur Dəvaniqi İmam Sadiqin (əleyhis-salam) evinə od vurarkən həzrət evdə idi. O, odu söndürüb evdə qorxu içində olan xanımları sakitləşdirdi. Ertəsi gün şiələrdən bir qismi İmama (əleyhis-salam) baş çəkməyə gəldi. Onlar imamı (əleyhis-salam) qəmli və göz yaşları içində görərək soruşdular:
- Bu qədər qəm-qüssə nə üçündür? Onların sizə olan hörmətsizliyindənmi? İmam (əleyhis-salam) cavab verdi:
لا، وَ لکِنْ لَمّا أَخَذَتِ النّارُ ما فِی الدِّهْلِیزِ نَظَرْتُ إِلى نِسائِى وَ بَناتِى یَتَراکَضْنَ فِی صَحْنِ الدّارِ مِنْ حُجْرَة إِلَى حُجْرَة وَ مِنْ مَکان إِلى مَکان هذا وَ أَنَا مَعَهُنَّ فِی الدّارِ فَتَذَکَّرْتُ فِرارَ عِیالِ جَدِّىَ الْحُسَیْنِ(علیه السلام) یَوْمَ عاشُورا مِنْ خَیْمَة إلى خَیْمَة وَ مِنْ خِباء إلى خِباء
Xeyr, bunun üçün ağlamıram. Od şölələri hər yeri tutanda qadınların və qızcığazların bir otaqdan başqa otağa, bir yerdən başqa yerə qaçdıqlarını gördüm. Onlar tək deyildilər. Mən onların yanındaydım. Vəziyyəti belə görəndə babam Hüseynin (əleyhis-salam) qadınları yadıma düşdü; çadırdan çadıra, sığınacaqdan sığınacağa yüyürürdülər. Onların kişiləri şəhid olmuşdu. Ağlamağımın səbəbi budur. (3)
3. Ağlamaq və ağlatmaq
Məsum imamların (əleyhimus-salam) Aşura hərəkatını yaşatmaq üçün atdığı addımların ən təsirlisi İmam Hüseynə (əleyhis-salam) ağlamaqdır. İmam Səccad (əleyhis-salam) öz imamət dövrü boyu daim Aşura hadisəsinə matəm saxlayar və o qədər ağlayardı ki, onu “dünyanın ən çox ağlayanlarından biri” ləqəbi ilə yad edərdilər. (4)
Həzrət Səccad demişdir:
إِنِّى لَمْ اَذْکُرْ مَصْرَعَ بَنى فاطِمَةَ إِلاّ خَنَقَتْنِى الْعَبْرَةُ
Fatimə övladlarının qətlgahı (Kərbəla) yadıma nə vaxt düşsə, göz yaşları məni boğur. (5)
İmamın (əleyhis-salam) hər dəfə axıtdığı göz yaşları ictimai oyanışa və Aşura şəhidlərinin ad və xatirəsinin yaddaşlarda həkk olmasına səbəb olurdu. Əhli-beyt imamları həm özləri şəhidlər ağasının əzasında ağlayar, həm də ictimaiyyəti İmam Hüseynə (əleyhis-salam) göz yaşları tökməyə təşviq edərdi.
Hədislərin birində İmam Rzadan (əleyhis-salam) belə nəql olunur:
فَعَلى مِثْلِ الْحُسَیْنِ فَلْیَبْکِ الْباکُونَ، فَإِنَّ الْبُکاءَ عَلَیْهِ یَحُطُّ الذُّنُوبَ الْعِظامَ
Ağlayanlar Hüseyn kimisinə ağlamalıdır. Çünki o həzrətə ağlamaq böyük günahları tökər. (6)
Hədislərdə İmam Hüseynə (əleyhis-salam) ağlamaqdan əlavə ağlatmaq və hətta “təbaki” (ağlamaq halı almaq) üçün də əhəmiyyətli savablar qeyd olunmuşdur.
