Sionistlərin Əqsa məscidində namaz qılanlara amansız hücumuna qarşı Ayətullah Məkarim Şirazinin bəyannaməsi

Sionistlərin Əqsa məscidində namaz qılanlara amansız hücumuna qarşı Ayətullah Məkarim Şirazinin bəyannaməsi


Yüzlərlə İsrail əsgərinin fələstinli namaz qılanlara vəhşi hücumu və Əqsa məscidinin bir hissəsinə od vurulması hadisəsi sükut ediləcək məsələ deyil.‌

Bağışlayan və mehriban Allahın adı ilə
Son günlərdə Beytul-Müqəddəs şəhəri və sionistlərin Əqsa məscidinə təcavüzü ilə bağlı narahatlıq doğuran xəbərlər qulağa çatır. Qırx yeddi ildən sonra təkrar olaraq yüzlərlə İsrail əsgərinin fələstinli namaz qılanlara hücumu və Əqsa məscidinin bir hissəsinə od vurması hadisəsi sükut ediləcək məsələ deyil.
Radikal sionistlər elə həyasız olublar ki, törətdikləri zorakılıqdan əlavə müsəlmanların ilk qibləsi ətrafında piket keçirməklə Əqsa məscidinin dağıdılmasını və yerində yəhudi sinoqoqunun tikilməsini tələb ediblər. Mən bəzi dini lider və rəsmilərə, İslam ölkələrinin müsəlman xalqlarına, o cümlədən bu hörmətsizliyə dərhal reaksiya göstərən Tehran və digər şəhərlərdə cümə namazı iştirakçılarına təşəkkürümü bildirirəm. Eyni zamanda digər rəsmilərdən, İslam dünyası millətlərindən, dünyanın azad xalqlarından və beynəlxalq təşkilatlardan bu cinayətin, hörmətsizliyin, nəhs və təhlükəli planların qarşısında sükut etməmələrini, eləcə də sionistlərin bu təhlükə və dəhşət saçan rəftarını dayandırmaq üçün bütün imkanlarını səfərbər etmələrini israrla tələb edirəm. "İnnə Rəbbəkə ləbil-mirsad" (Şübhəsiz ki, Rəbbin (zalımlar üçün) pusqudadır.) (Qurani-kərim, “Fəcr”:14)

captcha