Ekstremizmin kökləri - konfransına mesaj

Ekstremizmin kökləri - konfransına mesaj


Siz əzizlər yaxşı bilirsiniz ki, bugünkü dünya ciddi böhranlarla qarşı-qarşıyadır, hansı ki, daha öncə İslam ümmətinin başına belə bir şey gəlməmişdir, hərçənd – Həmd olsun Allaha – bu böyük fitnənin bir qismini adlaya bilmişik. Bura kimi gəlməyimizi qəhrəman, fədakar mücahidlərin müqavimətinə, dönməzliyinə, xüsusilə onlarla yanaşı addımlayan din alimlərinə borcluyuq.‌  ‌

Bağışlayan və Mehriban Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbinə! Salam olsun ağamız Məhəmmədə və onun pak Əhli-beytinə! Uca və əzəmətli Allahdan başqa bir güc və qüvvət yoxdur.
Hörmətli iştirakçılar
Salamun əleykum və rahmətullahi və bərəkatuh.
İlk növbədə “İctimai, dostluq, sülh şəraitində birgəyaşayış dəyərlərinin dirçəldilməsi və yayılması istiqamətində ekstremizm problemi və onunla mübarizə yollarının araşdırılması” adlı ilk elmi konfransa qoşulan İslam ümmətinin bütün alim və elm adamlarına səmimi minnətdarlığımı bildirirəm. Ələlxüsus terrorizmlə mübarizədə və İraqın müsəlman xalqının ekstremist qrupların cinayətlərindən qurtulmasında bir çox əzab-əziyyətlərə qatlaşan İraq alimlərinə xüsusi təşəkkür borcluyam.
Siz əzizlər yaxşı bilirsiniz ki, bugünkü dünya ciddi böhranlarla qarşı-qarşıyadır hansı ki, daha öncə İslam ümmətinin başına belə bir şey gəlməmişdir, hərçənd – Həmd olsun Allaha – bu böyük fitnənin bir qismini adlaya bilmişik. Bura kimi gəlməyimizi qəhrəman, fədakar mücahidlərin müqavimətinə, dönməzliyinə, xüsusilə onlarla yanaşı addımlayan din alimlərinə borcluyuq. Onlar ki, “zəfər” və “qəhrəmanlıq” sözlərini parlaq hərflərlə müqavimət cəbhəsinin tablosuna yazdılar, “məğlubiyyət” və “xəcalət”i isə nökər cəbhəsinə, cinayətkar Amerikanın ardıcıllarına həvalə etdilər.
Amma bütün zəfərlərlə yanaşı etiraf etmək lazımdır ki, ekstremist və təkfirçi qruplaşmaların təfəkkürü bəzi cəmiyyətlərə nüfuz etmişdir. Deməli, xərçəng şişi hələ də məhv edilməmişdir.
Bu da bizi din və mədəniyyət sahələrdə daha çox çalışmağımıza, geniş və dərin araşdırmalar aparmağımıza sövq edir. Bu ağır vəzifənin, böyük risalətin öhdəsindən gəlmək ümmətin alimlərinin işidir və onların öhdəsinədir.
Bu xüsusda üç nöqtəni qeyd etməyi zəruri bilirəm və ümidvaram ki, faydalı olacaq:

1. İslam düşmənlərinin, nadan rəhbərlərin və İslam iddiası edən ədavətli şəxslərin törətdiyi fitnələr nəticəsində İslam dünyasının ayrı-ayrı yerlərində, o cümlədən Fələstin, Suriya, İraq, Livan, Yəmən və Əfqanıstanda şəhərlər viran qaldı, insanların cisim və ruhuna ağır xəsarətlər dəydi.
Bu səbəbdən ümmətin alimlərinin üzərinə düşən məsuliyyət böyükdür. İraq alimlərinə səslənirəm, sizin məsuliyyətiniz daha da ağırdır. Yeni qurucu layihələr hazırlamaq, produktiv proqramlar yazmaq və mədəni layihələrlə təqdim etmək kimi fəaliyyətlərlə gənclərə dəstək olmağa tələsin.
Bunu da qeyd edim ki, bu prinsipin həyata keçirilməsi şücaətli mövqe sərgiləmə və peyğəmbər sünnəsindən örnək götürərək başqaları ilə münasibətdə mehribanlıq və şəfqətə riayət etmək çərçivəsində olmalıdır ki, nəticədə gənclərin qəlbi və zehnini özünüzə cəlb edib təkfirçilərin zəhərli təfəkküründən qoruya biləsiniz. Belə olduqda düşüncə rahatlığı və əqidə sabitliyinin şirinliyini dadıb ona bağlı qalacaqlar.