4. Şairləri mərsiyə oxumağa təşviq etmək
Hədislərdə Əhli-beytin (əleyhimus-salam) məzlumluğuna ağlamaqla bağlı oxuyuruq:
مَنْ بَکى وَ أَبْکى واحِدَاً فَلَهُ الْجَنَّةُ، وَ مَنْ تَباکى فَلَهُ الْجَنَّةُ
Hər kəs ağlasa, (hətta) bir nəfəri ağlatsa, mükafatı cənnətdir. Hər kəs hüzn və kədər vəziyyəti alsa, mükafatı cənnətdir. (7)
İmam Hüseyn (əleyhis-salam) qəmini şerə çəkib məclis və mərasimlərdə oxuyan şairlər daim məsum imamların (əleyhimus-salam) xüsusi hörmət və himayəsindən bəhrələnirdilər. Kumeyt Əsədi, Debəl Xuzai, Seyyid Himyəri və digər məşhur şairlər “Əhli-beyt şairləri” adlanaraq məsum imamların (əleyhimus-salam) himayəsi ilə xalq arasında yüksək ictimai mövqe qazanmışdılar.
Harun Məkfuf (İmam Sadiqin (əleyhis-salam) səhabələrindən biri) nəql edir:
Həzrət Sadiqin (əleyhis-salam) hüzurunda idim. Həzrət buyurdu:
- Mənim üçün mərsiyə oxu.
Mən də oxudum. Həzrət dedi:
لا، کَما تَنْشِدُونَ وَکَما تَرْثِیهِ عِنْدَ قَبْرِهِ
- Belə istəmirəm. Həzrətin (əleyhis-salam) məzarı üstə necə oxuyursansa, elə oxu.
Mən də belə oxudum:
أُمْرُرُ عَلى جَدَثِ الْحُسَیْنِ *** فَقُلْ لاََعْظُمِهِ الزَّکِیَّةِ
Hüseynin (əleyhis-salam) məzarının yanından keç Onun pak sümüklərinə söylə...
Gördüm, həzrət ağlamağa başladı, sükut etdim. Həzrət:
- Davam et! – deyə üzünü mənə tutdu. Mən də davam etdim. O, yenə:
- Yenə də oxu, - deyə dilləndi.
Mən şerimi oxuyaraq bu misralara çatdım:
یا مَرْیَمُ قُومی وَانْدُبِی مَوْلاکِ *** وَ عَلَى الْحُسَینِ فَاسْعَدی بِبُکاکِ
Ey Məryəm! Qalx və öz mövlanı çağır Hüseynə (əleyhis-salam) ağlamaqla nicat istə...
Gördüm, İmam Sadiq ağladı. Xanımlar səslərini ucaltdılar. Onlar sakitləşəndə həzrət dedi:
یا أَبا هارُونَ مَنْ أَنْشَدَ فِى الْحُسَیْنِ فَأَبْکى عَشْرَةً فَلَهُ الْجَنَّةُ
- Ey Əbu Harun! Hər kəs Hüseynə (əleyhis-salam) mərsiyə oxusa və on nəfəri ağlatsa, mükafatı cənnətdir. (8)
5. İmam Hüseyn (əleyhis-salam) türbətinə əhəmiyyət vermək
Əməvilər və Abbasilərdən olan İslam düşmənləri var gücləri ilə İmamın (əleyhis-salam) və sadiq silahdaşlarının qiyamı yaddaşlardan silməyə cəhd edirdilər. Onlar çalışırdılar ki, insanlar bu haqda heç nə danışmasın, hətta imamın müqəddəs məzarından da heç bir əsər əlamət qalmasın.
Bu səbəbdən Abbasi xəlifələrindən bir neçəsi bir neçə dəfə Həzrətin məzarını dağıtmaq qərarına gəldi. (9) Digər tərəfdən də məsum imamlar (əleyhis-salam) ələ düşən hər fürsətdə bu cərəyanla mübarizəyə qalxır, həzrətin türbətini cənnət torpağının bir parçası, dərdlərin şəfası, həyatın bərəkəti adlandırırdılar.
Hədisdə yeddinci İmam Musa ibn Cəfərdən (əleyhiməs-salam) nəql olunur:
لا تَأْخُذُوا مِنْ تُرْبَتی شَیْئاً لِتَبَرَّکُوا بِهِ، فَإِنَّ کُلَّ تُرْبَة لنا مُحَرَّمَةٌ إِلاَّ تُرْبَةُ جَدِّى الْحُسَیْنِ بْنِ عَلِىٍّ(علیهما السلام) فَإِنَّ اللهَ عَزَّ وَ جَلَّ جَعَلَها شِفاءً لِشِیعَتِنا وَ أَوْلِیائِنا
Mənim türbətimdən təbərrük üçün heç nə götürməyin. Çünki İmam Hüseynin (əleyhis-salam) türbətindən başqa bütün türbətlər(i dərman kimi qəbul etmək) haramdır. Allah-taala - əzzə və cəll – onu bizim şiələr və dostlarımız üçün şəfa qərar vermişdir. (10)
Nəql olunanlara görə İmam Səccad (əleyhis-salam) İmam Hüseynin (əleyhis-salam) türbətini bir parça içində saxlayarmış.
