Ramazan ayının gündəlik duaları

Ramazan ayının gündəlik duaları


Ramazan ayının ikinci 10 gününün duaları‌

On birinci günün duası:

 

اَللَّهُمَّ حَبِّبْ اِلَىَّ فِیهِ الْإِحْسَانَ، وَ کَرِّهْ اِلَىَّ فِیهِ الْفُسُوقَ وَ الْعِصْیَانَ، وَ حَرِّمْ عَلَىَّ فِیهِ السَّخَطَ وَ النِّیرَانَ، بِعَوْنِکَ یَا غِیَاثَ الْمُسْتَغِیثِینَ.

 

Əllahummə həbbib iləyyə fihil-ihsan, və kərrih iləyyə fihil-fusu͂qə vəl-‘isyan,
və hərrim ‘ələyyə fihis-səxətə vən-niran, bi-‘əvnikə ya ğiyasəl-mustəğisin.


 “Ey Allahım, bu ayda ehsan etməyi mənə sevdir, fasiqlik və üsyana qarşı məndə ikrah yarat, (acınacaqlı əzabı gətirən) qəzəb və atəşi mənə haram et, Öz köməyinə xatir, ey köməyə çağıranların köməyinə çatan.”


On ikinci günün duası:

 

 اَللَّهُمَّ زَیِّنِّى فِیهِ بِالسَّتْرِ وَ الْعَفَافِ، وَ اسْتُرْنِى فِیهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْکَفَافِ، وَ احْمِلْنِى فِیهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ، وَ اٰمِنِّى فِیهِ مِنْ کُلِّ مَا اَخَافُ، بِعِصْمَتِکَ یَا عِصْمَةَ الْخَآئِفِینَ.

 

Əllahummə zəyyinni fihi bis-sətri vəl-əfaf, vəsturni fihi bi-libasil-qunu‘i vəl-kəfaf,
vəhmilni fihi ələl-ədli vəl-insaf, və aminni fihi min kulli ma əxafu, bi-ismətikə ya ismətəl-xaifin.

 

 “Ey Allahım, bu ayda məni (günah qarşısında) örtük və iffətlə (günahdan qorunmaqla) zinətləndir, qane olmaq və kifayətlənmək libasını mənim əynimə geyindir, məni ədalətli və insaflı olmağa vadar et, qorxduğum hər şeydən məni amanda saxla, Öz mühafizənə xatir, ey qorxanları mühafizə edən.”


On üçüncü günün duası:

 

اَللَّهُمَّ طَهِّرْنِى فِیهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ، وَ صَبِّرْنِى فِیهِ عَلَىٰ کَائِنَاتِ الْأَقْدَارِ، وَ وَفِّقْنِى فِیهِ لِلتُّقَىٰ وَ صُحْبَةِ الْاَبْرَارِ، بِعَوْنِکَ یَا قُرَّةَ عَیْنِ الْمَسَاکِینَ.

 

Əllahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar, və səbbirni fihi əla kainatil-əqdar,
və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar, bi-‘əvnikə ya qurrətə ‘əynil-məsakin.

 

“Ey Allahım, bu ayda məni çirkdən və çirkinliklərdən təmizlə, həyata keçəcək müqəddəratıma məni dözümlü et, bu ayda məni təqvalı olmağa və yaxşı əməl sahiblərinin kənarında olmağa müvəffəq et, Öz köməyinə xatir, ey miskinlərin gözünün işığı.”

 

On dördüncü günün duası:

 

 اَللَّهُمَّ لَا تُؤَاخِذْنِى فِیهِ بِالْعَثَرَاتِ، وَ أَقِلْنِى فِیهِ مِنَ الْخَطَایَا وَ الْهَفَوَاتِ، وَ لَا تَجْعَلْنِى فِیهِ غَرَضًا لِلْبَلَایَا وَ الْاٰفَاتِ، بِعِزَّتِکَ یَا عِزَّ الْمُسْلِمِینَ.

 

Əllahummə la tuaxizni fihi bil-‘əsərat, və əqlini fihi minəl-xətaya vəl-həfəvat,
və la təc‘əlni fihi ğərəzən lil-bələya vəl-afat, bi-‘izzətikə ya ‘izzəl-muslimin.

 

 “Ey Allahım, bu ayda məni sapqınlıqlarıma görə sorğu-suala çəkmə, bu ayda məni xətalardan və sapqınlıqlardan çəkindir, bu ayda məni bəlalara hədəf etmə, Öz izzətinə xatir, ey müsəlmanlara izzət bəxş edən.”


On beşinci günün duası:

 

اَللَّهُمَّ ارْزُقْنِى فِیهِ طَاعَةَ الْخَاشِعِینَ، وَ اشْرَحْ فِیهِ صَدْرِى بِاِنَابَةِ الْمُخْبِتِینَ، بِاَمَانِکَ یَا اَمَانَ الْخَآئِفینَ.


Əllahummərzuqni fihi ta‘ətəl-xaşi‘in, vəşrəh fihi sədri bi-inabətil-muxbitin, bi-əmanikə ya əmanəl-xaifin.
 
“Ey Allahım, bu ayda mənə xüşu edənlərin itaətini ruzi et, xüşu əhlinin Sənə tərəf qayıdışı kimi mənim Sənə tərəf qayıdışıma qəlbimi aç, Öz amanına xatir, ey qorxanlara aman verən.”


