Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” anlayışı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı:

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” anlayışı

“Hicab” kəlməsi lüğət və termin baxımından / İffət kəlməsinin lüğətdə mənası / İffətin mahiyyəti və məfhumu / İffət paklıq mənasında / Rəvayətlərdə “iffət” anlayışı / Quranda hicab anlayışı / Rəvayətlər Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” anlayışıgüzgüsündə hicab anlayışı / Hicab anlayışı haqda fiqhi düşüncələr.

Hazırda əxlaqi fəsadların günü-gündən çoxaldığı bir zamanda yaşayırıq. Peyk antenaları, saytlar, sosial şəbəkələr və başqa zərərli kommunikasiya və düşmənlərin təhrikedici vasitələri öz çirkin işlərinə rəvac verməkdədir. Öz hədəfləri üçün cəmiyyəti müxtəlif mədəniyyətlərin toqquşma meydanına çeviriblər.
Halbuki indiki dövrdə əxlaq və mədəniyyət anlayışlarını daha geniş yaymalıyıq. Xüsusilə qeyd etmək lazımdır ki, əxlaqi anlayış – o cümlədən “hicab” və “iffət” məsələsi Qiyamət gününə aid deyil. Hətta əgər dünyada sakit həyat sürmək istəyiriksə, gərək bu məfhumlara sarılaq. İffət dairəsinə aid olan hicabın olmaması, ailələrdə çaxnaşmanın yaranmasına, uşaqların başsız qalmasına, narkotik maddələrə qurşanmalara, əxlaqsızlığa və başqa fəsadlara yol açır. Bütün bunlar hicab və iffət kimi əxlaqi anlayışlara xəbərsizlik və laqeyidlikdən irəli gəlir. Hicab və iffətə əməl etməyin nəticəsi təkcə Qiyamətdə aşkara çıxmır. Əksinə, onların təsirləri Qiyamətdən əvvəl dünyada özünü biruzə verir.
Beləliklə, insanlara hicab və iffətlə bağlı olan hökmləri öyrətmək lazımdır. Bəzən bir sadə məsələni qulaq ardına vurmaq və nəzərdən qaçırmaq öz arxası ilə çoxlu xoşağəlməz hadisələrə yol açır.
Başqa bir mühüm məsələ isə etiqadla bağlı məsələləri, xüsusilə vurğulamaqdır, çünki etiqadla bağlı məsələlərin təməli möhkəm olmasa, başqa məsələlər öz həllini tapmayacaq. İnsan inanmalıdır ki, Allah-taala həmişə hazır və nəzarətçidir və – ما يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ – “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (1). Bilməliyik ki, hər dediyimiz söz “əməl dəftərimizə” qeyd olunur və Allah-taala insana şah damarından da yaxındır (2).
“Hicab” kəlməsi lüğət və termin baxımından
Ərəb dilində olan “hicab” kəlməsi digər dillərdə olan mənasından fərqlidir. Bir sıra dillərdə “hicab” kəlməsi “örtük” mənasında işlənilir, amma ərəb dilində bu mənanı vermir. “Hicab” ərəb dilində “pərdə”, “hacib” isə “pərdəçi” mənalarını verir (3).
“Hicab” lüğətdə iki müxtəlif nəsnə arasında olan maneəyə deyilir (4). Elə həmin cəhətdən bağırsağın, ürəyin və ağ ciyərlərin üzərinə çəkilmiş nazik pərdə də “hicabun haciz” (periton pərdəsi) adlandırılır (5). Beləliklə, qadınların geyim və örtüklərində “hicab” kəlməsinin bir termin olaraq istifadə edilməsi bizim dövrümüzdə yaranmışdır, bu səbəbdən tarixdə və rəvayətlərdə nadir hallarda bu kəlməyə rast gəlinə bilər (6).
“İffət” kəlməsinin lüğəvi mənası
Lüğəvi mənasına görə “iffət” – (عفّت) kəlməsi ”uffətun - ufafətun”  عُفَّه-عُفافَه  (nəyinsə artıq qalan hissəsi, qalığı) kəlmələrindən düzəlib, qısaltmaq, qida qəbulunda qənaət etmək, bir şeydən azacıq qalıq qalan və ixtisar mənasını verir. Sonradan bu mənadan daha geniş yayılmış mənada işlənməyə başlayıb. Rağib İsfahani “Mufrədat” əsərində yazır:


العفَّةُ حُصول حالة لِلنَّفس تمتَنع بها عن غلبة الشهوة.(7)


“İffət nəfsin elə bir halətidir ki, onun vasitəsi ilə şəhvətdən imtina olunur” (8).
Daha sadə dillə desək, şəhvəti nəzarətdə saxlayan bir haldır. Şəhvət dedikdə təkcə cinsi ehtiras nəzərdə tutulmur, əksinə daha geniş məna kəsb edir. Belə ki, mal və məqam şəhvəti, yemək və danışmaq, cinsi ehtiras və başqa şəhvətlər nəzərdə tutulur. İffət sadalanan hər bir halı nəzarətdə saxlayan bir vasitədir (9) .
İffətin mahiyyəti və məfhumu
Ərəb mədəniyyəti və ədəbiyyatında insanın özünü qorumasına “iffət” – (عفت) deyilir. Bu xislət ona zinət olan və zahirdə onun zəif cəhətlərini örtən haldır (10). Əlbəttə, “iffət” təkcə bugünkü dövrdə işlətdiyimiz xoşagəlməz cinsi istəklər qarşısında özünü qorumaya aid edilmir. Əksinə, bir ərəb kəlməsi olaraq günahlar müqabilində hər cür özünü qorumaya və pis işlərdən çəkinməyə şamil olur. Allah-taala bütün iffətli, həyalı və imanlı yoxsullar haqqında buyurur:


 يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ (11).


“İffətli, həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər”.
Beləliklə, “iffət” hər cür haramlardan və pis işlərdən çəkinməyə deyilir. Bu işlər iştər cinsi məsələlərə aid olsun, istərsə də başqa (12). Beləliklə, iffət fəzilət və şəhvət qüvvəsinin mötədilliyinin qoruyucusudur. Ümumi mənada şəhvət qüvvəsinin cazibəsinə aid olan, məsələn mal, məqam, cinsi ehtiras və s. öz həddini aşsa, buna hərislik deyilir. Əgər öz mötədil həddinə çatmazsa, bu da tənbəllik adlanır. Amma orta hədd qorunsa və mötədillik yaransa, buna iffət deyilir (13). Bu səbəbdən, “iffətli” yuxarıda sadalanan bu kimi meyillərdən özünü qoruyan insana deyilir. Günümüzdə cinsi məsələlərdə ehtiras cəhətdən təqvalı olan adamlara iffətli deyilir. Bu məfhumu açıqlamaq üçün “Nəhcül-bəlağə”də Həzrət Əlinin (ə) kəlamına istinad etmək yerinə düşərdi. Həzrət Əli (ə) buyurur:


وَ لَا يَعِفُّونَ عَنْ عَيْب (14).


“Heç özlərini eyib olan işlərdən qorumurlar da”.
Bu kəlamda istifadə olunan “يعفّون” – “qorumurlar” kəlməsi “عفاف” – “iffət” maddəsindən götürülüb və əsli xoşagəlməz işlərdən özünü qorumaq mənasındadır. (15).
İffət “paklıq” – “namuslu olmaq” mənasında
Qurani-kərimdə oxuyuruq:


 وَ لْيَسْتَعْفِفِ الَّذِينَ لا يَجِدُونَ نِكاحاً حَتَّى يُغْنِيَهُمُ اللَّهُ مِنْ فَضْلِهِ (16).