فَکانَ إِذا حَضَرَتْهُ الصَّلاةُ صَبَّهُ عَلى سَجّادَتِهِ وَ سَجَدَ عَلَیْهِ
Namaz vaxtı çatanda həzrət onu (türbəti) səccadəsinə tökər və ona səcdə edərmiş. (11)
İmam Hüseyn (əleyhis-salam) türbəti haqqında nəql olunmuş hədislərin məcmusundan aydın olur ki, insan dünyaya gələn ilk anlardan başlayaraq ömrünün son anlarına kimi bu pak türbətdən istifadə edir. Yəni körpə dünyaya göz açanda dilinin üzərinə qoyulan ilk təbərrük İmam Hüseyn (əleyhis-salam) türbətidir. Ömrü sona çatanda da qəbrinə qoyulan son şey Kərbəla türbətidir. (12) Həmçinin, Kərbəla türbətindən möhür və təsbeh düzəltmək və onu öz yanında saxlamaq, şəfa tapmaq niyyəti ilə ondan az miqdarda (məsələn, mərci dənəsi qədər suda həll edib) qəbul etmək, Fitr bayramı günü onunla iftar açmaq məsum imamlar (əleyhimus-salam) tərəfindən tövsiyə olunmuşdur. (13)
6. İmam Hüseynin (əleyhis-salam) məzarını ziyarət etmək üçün xüsusi təşəbbüs
Məsum imamlar (əleyhimus-salam) şəxsən İmam Hüseynin məzarını ziyarətə gedərdilər. Bundan əlavə, həzrətin ziyarətinin böyük savabı olduğunu bəyan edərək şiələri Kərbəla ziyarətinə getmək üçün təşviq edər, şəhidlərin müqəddəs xatirəsini həmişə yad edər, Əhli-beyt (əleyhimus-salam) düşmənləri ilə bu yolla mübarizə aparardılar.
İmam Sadiq (əleyhis-salam) belə nəql edir:
ما مِنْ اَحَد یَوْمَ الْقِیامَةِ إِلاَّ وَ هُوَ یَتَمَنّى أَنَّهُ زارَ الْحُسَیْنَ بْنَ عَلىٍّ(علیهما السلام) لِما یَرى لَما یُصْنَعُ بِزُوّارِ الْحُسَیْنِ بْنِ عَلِىٍّ(علیهما السلام)مِنْ کَرامَتِهِمْ عَلَى اللهِ
Qiyamət günü İmam Hüseyn (əleyhis-salam) məzarını ziyarət edənlərin Allah yanında malik olduqları yüksək məqamı görənlər arzu edəcəklər ki, kaş, onlardan (həzrətin qəbrini ziyarət edənlərdən) sayılardılar. (14)
Həmçinin İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunmuşdur:
مَنْ سَرَّهُ أَنْ یَکُونَ عَلى مَوائِدِ نُور یَوْمَ الْقِیامَةِ، فَلْیَکُنْ مِنْ زُوّارِ الْحُسَیْنِ بْنِ عَلِىٍّ(علیهما السلام)
Hər kəs Qiyamət günü nur süfrələrinin kənarında əyləşmək istəyirsə, Hüseyn ibn Əlinin (əleyhis-salam) zəvvarından olsun. (15)
Bəzi hədislərdə həzrəti dəfələrlə ziyarət etmək tövsiyə olunur.
Altıncı imam (əleyhis-salam) buyurur:
مَنْ سَرَّهُ أَنْ یَنْظُرَ إِلَى اللهِ یَوْمَ الْقِیمَةِ، وَ تَهَوَّنَ عَلَیْهِ سَکْرَةُ الْمَوْتِ، وَ هَوْلُ الْمُطَّلَعِ، فَلْیَکْثُرْ زِیارَةَ قَبْرِ الْحُسَینِ(علیه السلام)
Hər kəs Qiyamət günü Allahın rəhmətinə baxmaq, ölüm anlarını asan keçirmək, qiyamətin qorxusundan canını qurtarmaq istəyirsə, İmam Hüseynin (əleyhis-salam) ziyarətinə çox getsin. (16) (17)

Şərh qeydə alınmayıb