Qısa cavab:
Ətraflı cavab:
Bu barədə ayələr çoxdur və nümunə olaraq bir neçəsinə işarə edirik:
1. « مَا کانَ مُحَمَّدٌ أَبا أَحَد مِنْ رِجَالِکُمْ وَ لکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیّینَ وَ کَانَ اللّهُ بِکُلِّ شَیْء عَلِیماً »(1)
“Məhəmməd sizlərdən heç birinizin atası deyildir, lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur və Allah hər şeyi biləndir.”
İslam dini cahiliyyət dövrünün qalıqları olan əsassız və yanlış adət və ənənələri aradan qaldırmaq üçün Peyğəmbərə (s) Zeydin (2) keçmiş həyat yoldaşı Zeynəb ilə ailə qurmasını əmr etdi. Bu evlilik Allah və onun Rəsuluna həqiqi mənada iman gətirməyənlər və eyni zamanda, bu kimi cahilanə adət və ənənələrə illər boyu adət etmiş bir cəmiyyət arasında boyük bir qalmaqala çevrildi. Onlar Peyğəmbərin (s), oğulluğu olan Zeydin keçmiş həyat yoldaşı Zeynəblə ailə qurmasını öz adət-ənənələrinə əsasən qəbul olunmaz hesab edirdilər.
Allah-taala bu kimi (xürafi) düşüncələri aradan qaldırmaq üçün yuxarıda qeyd olunan mübarək ayədə “Peyğəmbərin (s) Zeyd də daxil olmaqla onların heç birinin atası olmadığı və bu halda Zeydin keçmiş həyat yoldaşı olan Zeynəblə ailə qurmasının heç bir eybi olmadığını bildirir. Bəli, o, Allahın göndərdiyi peyğəmbəridir, o, hər an Allahın əmrlərini həyata keçirtməkdədir və bu evliliyin özü də həmin ilahi əmrlərdən biridir. Bəli, o, sizin atanız deyil, lakin peyğəmbərlərin sonuncusudur, artıq peyğəmbərlik onunla sona çatmışdır və ondan sonra başqa bir peyğəmbər və şəriət göndərilməyəcəkdir. Onun şəriət və peyğəmbərliyi qiyamət gününədək sabitdir.”
2. «تَبارَک الَّذی نَزَّلَ الْفُرقانَ عَلى عَبْدِهِ لِیَکُونَ لِلْعالَمینَ نَذِیراً »
“İnsanları (günahın nəticəsi və Allahın əzabından) qorxutsun deyə öz bəndəsinə Furqanı (Quranı) nazil edən Allah əzəmətli və böyükdür.” (3)
Sözügedən ayə aşkar sürətdə bunu bəyan edir ki, Quranın Peyğəmbərə (s) nazil olmasında hədəf həm Quranın, həm də Peyğəmbərin (s) qiyamətədək bütün insanları (Allahın əzabı ilə) qorxudan olmasıdır.
İmam Sadiq (ə) buyurur ki, «عالمین» “aləmin” kəlməsində məqsəd insanlardır və Allah hər bir insanı ayrılıqda bir aləm hesab etmişdir. Bunu təsdiq edən bir neçə Quran ayəsi də vardır:
«أَوَ لَمْ نَنْهَکَ عَنِ الْعالَمینَ»
“Camaat Luta (ə) dedi: “Biz səni insanları himayə etməkdən çəkindirmədikmi?!””(4)
Həmçinin, o həzrət buyurmuşdur ki, böyük və kiçik olmaqla iki aləm vardır. “Böyük aləm”də məqsəd xilqət və yaradılış aləmidir, amma "kiçik aləm" dedikdə məqsəd insandır. Buna görə ki, insanın yaradılışı aləmin yaradılışı ilə oxşardır.(5)
3. « إِنَّ الّذینَ کَفَرُوا بِالذِّکْرِ لَمّا جاءَهُمْ وَ إِنَّهُ لَکِتابٌ عَزیرٌ* لایَأْتیهِ الْباطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَ لا مِنْ خَلْفِهِ تَنْزیلٌ مِنْ حَکیم حَمید »
“O kəslər ki, Quran nazil olduğunda onu inkar etdilər, onları cəzalandıracağıq. Həqiqətən, Quran məğlubolunmaz bir kitabdır. Batil, istər əvvəlcədən, istərsə də sonradan heç vaxt ona yol tapa bilməmişdir və bu kitab hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur.”(6)
Bu şərif ayədə «ذکر» “zikr” kəlməsində məqsəd Qurandır. Aşağıda qeyd olunan ayələr buna sübutdur:
«إِنّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ إِنّا لَهُ لَحافِظُونَ »
“Həqiqətən, “Zikri” (Quranı) biz nazil etdik və biz də onu qoruyacağıq!” (7)
« وَ قالُوا یا أَیُّهَا الَّذی نُزِّلَ عَلَیْهِ الذِّکْرُ إِنَّکَ لَمَجْنُونٌ »
“(Peyğəmbərə(s)) dedilər: “Ey Quran ona nazil olan kəs! Sən məcnunsan (divanəsən).”” (8)
«وَ أَنْزَلْنا إِلَیْکَ الذِّکْرَ لِتُبَیِّنَ لِلنّاسِ ما نُزِّلَ إِلَیْهِمْ وَ لَعَلَّهُمْ یَتَفَکَّروُنَ»
“Biz Quranı sənə nazil etdik ki, camaata onlar üçün nazil olanı bəyan edib açıqlıyasan. Bəlkə, düşünələr!”(9)
Bütün bu ayələrdə qeyd olunan «ذکر» “zikr” kəlməsində məqsəd Qurandır və «لا یأتیه» (la yətihi) kəlməsindəki əvəzlik «ذِکر» kəlməsinə aiddir. Buna əsasən, ayənin mənası belədir: “Quran batilin heç bir halda ona yol tapa bilmədiyi bir kitabdır.”
