İmam Hüseynə yas saxlamaqla mənəvi təkamül
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İmam Hüseynə yas saxlamaqla mənəvi təkamül

Sual : İmam Hüseynə (əleyhis-salam) matəm saxlamaq insanların mənəvi saflığına səbəb ola bilərmi?
Qısa cavab:
Ətraflı cavab:
İmam Hüseynin (əleyhis-salam) matəm mərasimləri mənəvi təkamül ocağı və ruhi tərbiyə mərkəzidir. Belə mərasimlərdə insanlar İmam Hüseynin (əleyhis-salam) məzlumluğuna ağlamaqla ondan örnək alır, həqiqətdə öz davranışını, fikir tərzini və xarakterik xüsusiyyətlərini həzrətin həyat tərzi ilə uyğunlaşdırmaq üçün zəminə yaradır.
Bu məclislərin təsiri o qədər dərindir ki, çox sayda insanlar bu kimi məclislərdə ciddi mənəvi addımlar atmış, günahı tərk etmək üçün qəti qərar vermişdir. Nə çox yollarını azmış insanlar olub ki, belə məclislərdə qəflət yuxusundan oyanmış və nicat yolunu tapmışdır.
Bu məclislər insana izzət, azadlıq, fədakarlıq, təqva və əxlaq dərsi keçir. Belə məclislər haqq tərəfdarlarının, ədaləti sevənlərin və şücaətli insanların yetişdiyi yerdir.
Əlavə, bu məclislər tarix boyu insan kütlələri üçün məktəb rolunu oynamış, insanları maarifləndirərək, dini həqiqətlərlə, tarixlə, hədis nəql edənlərlə, dini hökmlərlə və müxtəlif mövzularla tanış etmiş, ən təsirli mənəvi saflıq və əxlaqi tərbiyə ocaqlarından biri olmuşdur.
Almaniyalı alim Marbin bu zəmində yazır:
Nə qədər ki, müsəlmanların arasında bu üslub (matəm məclislərinin təşkili) var, əsla zillətə boyun əyməz və heç kimə tabe olmazlar... şiələr həqiqətdə bu yolla bir-birinə şücaət və mərdlik öyrədirlər. (1)
Məsum imamlar (əleyhimus-salam) bu qapını açmaqla və insanları bu mərasimlərdə iştirak  etməyə təşviq etməklə həqiqətdə hamını İmam Hüseyn məktəbindən öyrənməyə və tərbiyə almağa dəvət etmişlər.  
Vətən uğrunda səkkiz illik müharibə illərində gənc könüllülərin cəbhədə, xüsusilə də əməliyyat gecələrində şövq, həyəcan, fədakarlıq və şəhadət sevgisi İmam Hüseyn (əleyhis-salam) məclislərinin dərin təsirinə əyani sübutdur.
Buna görə də bu məclisləri “örnək məclisi” adlandırsaq, səhv etmərik.
Mərhum Feyz Kaşani “Muhəccətul-beyza” kitabında peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan “salehləri yad edərkən İlahi rəhmət nazil olar” hədisini izah edərkən insanın necə ictimai mühitin və layiqli nümunələrin təsiri altına düşməsindən söz açır. Müəllif, salehləri yad edərkən İlahi rəhmət yağmasının səbəbini belə bəyan edir: Salehləri və onların əxlaqi xüsusiyyətlərini yad edərkən insan onlardan dərs alır, onların təsiri altına düşməklə onları təqlid edir. Bu yolla özünün saleh olması və İlahi nemətlərə nail olması üçün zəmin hazırlayır. (2)
Siqətul-İslam Koleyni (rəhiməhullah) və Şeyx Tusinin (rəhiməhullah) nəql etdiyi məşhur bir hədisdə İmam Sadiq (əleyhis-salam) belə buyurur:
 قالَ: قالَ لِی ابی: یا جَعْفَرُ اَوْقِفْ مِنْ مالی کَذا وَ کَذا النَّوادِبَ یَنْدُبَنِی عَشْرَ سِنِینَ بِمِنى اَیّامَ مِنى
 Atam mənə dedi: Ey Cəfər! (Vəfatımdan sonra) əmlakımdan bir hissəsini mənim üçün Həcc ziyarəti günlərində Minada yas məclisi təşkil etmək üçün ayır. (3)
“Cəvahir” kitabının müəllifi “Təharət” fəslində İmam Baqirin (əleyhis-salam) bu vəsiyyətinin səbəbini izah etmişdir. İzahın məzmunu belədir:
İmamlar üçün (əleyhimus-salam) yas mərasimlərinin təşkil olunması insanları onların həyat tərzi və əxlaqi xüsusiyyətləri ilə tanış edir. Bu da insanların o dahi şəxsiyyətlərin yolunu seçməsinə səbəb olur. (4) Buna görə də onların xatirəsini yad etmək müsbət və layiqli bir addımdır. (5)

Peinevesht:
1. “Şəhadət və matəm fəlsəfəsi” kitabından nəqlən, səh. 109. 
2. “Muəccətul-beyza”, cild 4, səh. 17. 
3. “Kafi”, cild 5, səh. 117. “Təhzib əl-əhkam”, cild 6, səh. 358. 
4. “Cəvahir əl-kəlam”, cild 4, səh. 366. 
5. “Aşura, köklər, amillər, baş verənlər, nəticələr” kitabından iqtibas olunmuşdur, səh. 75.

    
Nəşr tarixi: « 1393/01/01 »

Əlaqəli materiallar

İmam Hüseyn zülmkarlığın əleyhinə mübarizədə birlik amili

İmam Hüseynə yas saxlamaqla mənəvi təkamül

Əzadarlıq “təzimi-şəayir”dir (İlahi nişanələrə hörmətdir)

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 913