Aşura İslamı və İslam dövlət quruluşunu dünyada sığortalayır

Aşura İslamı və İslam dövlət quruluşunu dünyada sığortalayır


İran xalqı Aşura ilə özünü sığortalayır və heç vaxt məğlub olmayacaq. Düşmənlərin etirafına görə nə qədər ki, Aşura var, onlar sanksiyalar vasitəsilə İrana təzyiq göstərə bilməzlər.‌


Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali) “Əzəm” məscidində öz fiqh-xaric dərsinə başlamazdan öncə dedi: "Bu il Aşura mərasimlərinin kəmiyyət və keyfiyyət baxımından keçən illərlə müqayisədə xüsusi üstünlüyü oldu. Həmd olsun Allaha, Aşuranın yaratdığı həyəcanlı dalğalar ildən-ilə güclənib artmaqdadır."
O, əlavə etdi: "İnanırıq ki, Aşura mədəniyyəti həm İran İslam quruluşuna, həm də İslam dininə dünya səviyyəsində zəmanət verir. Bu üzdən mən də öz növbəmdə İmam Hüseyn (əleyhis-salam) əzadarlarına təşəkkür edirəm. Hərçənd mənim təşəkkürümə ehtiyac yoxdur."
Həzrət ustad öz sözlərinin davamında ingilis siyasətçilərinin birinin açıqlamasına işarə edərək dedi: "Bu siyasətçilər inanırlar ki, sanksiya və təzyiqlərin İrana heç bir təsiri yoxdur. Onlar bilirlər ki, İran xalqı Aşura vasitəsilə özünü sığortalayır və heç vaxt məğlub olmayacaq. Onların etirafına görə nə qədər ki, Aşura var, onlar sanksiyalar vasitəsilə İrana təzyiq göstərə bilməzlər.”
O, təkidlə əlavə etdi: "Ümid edirəm ki, qəlbi qara düşmənlər, hamını kafir hesab edən qaniçən vəhhabilər qəflət yuxusundan oyanacaq və biləcəklər ki, Günəşin nurunu bu cinayətlərlə ört-basdır etmək olmaz. Bu xam xəyalları başınızdan çıxarın."
 Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali) nitqinin başqa yerində Əfqanıstan və İraqda İmam Hüseyn (əleyhis-salam) əzadarlarından bir qrupunun kütləvi terroruna toxunaraq dedi: "Təəssüflər olsun ki, düşmənlər bu il Aşura günü əzadarlar sıralarına həmlə etməklə bir qrup əzadarı şəhid etmişlər. Bu çirkin və mənfur hərəkət hamının narahatçılığına səbəb oldu və bütün dünya onları pisləyib tənqid etdi."
Ali məqamlı ustad İmam Hüseyn əzadarlarının Kərbəladakı çoxsaylı  iştirakına toxunaraq sözlərinə belə davam etdi: "İmam Hüseyn əzadarları hər il İraqda çoxlu sayda qurban vermələrinə baxmayaraq, xoşbəxtlikdən bu il möhtəşəm şəkildə iştirak etdilər, heç nədən qorxub çəkinmədilər."
O, dedi: "Bilmirik düşmənlər haçan qəflət yuxusundan ayılacaq və cinayətlərdən əl çəkəcəklər. Onlar bilməlidirlər ki, Aşuranın həyəcanlı dalğalarını heç vaxt yatırda, Aşuranı solğun qələmə verə bilməzlər."
Ali məqamlı ustad sözlərinin davamında dedi: “Ümidvarıq ki, Aşura və Aşura mədəniyyəti dünyada möhkəm və əbədi qalacaq.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali) nitqinin sonunda Pakistan müsəlmanlarından bir qrupunun verdikləri suala toxundu: Onlar sualda qeyd etmişdilər ki, bu ölkədə Aşura mərasimləri təşkil etmək, ağır tələfatla nəticələnə bilər. Mən də cavabında dedim ki, öz əzadarlıq mərasimlərinizi təşkil edin. Bu mərasimlər heç vaxt dayandırılmamalıdır. Bu gün vəziyyət elədir ki, Aşura mədəniyyəti müstəhəb bir əməl deyil, vacibi-kifayi hesab olunur.

captcha