Saytımız Fransız dilində işləməyə başladı

Saytımız Fransız dilində işləməyə başladı


Allah-taalanın lütfü və həzrət “Bəqiyyətəllah”ın (əc) nəzəri altında Ayətullah Məkarim Şirazinin ofisinin saytının fransızca bölməsinin rəsmi açılışı oldu.‌

Saytımız Fransız dilində işləməyə başladı
Allah-taalanın lütfü və həzrət “Bəqiyyətəllah”ın (əc) nəzəri altında Ayətullah Məkarim Şirazinin ofisinin saytının fransızca bölməsinin rəsmi açılışı oldu.
Bu bölmənin istifadəçiləri dünyanın ayrı-ayrı yerlərində yaşayan fransız dilli müsəlmanlardır.
Dünyada əlli milyona yaxın insan fransız dilində danışır və böyük bir hissəsi də müsəlmanların payına düşür. Hegemon dövlətlərin islamafobiya uğrunda göstərdikləri bütün səylərə rəğmən, dünya əhalisi şəffaf İslam dininə üz tutmaqdadır. Məlum sayda müsəlmanlar, eləcə də İslama gələnlər, yaxud gələcəkdə müsəlman olanlar şiə maarifinin yayılmasında şiə mədəniyyət cəbhəsinin vəzifəsini birə yüz artırır.
Odur ki, Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə aid xəbər bloqunun fransızca bölümü, fransız dilli müsəlmanların dini suallarını cavablandırmaqdan əlavə, İslam maarifinin həqiqi islamsevərlərə tanıtdırılmasında layiqli rol oynayacaq.  
Bu bölüm hal-hazırda aşağıdakı mövzuları ehtiva edir:
İslam maarifindən bir neçə mövzu
Ayətullah Məkarim Şirazinin istiftaatı
Ayətullah Məkarim Şirazinin bəzi əsərləri
Məqalələr toplusu
Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbər və yayımları
Müxtəlif dini zəminlərdə və ictimai şəbəkələrdə paylaşmaq üçün münasib şəkil və videoçarxlar.
Bundan əlavə, Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin cavablandırma sistemi hazırda fəaliyyət göstərir. Sayta müraciət etməklə “sual göndər” yolu, habelə ictimai şəbəkələrdən 00989030897814 nömrəsi vasitəsilə fransız istifadəçilərin sual və istiftaatlarını cavablandıracaq.

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinə aid xəbər bloqunun ispanca bölümünü görmək üçün buraya basın.

 

captcha