On altıncı günün duası:


اَللَّهُمَّ وَفِّقْنِى فِیهِ لِمُوَافَقَةِ الْاَبْرَارِ، وَ جَنِّبْنِى فِیهِ مُرَافَقَةَ الْاَشْرَارِ، وَ اٰوِنِى فِیهِ بِرَحْمَتِکَ اِلَىٰ دَارِ الْقَـرَارِ، بِاِلٰـهِیَّتِکَ یَا اِلٰهَ الْعَالَمِینَ.

 

Əllahummə vəffiqni fihi li-muvafəqətil-əbrar, və cənnibni fihi murafəqətəl-əşrar,
və avini fihi bi-rəhmətikə ila daril-qərar, bi-ilahiyyətikə ya ilahəl-‘aləmin.


“Ey Allahım, bu ayda məni yaxşı əməl sahibləri ilə birlikdə olmağa müvəffəq et, bu ayda məni şər insanlarla dost olmaqdan çəkindir, Öz rəhmətinlə məni rahatlıq evində yerləşdir, Öz məbudluğuna xatir, ey aləmlərin Məbudu.”


On yeddinci günün duası:

 

 اَللَّهُمَّ اهْدِنِى فِیهِ لِصَالِحِ الْاَعْمَالِ، وَ اقْضِ لِى فِیهِ الْحَوَآئِجَ وَ الْاٰمَالَ، یَا مَنْ لَا یَحْتَاجُ اِلَى التَّفْسِیرِ وَ السُّؤَالِ، یَا عَالِمًا بِمَا فِى صُدُورِ الْعَالَمِینَ، [صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِینِ].


Əllahummə ihdini fihi li-salihil-ə‘mal, vəqżi li fihil-həvaicə vəl-amal,
ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya ‘alimən bima fi͠ suduril-‘aləmin, [səlli ‘əla Muhəmmədin və alihit-tahirin].


 “Ey Allahım, bu ayda məni saleh əməllərə hidayət et, mənim istək və arzumu həyata keçir. Ey o kəs ki, (bəndənin) şərhinə və istəyini dilə gətirməsinə ehtiyacı yoxdur! Ey insanların qəlblərində olanları bilən! (Məhəmmədə və onun pak xanidanına salam göndər.)”


On səkkizinci günün duası:


اَللَّهُمَّ نَبِّهْنِى فِیهِ لِبَرَکَاتِ اَسْحَارِهِ، وَ نَوِّرْ فِیهِ قَلْبِى بِضِیَآءِ اَنْوَارِهِ، وَ خُذْ بِکُلِّ اَعْضَآئِى اِلَى اتِّبَاعِ اٰثَارِهِ، بِنُورِکَ یَا مُنَوِّرَ قُلـُوبِ الْعَارِفِینَ.

 

Əllahummə nəbbihni fihi li-bərəkati əsharihi, və nəvvir fihi qəlbi bi-ziyai ənvarihi,
və xuz bi-kulli ə‘zai ila ittiba‘i asarihi, bi-nurikə ya mənəvvirə qulubil-‘arifin.


 “Ey Allahım, bu ayda məni bu ayın səhərlərinin bərəkətindən agah et, bu ayın nurlarının işığı ilə qəlbimi nurlandır, bütün əzalarımı Sənin nurunun əsərlərinə tabe olmağa vadar et, Öz nuruna xatir, ey ariflərin qəlblərini nurlandıran.”

 

On doqquzuncu günün duası:

 

 اَللَّهُمَّ وَفِّرْ فِیهِ حَظِّى مِنْ بَرَکَاتِهِ، وَ سَهِّلْ سَبِیلِى اِلَىٰ خَیْرَاتِهِ، وَ لَا تَحْرِمْنِى قَبُولَ حَسَنَاتِهِ، یَا هَادِیًا اِلَى الْحَقِّ الْمُبِینِ.


Əllahummə vəffir fihi həzzi min bərəkatihi, və səhhil səbili ila xəyratihi,
və la təḥrimni qəbulə həsənatihi, ya hadiyən iləl-həqqil-mubin.


“Ey Allahım, bu ayda bu ayın bərəkətindən olan payımı bol et, bu ayın xeyirlərinə tərəf olan yolu mənə asan et, bu ayın xeyir əməllərinin qəbula yetməsindən məni məhrum etmə, ey aşkar həqiqətə tərəf hidayət edən.”

 

İyirminci günün duası:

 

 اَللَّهُمَّ افْتَحْ لِى فِیهِ اَبْوَابَ الْجِنَانِ، وَ اَغْلِقْ عَنِّى فِیهِ اَبْوَابَ النِّیرَانِ، وَ وَفِّقْنِى فِیهِ لِتِلَاوَةِ الْقُرْاٰنِ، یَا مُنْزِلَ السَّکِینَةِ فِى قُلُوبِ الْمُؤْمِنِینَ.

 

Əllahummə iftəh li fihi əbvabəl-cinan, və əğliq ‘ənni fihi əbvabən-niran,
və vəffiqni fihi li-tilavətil-Qurʼan, ya munziləs-səkinəti fi qulubil-muʼminin.


 “Ey Allahım, bu ayda cənnət qapılarını mənim üzümə aç və cəhənnəm qapılarını mənim üzümə bağla, bu ayda məni Quranın tilavətinə müvəffəq et, ey möminlərin qəlbinə aramlıq nazil edən.”

 

 

 

captcha