Terrorizm probleminin həlli yolu

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Macarıstanın baş nazirinin müavini ilə görüşdə bəyan edildi:

Terrorizm probleminin həlli yolu

Macarıstan Milli Məclisinin spikeri ilə keçən ilki görüşümdən onun iki cümləsini xatırlayıram. İlk cümləsi belə idi: “Terrorizm Avropa üçün həlledilməz problemə çevrilib”. Biz isə deyirik ki, həlledilməz problem yoxdur və burada üç çıxış yolu vardır: “Terrorizmin düşüncə köklərini qurutmaq”, “Siyasi müzakirə”, “Cinayətkarla mübarizə”. Bunlar həyata keçirilməlidir, çünki bu üç mərhələ bir-birinə dəstək olarsa, terrorizm problemi, sözsüz ki, həll olar.

Terrorizm probleminin həlli yolu
Onun ilk cümləsi belə idi: “Terrorizm Avropa üçün həlledilməz problemə çevrilib”.
Biz isə deyirik ki, həlledilməz problem yoxdur və burada üç çıxış yolu vardır:
“Terrorizmin düşüncə köklərini qurutmaq”,
“Siyasi müzakirə”,

“Cinayətkarla mübarizə”.
Bunlar həyata keçirilməlidir, çünki bu üç mərhələ bir-birinə dəstək olarsa, terrorizm problemi, sözsüz ki, həll olar.
Ayətullah Məkarim Şirazi Macarıstanın baş nazirin müavini, Milli Məclisinin vitse-spikeri və səfiri ilə İrandakı görüşündə buyurdu: Macarıstan haqda xoş xatirələrimiz var və aramızda heç bir qaranlıq keçmişimiz yoxdur.
O, bildirdi: “Müasir dünya mövcud əlaqələr sayəsində vahid ev halına gəlib. Əgər bu evin sakinləri səmimi və dostluq şəraitində yaşasalar, ev də abad olar, əks təqdirdə bir viranəyə çevriləcək.

Ayətullah Məkarim Şirazi Milli Məclisin spikeri ilə keçən ilki görüşündən onun iki cümləsini vurğulayaraq buyurdu: İlk cümlə belə idi: “Terrorizm Avropa üçün həlledilməz problemə çevrilib”;
Biz isə deyirik ki, həlledilməz problem yoxdur və burada üç çıxış yolu vardır:
“Terrorizmin düşüncə köklərini qurutmaq”,
“Siyasi müzakirə”,
“Cinayətkarla mübarizə”.

Bunlar həyata keçirilməlidir, çünki bu üç mərhələ bir-birinə dəstək olarsa, terrorizm problemi, sözsüz ki, həll olar.
Ayətullah Məkarim Şirazi bildirdi: Biz ötən illər ərzində Qum şəhərində “Təkfirçi və Terrorist Təhlükəsi” adlı iki konfrans təşkil etmişik. Həmin konfranslara müxtəlif ölkələrdən 80 nümayəndə dəvət olunmuşdu. Demək olar ki, böyük bir konfrans təşkil olundu. İştirakçıların yekdil nəzəri bu oldu ki, İslamda terrorizmə yer yoxdur.

O, bildirdi: Mən ABŞ-ın mövqeyinə təəssüf edirəm. Özünü anti-terrorizmçi kimi tanıtdırsa da, radiosunda İŞİD-i İslam dövləti adlandırır. İŞİD nə bir dövlətdir, nə də İslamla bağlılığı var. Bütün İslam alimlərinin yekdil sözünə əsasən, bu qruplaşmalar İslamdan uzaqdırlar.
Ayətullah Məkarim Şirazi bildirdi: Əfsuslar olsun ki, bəzən siyasi məsələlərə görə bu qruplaşmanı İslamla əlaqələndirirlər, halbuki İslam dini mərhəmət, məhəbbət və bütün dinlərlə birgəyaşayış dinidir. Deməli, terrorizm probleminin həlli haqda naümid olmaq lazım deyil və bəzi dövlətlər onlarla həmkarlıq etməsəydi, indiyə kimi kökü kəsilmişdi.
O, xatırlatdı: İŞİD və terrorizm təhlükəsi təkcə İslama aləminə deyil, bütün dünyaya aiddir. Hamı əl-ələ verib, səmimi tədbir görməli və bunların kökünü qurutmalıdır.
Ayətullah Məkarim Şirazi Macarıstan spikerinin keçən ilki ikinci cümləsini xatırlayraq buyurdu: O demişdi ki, “Terrorizmi yaxşı və pisə ayıra bilmərik, terrorizm hər yerdə pisdir, hamı üçün təhlükəlidir və dünyaya təhlükə saçır”.

O, bildirdi: Təəssüflər olsun ki, siyasi məsələlər nəticəsində mediyalarda İslamafobiya yayılır və İranın terrorizmin tərəfində olması deyilir, halbuki bizim ölkəmiz bu qrupla mübarizədə hamıdan öndədir.
Ayətullah Məkarim Şirazi açıqladı: Terrorizmlə nəzəri mübarizə mövzusunda keçirilən konfransda çoxsaylı kitab və məqalələr toplanıb ki, hal-hazırda bizdə mövcuddur.

O, bildirdi: Biz başqa ölkələrdə də terrorizm əleyhinə konfranslar təşkil etmişik və Macarıstanda da belə bir konfrans keçirməyə hazırıq.
Ayətullah Məkarim Şirazi xatırlatdı: Terrorizmlə mübarizə real və insani məsələdir, hamı buna qarşı məsuliyyət daşıyır. Elə bir iş görməliyik ki, gələcək nəsillərimiz bu problemi yaşamasınlar.

Ayətullah Məkarim Şirazi buyurdu: Səfəriniz nəticəsində eşitdiyiniz bu mesajı İrandan Avropaya daşıyacağınıza ümidvarıq. Bu gün İranda gördüklərinizin Qərb mediyalarında deyilənlərdən fərqli olduğuna şahid olursunuz. Əgər bu məsələ doğru-düzgün çatdırılsa, daha yaxşı işlər görmək olar.
Yayım tarixi: 03.04.2017


Nəşr tarixi: « 2017/4/4 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3711