Batilin Qurana nüfuzu bir neçə formada təsəvvür olunur:
1. Quran ayələrinin təhrif olunması ilə.
2. Onun hökmlərinin digər bir kitabın vasitəsilə aradan getmiş olması ilə.
3. Quranın xəbər verdiyi hadisələrin baş verməmiş olmaması və bu halda onun batil olması camaata aydın olur.
Ayə aşkar formada bəyan edir ki, yuxarıda sadalanan üç qismin heç birinin Qurana yol tapması mümkün deyil və bu kitab özünün haqq olmasına əsasən qiyamətədək insanlara höccət və dəlildir.
Eyni zamanda, həmin məna bu mübarək ayədən də istifadə olunur.

“Həqiqətən, Quranı biz nazil etdik və biz də onu qoruyacağıq!”
Uyğun ayənin ifadəsinə əsasən, Quran batilin ona nüfuz edə bilmədiyi və qiyamətədək batilin bu nüfuzundan amanda olan, sabit və haqq bir kitabdır. Nəticədə, Quranın höccət olması əbədidir və bu, Peyğəmbərin (s) risalət və şəriətinin əbədi olması və o həzrətdən sonra digər bir peyğəmbər və şəriətin gəlməyəcəyi deməkdir.
4. « وَ أُوحِیَ إِلَیَّ هذَا الْقُرانُ لأُنْذِرَکُمْ بِهِ وَ مَنْ بَلَغَ»
“De: “Bu Quran sizi və bu Quranın ona çatdığı hər bir kəsi onun vasitəsilə qorxudaraq nəsihət edim. – deyə mənə vəhy olunmuşdur.”” (10)
Mərhum Şeyx Təbərsi bu ayənin təfsirində belə yazır: "Yəni bu Quran, onun vasitəsiylə sizi və eləcə də, qiyamət gününədək bu Quranın ona çatdığı hər bir kəsi ilahi əzabdan qorxudum. – deyə mənə vəhy olunmuşdur. Buna görə də, Peyğəmbər (s) buyurmuşdur: “Mənim tövhid və Allaha sitayişlə bağlı dəvətimdən xəbərdar olan hər bir kəsə Quran çatmışdır.” Yəni, artıq onun üçün höccət tamam olmuşdur. (Hər bir şey ona çatdırılmışdır). Hətta, bəzi alimlər belə vurğulamışlar: “Quranın ona çatdığı hər bir kəs Peyğəmbəri (s) görən və İslamın bütün maarif və həqiqətlərini o həzrətdən eşidən şəxs kimidir. Ümumiyyətlə, Quran harada olsa, camaatı Allaha sitayişə dəvət edib onları ilahi əzabdan qorxudacaqdır."(11)
Buna əsasən, ayədən asanlıqla başa düşülür ki, Peyğəmbərin (s) risaləti qiyamətədək davam edəcəkdir.
5. « وَ ما أَرْسَلْناکَ إِلاّ کافّةً لِلنّاسِ بَشیراً وَ نَذِیراً وَ لکِنَّ أَکْثَرَ النّاسِ لا یَعْلَمُونَ »
“Və Biz səni bütün insanlara müjdə verən və onları qorxudan göndərdik, lakin insanların əksəriyyəti bunu anlamırlar.” (12)
Bu ayədə bir qədər diqqətdən sonra məlum olur ki, « کافّة» ümumilikdə bütün insanlara şamil olur, yəni “Biz səni yalnız ümumbəşər üçün peyğəmbər göndərdik” və bu cümlə “Sənin risalətin ümumbəşər, beynəlxalq və əbədidir.” cümləsi ilə eynidir, çünki əks halda o Həzrət ümumbəşər peyğəmbər ola bilməzdi.
Son olaraq diqqətə çatdırmalıyıq ki, Peyğəmbərin (s) xatəmiyyəti ilə əlaqədar istifadə olunan ayələrin dəlili iki növ dəlalətdən ibarətdir:
1. Nübüvvətin həmişəlik olaraq sona çatdığını aşkar formada çatdıran ayələr. İstər kitab və şəriət gətirsin, istərsə də, özündən əvvəlki peyğəmbərin şəriətini davam etdirmiş olsun.
« وَلکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیینَ»
2. Digər dörd ayə isə Peyğəmbərdən (s) və İslam şəriətindən sonra onu aradan aparacaq digər asimani kitab və ya şəriət gəlmiyəcəyinə dəlalət edir. (13)
Bunu da qeyd etməyi lazım bilirik ki, Quranda bundan əlavə 5 digər ayə də bu zəminədə qeyd edilmişdir. İxtisara riayət etmək üçün onları nəzərinizə çatdırmaqdan daşınırıq.

Şərh qeydə alınmayıb