İslam rəvayətlərində Əhli-beytə dostluq və məhəbbət göstərmək

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İslam rəvayətlərində Əhli-beytə dostluq və məhəbbət göstərmək

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: İslami rəvayətlərdə Əhli-beytə məhəbbət hansı ifadələrlə bəyan olunmuşdur?

Cavab: Qurani-kərimdə olduğu kimi, hər iki məzhəbin rəvayətlərində də Əhli-beytə məhəbbət göstərməyə aşkar şəkildə təkid olunmuşdur. Onlardan bəzilərinə işarə edirik:

1 - Əhli-beytə məhəbbətə vadar etmək

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:

اَدِّبُوا اَوْلَادَکُمْ عَلَى ثَلَاثِ خِصَالٍ: حُبُّ نَبِیِّکُمْ، وَحُبُّ اَهْلِ بَیْتِهِ، وَ قِرَاءَهِ الْقُرْآنِ

“Övladlarınızı üç xislət əsasında tərbiyə edin: Peyğəmbərinizə məhəbbət, Əhli-beytinə məhəbbət və Quran qiraəti.”

Əli (əleyhis-salam) buyurur:

اَحْسَنُ الْحَسَنَاتِ حُبُّنَا، وَ اَسْوَاُ السَیِّئَاتِ بُغْضُنَا

“Ən yaxşı əməl bizə məhəbbət, ən pis əməl isə bizə qarşı (Əhli-beytə) kin və düşmənçilikdir.”

2-Əhli-beytlə dostluq – Allah və Peyğəmbər ilə dostluqdur

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

اَحِبُّوا اللهَ لِمَا یَغْذُوکُمْ مِنْ نِعَمِهِ، وَاَحِبُّونِى لِحُبِّ اللهِ، وَ اَحِبُّوا اَهْلَ بَیْتِى لِحُبِّى

“Sizə nemət verdiyinə görə Allahı sevin, Allahı sevdiyinizə görə məni sevin, məni sevdiyinizə görə də Əhli-beytimi sevin.”

Zeyd ibn Ərqəm deyir: Peyğəmbərin hüzurunda idim. Fatimeyi-Zəhra oğlu Həsən və Hüseynlə birlikdə Peyğəmbərin hücrəsinə daxil oldu. Əli də onların ardınca içəri girdi. Peyğəmbər onlara baxıb buyurdu:

مَنْ اًَحَبَّ هَوُلَاءِ فَقَدْ اَحَبَّنىِ، وَ مَنْ اَبْغَضَهُمْ فَقَدْ اَبْغَضَنِى

“Hər kəs onları sevsə, şübhəsiz, məni sevmişdir; hər kəs onları düşmən tutsa, şübhəsiz mənimlə düşmən olmuşdur.” (4)

İmam Sadiq (əleyhis-salam) buyurur:

مَنْ عَرَفَ حَقَّنَا وَ اَحَبَّنَا فَقَدْ اَحَبَّ اللهَ تَبَارَکَ وَ تَعَالَى

“Hər kəs haqqımızı tanıyıb bizi sevsə, şübhəsiz Allahı sevmişdir.” (5)

3 - Əhli-beyti sevmək imanın əsasıdır

اَسَاسُ الْاِسْلاَمِ حُبِّى وَ حُبُّ اَهْلِ بَیْتِى

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “İslamın əsası məni və Əhli-beytimi sevməkdir.” (6)

Həmçinin buyurmuşdur:

لِکُلِّ شَىْءٍ اَسَاسٌ، وَ اَسَاسُ الْاِسْلَامِ حُبُّنَا اَهْلَ الْبَیْتِ

“Hər şeyin əsası vardır, islamın əsası da biz Əhli-beyti sevməkdir.” (7)

4 - Əhli-beytə məhəbbət ibadətdir

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

حُبُّ آلِ مُحَمَّدٍ یَوْماً خَیْرٌ مِنْ عِبَادَهِ سَنَهٍ، وَ مَنْ مَاتَ عَلَیْهِ دَخَلَ الْجَنَّهَ

“Ali-Məhəmmədə bir gün məhəbbət bəsləmək bir illik ibadətdən üstündür. Hər kəs bu məhəbbətlə ölsə, cənnətə daxil olar.” (8)

5 - Əhli-beytə dostluq və məhəbbət iman əlamətidir

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

لَا یُوْمِنُ عَبْدٌ حَتَّى اَکُونَ اَحَبَّ اِلَیْهِ مِنْ نَفْسِهِ، وَ اَهْلِى اَحَبَّ اِلَیْهِ مِنْ اَهْلِهِ، وَ عِتْرَتِى اَحَبَّ اِلَیْهِ مِنْ عِتْرَتِهِ، وَ ذَاتِى اَحَبَّ اِلَیْهِ مِنْ ذَاتِهِ

“Bir kəs məni özündən, Əhli-beytimi öz ailəsindən, itrətimi öz itrətindən, zatımı öz zatından çox sevməyincə iman gətirməmişdir.” (9)