“Evlənmək (imkanı) tapmayanlar Allah Öz lütfü və fəzli ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar”.
Bəzən bütün səylərə baxmayaraq ailə qurmaq üçün şərait yaranmamasına görə insan bir müddət çətinliklərə dözməyə məcbur olur. Bu cür vəziyyətlə qarşılaşan insanlar heç vaxt düşünməsinlər ki, cinsi istəkləri napak, haram yollarla təmin etmək olar və zərurət belə tələb edir. Ona görə də Allah-taala ayədə belə insanlara təqvaya və paklığa riayət etməyi əmr edir. (17).
Hədislərdə iffət məfhumu
Hədis və rəvayətlərdə iffət məfhumu haqda qeyd olunanlardan anlaşılır ki, bu məfhum çox geniş mənada işlənmişdir. Eyni zamanda qarınqululuğun və cinsi şəhvətin əksi kimi də istifadə edilmişdir (18). Belə ki, İmam Əmirəl-möminin Əli (ə) iffəti ən yaxşı ibadət hesab edərək buyurur:


افْضَلُ الْعِبادة الْعِفافُ (19).


“İbadətlərin ən fəzilətlisi iffətli olmaqdır”.
Mümkündür ki, burada “iffət” kəlməsi hər iki məfhumu (Mütləq və şərtlənmiş) özündə əks etdirmiş olsun (20). Belə ki, Həzrət Əli (ə) başqa bir kəlamında qeyrət kəlməsini iffət mənasında işlətmişdir. İmam (ə) buyurur ki, “Hər kəsin iffəti onun qeyrəti qədərdir”. (21).
İmam Baqir (ə) də qarınqululuq və cinsi şəhvətin müqabili olan iffət məfhumunu açıqlayarkən belə buyurur:


 مَا عُبِدَاللّهُ بِشى ءٍ افْضَلَ مِنْ عِفَّةِ بَطْنٍ وَ فَرْجٍ


“Allah yanında qarınqululuq və cinsi şəhvət müqabilində olan iffət qədər qiymətli ibadət yoxdur”. (22) və ... (23).
Quranda hicab məhfumu
İslam dinində hicab göstərişi dinin ən cox təkid etdiyi məsələlərdəndir. Qurani-kərimin çox saylı ayələrində (24) hicab məsələsinə təkid edilib. Quran bu məsələni bəyan edərkən bəzən imanlı qadınlara xitab edir, bəzən Həzrət Peyğəmbərin (s) qadınlarına xitab edir, bəzən isə yaşı keçmiş və qoca qadınları istisna etməklə onların boynuna düşən vəzifələri izah edir. Beləliklə, bu ardıcıllıqla və müxtəlif ibarələrlə İslamın bu əhəmiyyətli vəzifəsini xatırladır. (25)
Nümunə olaraq Qurani-kərimdəki bu ayəni qeyd edək:


يا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْواجِكَ وَ بَناتِكَ وَ نِساءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلابِيبِهِنَّ ذلِكَ أَدْنى أَنْ يُعْرَفْنَ فَلا يُؤْذَيْنَ وَ كانَ اللَّهُ غَفُوراً رَحِيماً. (26).


