Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi

Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi


“Siddiqeyi-Kübra” həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə bazar, bazar ertəsi və çərşənbə axşamı günləri əza məclisi təşkil edildi.‌

Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı əza və matəm məclisi
“Siddiqeyi-Kübra” həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə bazar, bazar ertəsi və çərşənbə axşamı günləri əza məclisi təşkil edildi. Şəhadət günü mərcəyi-təqlid Ayətullah Məkarim Şirazi məclisdə çıxış etdi.
Allahın Rəsulu (s) buyurur:

فَاطِمَهُ بَضْعَهُ مِنِّی ‏فَمَنْ آذَاهَا فَقَدْ آذَانِی

“Fatimə canımın parçasıdır, hər kim onu incitsə, məni incitmişdir”.

Peyğəmbərin (s) vəfatından sonra Bədr, Xeybər və Hüneyn düşmənçilikləri üzə çıxdı, hansı ki, Peyğəmbər (s) həyatda ikən üzərinə pərdə örtmüşdülər. Münafiqlər həm İslamdan, həm də Peyğəmbər (s) ailəsindən intiqam almaq üçün fəaliyyətə başladılar. Fatimeyi-Zəhra (s.ə) düşmənin zəhərli oxları hər tərəfdən ona tuşlanan hədəfin ortasındakı dairə kimi idi. Atasının ağrılı həsrəti, həyat yoldaşı İmam Əlinin (ə) məzlumluğu, düşmənlərin İslama qarşı təxribatları, müsəlmanların gələcəyinin nigaranlığı və Quran mirasını qorumaq zərurəti əl-ələ verərək məsum və pak qəlbini sıxırdılar...

السَّلاَمُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ

 

“Əssəlamu əleyki əyyətuhəs-Siddiqətuş-şəhidə!”.

“Siddiqeyi-Kübra” həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə bazar, bazar ertəsi və çərşənbə axşamı günləri əza məclisi təşkil ediləcək. Şəhadət günü mərcəyi-təqlid Ayətullah Məkarim Şirazi məclisdə çıxış edəcək.

Məkan: İmam Əmirəl-möminin (ə) mədrəsəsi
Zaman: Səhər saat 10:00-da (yanvarın 20-dən 22-dək).
Ayətullah Məkarim Şirazinin rəsmi ofisi
Yayım tarixi: 20.01.2019

 

captcha