6 - Əhli-beytə məhəbbət təvəllüdün paklıq nişanəsidir

Peyğəmbər (səlləllahu əleyhi və alih) Əliyə işarə edərək buyurdu:

اَیُّهَا النَّاسُ امْتَحِنُوا اَوْلَادَکُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِیّاً لاَ یَدْعُو اِلَى ضَلَالَهٍ، وَ لاَ یَبْعُدُ عَنْ هُدًى، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْکُمْ، وَ مَنْ اَبْغَضَهُ فَلَیْسَ مِنْکُمْ

“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Çünki o heç vaxt azdırmaz və hidayətdən uzaqlaşdırmaz. Övladlarınızdan Əlini sevənlər sizdəndir, onunla düşmən olanlar isə sizdən deyildir.”

Əli (əleyhis-salam) buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbuzərə etdiyi vəsiyyətində buyurdu:

یَا اَبَاذَرٍّ! مَنْ اَحَبَّنَا اَهْلَ الْبَیْتِ فَلْیَحْمَدِ اللهَ عَلىَ اَوَّلِ النِّعَمِ. قَالَ: یَا رَسُولَ الله! وَ مَا اَوَّلُ النِّعَمِ؟ قَالَ: طِیبُ الْوِلَادَهِ، اِنَّهُ لاَ یُحِبُّنَا الاَّ مَنْ طَابَ مَوْلِدُهُ

“Ey Əbazər! Hər kəs biz Əhli-beyti sevsə, gərək ilk nemətə görə Allaha şükür etsin.” Əbuzər: “Ya Rəsuləllah! İlk nemət nədir?” deyə soruşdu. Həzrət buyurdu: “Təvəllüdün paklığı; çünki, təvəllüdü pak olanlardan qeyrisi bizi  sevməz.”

7 - Qiyamət günü Əhli-beytə dostluq və məhəbbətdən sual olunacaq

Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:

اَوَّلُ مَا یُسْاَلُ عَنْهُ الْعَبْدُ حُبُّنَا اَهْلَ الْبَیْتِ

“Qiyamət günü bəndədən soruşulan ilk şey biz Əhli-beytə dostluq və məhəbbətdir.”

Həmçinin buyurur:

لاَ تَزُولُ قَدَمَا عَبْدٍ یَوْمَ الْقِیَمَهِ حَتَّى یُسْاَلَ عَنْ اَرْبَعٍ: عَنْ عُمُرِهِ فِیمَا اَفْنَاهُ، وَ عَنْ جَسَدِهِ فِیمَا اَبْلَاهُ، وَعَنْ مَالِهِ فِیمَا اَنْفَقَهُ وَمِنْ اَیْنَ کَسَبَهُ، وَعَنْ حُبِّنَا اَهْلَ الْبَیْتِ

“Qiyamət günü bəndədən dörd şey barəsində soruşulumayınca bir addım belə ata bilməz: ömrünü harda sərf etdiyindən, bədənini hansı yerlərdə işlətdiyindən, malını harada xərclədiyindən və haradan əldə etdiyindən və biz Əhli-beytə olan məhəbbətdən”

1. “Kənzul-ummal”, cild 16, səh. 456, hədis: 45409; “Feyzul-Qədir”, 1-ci cild, səh. 225, hədis: 331.
2. “Ğurərul-hikəm”, 1-ci cild, səh. 211, hədis: 3363.
3. “Sunənu Tirmizi”, 5-ci cild, səh. 664, hədis: 3789; “Mustədrək”, Hakim, 3, səh. 150.
4. “İmam Hüseyn (əleyhis-salam)-ın tərcümeyi-halı”, “Tarixi Dəməşq”dən: cild 91, səh. 126.
5. “Kafi” 8-ci cild, səh. 112, hədis: 98.
6. “Kənzul-ummal”, cild 12, səh. 105, hədis: 34206; “Əddurrul-mənsur”, 6-cı cild, səh. 7.
7. “Əl-məhasin”, 1-ci cild, səh. 247, hədis: 461.
8. “Nurul-əbsar”, səh. 127; “Kafi”, 2-ci cild, səh. 46, hədis: 3.
9. “Əl-mu`cəmul-kəbir”, 7-ci cild, səh. 86, hədis: 6416; “Əmali”, Şeyx Səduq, səh. 274, hədis: 9.
10. İmam Əli (əleyhis-salam)-ın tərcümeyi-halı”, “Tarixi Dəməşq”dən: 2-ci cild, səh. 225, hədis: 730.
11. “Əmali”, Şeyx Səduq, səh. 455.
12. “Uyunu əxbarir-Riza (əleyhis-salam), 2-ci cild, səh. 62, hədis: 258.
13. “Əl-mu`cəmul-kəbir”, 11-ci cild, səh. 102, hədis: 11177.
14. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 521.

Peinevesht:
Nəşr tarixi: « 1397/07/26 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1465