“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin xanımlarına de ki, (evdən çıxdıqda bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (27).
Əli ibn İbrahimin təfsirində bu ayənin nazilolma səbəbi haqda belə yazılır: “O vaxt qadınlar məscidə gedib Peyğəmbərin (s) arxasında namaz qılardı. Gecə məğrib və işa namazlarını qılmaq üçün gedəndə bəzi tərbiyəsiz cavanlar onların yolu üstündə duraraq xoşagəlməz sözlər və atmacalarla onlara əziyyət edər, onlara maneə yaradardı. Beləliklə, yuxarıda qeyd etdiyimiz ayə nazil olaraq qadınlara göstəriş verdi ki, tanınmaq üçün öz örtüklərinə kamil surətdə riayət etsinlər və onlara söz atmaq üçün bir bəhanə qalmasın”. (28), (29).
Qurani-kərim imanlı qadınlara ona görə hicab göstərişi verir ki, fəsad əhlinin hər cür bəhanəsindən amanda qalsınlar. (30). Müsəlman qadının hicab geyinməsində hədəf odur ki, onlar səhlənkarlıq və laqeydlik etməsinlər. Məsələn, bəzi qadınlar hicab geyinmələrinə baxmayaraq, həddi-hüdudu gözləmir, onların hicabları elə bir vəziyyətdə olur ki, bədənlərinin bəzi yerləri görünür. Elə bu cəhətdən də əxlaqsız adamların diqqətini özlərinə cəlb edirlər. (31).
Ayədə qeyd edilən “cəlbab” – “جلباب” kəlməsinin umumilikdə ölçüsü odur ki, bədən onunla örtülsün. Amma daha çox nəzərə çarpan mənası belədir ki, burada baş örtüyündən böyük, çadradan kiçik olan bir örtük nəzərdə tutulur. Necə ki, “Lisanul-Ərəb” lüğətinin müəllifi də məhz bu mənaya söykənir. (32).
Ayədə vurğulanan “Yudninə” – “يدنين” (yaxınlaşdırsınlar) kəlməsindən də məqsəd budur ki, qadınlar “cəlbab”larını öz bədənlərinə yaxınlaşdırsınlar (bürüsünlər) ki, onları yaxşıca yad nəzərlərdən qorusun, örtüklərini azad şəkildə üstlərinə atmasınlar ki, istər-istəməz kənara sürüşərək bədənlərinin görünməsinə yol açsın. Daha sadə dillə desək, özümüz öz libasımıza ciddi şəkildə riayət edək. (33.
Hər halda istənilən yöndən baxanda “يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ” (34) - “örtüklərini örtsünlər” ayəsinin mənası hicaba dəlalət edir və bu ayə onu göstərir ki, İslamda hicab vacib buyrulub. Hicabın hikməti müsəlman qadının xeyiri üçündür. (35).
Həmçinin Qurani-kərimin ayəsində belə bir ifadə oxuyuruq:


وَ لْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلى جُيُوبِهِنَ. (36)


“Baş örtüklərini yaxalarının üstünə çəksinlər”.
Ayədə qeyd edilən “xumur (xumrə)” – “خمر” kəlməsinin cəm forması “ximar” – “خمار” olaraq (hicab) geyim mənasını verir. Amma adətən qadınların başını örtdüyü örtük mənasında işlənir. (37).
Hədislər güzgüsündə hicab məfhumu
İslami hədis və rəvayətlərdə adətən qadınların örtüyü ilə bağlı “sətr və örtük” kəlmələri işlənilib. Bəzi hallarda isə bu kəlmələrə oxşar ifadələr istifadə olunub. (38) “Hicab” kəlməsinin qadınların örtük mənasında işlənməsi isə əsasən bir termin olaraq günümüzdə istifadə olunur. (39).
Həzrət Peyğəmbərin (s) xüsusi xidmətçisi Ənəs ibn Malikin nəql etdiyi hədisdə belə dediyini oxuyuruq: “Mən hər şeydən çox hicab ayəsindən xəbərdaram. Zeynəb bint Cəhş Həzrət Peyğəmbərlə evləndi. Peyğəmbər (s) sonra yemək hazırlatdı və camaatı qonaq çağırdı. Camaat gəlib yeyib-içdikdən sonra dağıldı, lakin hələ də bir qrup oturub söhbət etməyə məşğul idi. Həmin vaxt bu ayə nazil oldu:


يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِ إِلَّا ....مِنْ وَراءِ حِجابٍ ( 40).


“Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır....Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar”.
Elə bu vaxt oturanlar arasına pərdə çəkildi və camaat durub getdi”. (41), (42)
Başqa bir hədisdə Ənəsin belə dediyini oxuyuruq:
ارخى الستر بينى و بينه
“Peyğəmbər (s) mənimlə öz arasına pərdə çəkdi, camaat bunu gördükdə qalxdı və dağılışdı”. (43). Beləliklə, İslam müsəlman qadına pərdə arxasında oturmağı əmr etməyib. “Pərdə arxasında oturanlar” və buna bənzər ifadələr İslami əsaslara söykənmir. Müsəlman bir qadın üçün lazım olan ancaq islami geyim formasına əməl etməkdir. Amma Həzrət Peyğəmbərin (s) xanımları çoxsaylı düşmənləri və qərəzli nöqsan axtaranları olduğu üçün mümkündür ki, xüsusi sərhəddə əməl etsinlər, qara qəlblilər üçün əlçatmaz bir məkanda olsunlar. Bu göstəriş məxsusən onlara aiddir. Başqa sözlə desək, camaata əmr olunur ki, onlardan bir dilək dilədikdə pərdə arxasından istəsinlər. (44).
Hicabın fiqhi anlayışı haqda
Şəksiz olaraq hicab dinin zəruri məsələlərindən, eyni zamanda İslamın aydın və Qurandan qaynaqlanan hökmlərindəndir. Bütün fəqihlər bu məsələdə yekdil fikirdədirlər. (45). Həmçinin, bütün İslam məzhəbləri bunu qəbul edir. Dinin zəruri məsələsi dedikdə məqsəd budur ki, müsəlmanlarla azacıq get-gəli olanlar onların hicaba dinin əsas prinsipi kimi əməl etdiyini anlayırlar. (46).
Demək olar ki, keçmişdən günümüzə qədər fəqihlərin dilində qadınların örtüyü kimi “pərdə”, “geyim”, yaxud müxtəlif əşyaları örtmək üçün işlədilən “sətr” (örtük) kəlməsi işlənilib. (47), (48).
Beləliklə, İslami və şəri hicaba riayət üçün kifayətdir ki, qadın üzünün dairəsi və biləklərə qədər əlləri istisna olmaqla bütün bədənini münasib geyimlə örtsün. Burada xüsusi bir geyim növü şərt deyil, fəsada yol açmayan sadə rənglərdən ibarət olan geyimlərdən də istifadə etmək olar. Əlbəttə, tünd rənglər daha məqsədəuyğundur. (49). Hicab məqsədi ilə çadra örtmək daha bəyəniləndir. (50). Amma zahiri zinət hesab olunan bəzi geyim növləri, həmçinin dar, bədənə yapışan və zinət hesab oluna bilən geyimləri iradlıdır. (51).
Belə ki, bütün sahələrdə, həmçinin kişi və qadın idman növlərində, xüsusi olaraq idman yarışlarında heç bir vəchlə şəri qaydalara və İslam adət-ənənəsinə riayət etməkdə səhlənkarlığa yol verilməməlidir. (52).
Son söz
Sonda qeyd etmək istərdim ki, Əhli-beytin (ə) şiəsi olmaq təkcə dillə demək deyil, əksinə bu, ürəkdən gəlməlidir. Elə bir hal olmalıdır ki, onun buraxdığı izlər və nəticəsi dildə, gözdə, qulaqda və bədənin istənilən üzvlərində öz əksini tapsın. Bir çox adamlar var ki, şiə olduqlarını iddia edir, amma onların yaşayışı şiə olmanın hökmlərinə tam ziddir. Əxlaqi fəsadlar, hicabsızlıq və bunun kimi şeylərin hamısı Əhli-beyt (ə) məktəbinə ziddir. (53).
Beləliklə, bu araşdırmada hədəfimiz hicab və iffətin yüksək dəyərlərə söykənən məfhumunun əsasını köklü surətdə tanıtmaqdır. Ümidvarıq ki, gənc nəsil İslami anlayışları və dəyərləri daha yaxşı qiymətləndirsin və onu oz həyatlarında tətbiq etsin. (54).

Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
makarem.ir


Nəşr tarixi: « 2017/8/6 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3805