2. Şübhəsiz, İslam torpaqlarına sahib çıxmaq, himayə etmək və insanların canına, malına qəsd edən təcavüzkarlardan onları müdafiə etmək şəri baxımdan vacibdir, çünki Qurani-Kərim təkcə müdafiənin vacibliyi ilə kifayətlənmir, təcavüzkarlara cavab verməyi də bura əlavə edir və buyurur:
“Və (ümumi olaraq) kim sizə təcavüz etsə, onun kimi rəftar edin! Allahdan çəkinin (və həddinizi aşmayın)! Və bilin ki, Allah təqvalılarladır”. (“Bəqərə” surəsi, ayə 194).
Digər tərəfdən Qurani-Kərimin başqa yerində, Allah-taala təcavüzkarlara dostluq əli uzatmağı qadağan edir və onlarla dostluq, həmkarlıq edən müsəlmanları “zalımlar” adlandırır. Belə ki, ayədə buyurulur:
“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”. (“Mumtəhənə” surəsi, ayə 9).

3. Sionizm xərçəng şişi İslam torpaqlarında təcavüz və işğalçılığın bariz simvoludur. Onlara görə milyonlarla fələstinli öz evlərindən didərgin düşmüş, on illər boyu qaçqın kimi başqa yerlərə köçürülmüşlər. Onların “Ey müsəlmanlar kömək edin!” nidası hələ də eşidilir. Hələ də Fələstin məsələsində saziş təcrübəsi bütün acılığı ilə, daha çox canavar-quzu dialoqunu andıran uğursuz müzakirələri ilə birlikdə göz önündədir. Bu bütün müsəlmanlara sabit edir ki, Fələstinin qurtuluşu üçün müqavimət və cihaddan başqa yol yoxdur. O yol ki, Allah-taala 1400 il öncə İslam ümməti üçün nümunə qərar vermiş və düşmənin oyunlarına aldanan sadəlövh insanları məzəmmət etmiş və onları zəif və məzlum qardaşlarına yardım etmədiklərinə görə qınaq obyektinə çevirərək buyurmuşdur:
“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”. (“Nisa” surəsi, ayə 75).
Beləliklə, Fələstinin məzlum xalqının nicatı uğrunda bizim və bütün müsəlmanların birləşməsi vacibdir ki, İsrail yer üzündən silinsin.
Sonda bu konfransa uğurlar diləyir, belə fəaliyyət və konfranların İslam ümmətinin mənafeyi yönündə İslam alimləri arasında nəzər və görüşlərin bir araya gətirilməsi və əməkdaşlığında bir fürsət olmasını Allahdan diləyirəm.
Arzu edirəm ki, İslam ümməti vəhdət və həmrəyliyini gücləndirib düşmən təxribatlarını məğlubiyyətə uğradacaq, habelə İslamın fitri və əqli təlimlərinin üzərindən zülmət pərdələrini kənarlaşdıracaq.
Bir daha hər birinizə təşəkkürümü bildirir, ələlxüsus konfrans təşkilatçılarına uğurlar diləyirəm. Həqiqi İslama xidmət edənlərin hamısını Allaha tapşırıram.
Son sözümüz, həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur.
Müqəddəs Qum şəhəri – Nasir Məkarim Şirazi

 

captcha