Əzadarlıq “təzimi-şəayir”dir (İlahi nişanələrə hörmətdir)
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Əzadarlıq “təzimi-şəayir”dir (İlahi nişanələrə hörmətdir)

Sual : İmam Hüseynin (ə) mübarizəsinin ildönümünü qeyd etmək və “təzimi-şəayir” əzadarlıq üçün dəlil sayıla bilərmi?
Qısa cavab:
Ətraflı cavab:
Ümumiyyətlə insanların vəfatı münasibəti ilə yas saxlamaq bir növ onların şəxsiyyətinə, mövqeyinə və fikirlərinə ehtiram sayılır. Həzrət peyğəmbər (sallallahu əleyhi və alih) demişdir:
مَیِّتٌ لابَواکِیَ عَلَیْهِ، لا اِعْزازَ لَهُ
Ağlayanı olmayan ölünün izzəti yoxdur. (1)
Ələlxüsus, İlahi insanların ölümünə görə yas saxlamaq, təzimi-şəayirin bariz nümunələrindən olub onların yoluna, əqidəsinə, mübarizəsinə hörmət mənasını daşıyır. Rəvayətlərə görə bir gün həzrət peyğəmbər (sallallahu əleyhi və alih) Uhud döyüşündən qayıdırdı. O, Bəni Süheyl və Bəni Zəfər qəbilələrindən olan qadınların öz şəhidləri üçün ağladıqlarını gördü. Onların arasında əmisi həzrət Həmzə üçün ağlayan yox idi. Peyğəmbər buyurdu:
لکِنَّ حَمْزَهُ لابَواکِیَ لَهُ الْیَوْمَ
Bu gün Həmzəyə ağlayan yoxdur. (2)
Mədinə qadınları bu sözləri eşidən kimi Həzrət Həmzənin evinə toplaşıb yas tutdular. Həzrət Həmzənin dahi şəxsiyyəti hörmətlə yad edildi.
Cəfər Təyyarın Movtə döyüşündə şəhidlik xəbəri Mədinəyə çatanda peyğəmbər (sallallahu əleyhi və alih) əvvəlcə başsağlığı vermək üçün Cəfərin evinə baş çəkdi. Daha sonra Fatimeyi Zəhranın (salamullahi əleyha) evinə gəldi və xanımlar xanımını göz yaşı içində görüb buyurdu:
عَلى مِثْلِ جَعْفَر فَلْتَبْکِ الْبَواکِی
Ağlayanlar Cəfər kimisinə ağlamalıdır. (3)
Həzrət Musanın tayfasından olan bir dəstə günah yolunu seçdikləri üçün həzrətin nifrini ilə bəlaya düçar olub öldülər. Qurani-Kərim bu kimi insanları göz yaşları ilə yad edilməyə və yaddaşlarda qamağa layiq görmədi. Ayədə deyilir:
فَمَا بَکَتْ عَلَیْهِمُ السَّمَاءُ وَالاَرضُ وَمَا کَانُوا مُنظَرِینَ
Nə göy (əhli) onlara ağladı, nə də yer (əhli). (4)
Bu ifadədən aydın şəkildə başa düşülür ki, başqalarının göz yaşlarına layiq olmamaq bir növ həqarət və dəyərsizlikdir.
Məsum imamlar (əleyhimus-salam) hədislərdə buyurmuşlar: “İnsanlar içində xeyir-bərəkət mənbəyi (səbəbkarı) olun ki, siz öləndə ağlasınlar və sizi hörmətlə yad etsinlər. “
Əmirəl-möminin (əleyhis-salam) demişdir:
خالِطُوا النّاسَ مُخالَطَهً اِن مِتُّمْ مَعَها بَکَوْا عَلَیْکُمْ وَ اِنْ عِشْتُمْ حَنُّوا اِلَیْکُم
 İnsanlarla elə davranın ki, ölsəniz sizə ağlasınlar, sağ qalsanız sizi sevsinlər. (5)
Bu üzdən ismət və paklıq xanədanından - məsum imamlardan və Allah övliyasından olan İmam Hüseyn (əleyhis-salam) kimi müqəddəs bir şəxsiyyətə yas saxlamaq bu dahi insanın yüksək məqamını hörmətlə yad etməkdən əlavə “təzimi-şəayir”in aydın nümunələrindəndir. Ayədə deyilir:
وَ مَنْ یُعَظِّمْ شَعایِرَ اللهِ فَاِنَّها مِنْ تَقْوَى الْقُلُوبِ
Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvanın nişanəsidir. (6)
Necə belə olmasın? “Səfa və Mərvə” adi bir məkan ola-ola, Allah orada yad edildiyinə görə İlahi nişanələrdən sayılmırmı?
اِنَّ الصَّفا وَ الْمَرْوَهَ مِنْ شَعایِرِ اللهِ
Səfa və Mərvə Allahın nişanələridir. (7)
Şübhəsiz, Allah yolunda öz bütün varlığından keçən, ailəsi və övladları ilə məhəbbət qurbangahına qədəm qoyan, sadiqanə sahib olduğu hər şeyi Allah yolunda qurban verən İmam Hüseyn (əleyhis-salam) Allahın ən böyük nişanələrindəndir. Onun üçün yas mərasimləri təşkil etmək də ən böyük İlahi nişanəyə ehtiram əlamətidir. (8)

Peinevesht:
1. “Əl-məsat əl-Hüseyn”, səh. 118. 
2. “İstiab”, cild. 1, səh. 275. 
3. Məclisi, “Bihar əl-ənvar”, cild 22, səh. 276. 
4. “Duxan” surəsi, ayə 29. 
5. “Nəhcul-bəlağə”, qısa kəlamlar, kəlam 10. 
6. “Həcc” surəsi, ayə 32. 
7. “Bəqərə” surəsi, ayə 158. 
8. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 77.

    
Nəşr tarixi: « 1393/01/01 »

Əlaqəli materiallar

İmam Hüseyn zülmkarlığın əleyhinə mübarizədə birlik amili

İmam Hüseynə yas saxlamaqla mənəvi təkamül

Əzadarlıq “təzimi-şəayir”dir (İlahi nişanələrə hörmətdir)

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 979